Azərbaycan və Ermənistanın hansı təmas nöqtələri var? Bakıdan baxış
Azərbaycan və Ermənistanın mövqelərində oxşarlıqlar
“Biz Azərbaycan və Ermənistan arasındakı ziddiyyətlərə köklənmişik və hansı mövzuların ziddiyyətlər təşkil etdiyini yaxşı anlayırıq”, – deyə siyasi icmalçı Fərhad Məmmədov bildirib. O, növbəti təhlilində Azərbaycan və Ermənistanın maraqlarının uzlaşdığı mövzuları qeyd edib. “Mövzular siyahısına artıq razılıq əldə olunmuş və müzakirə edilməyən, lakin Bakı və Yerevanın mövqelərinin oxşar olduğu mövzular daxildir”, – o deyir.
Məmmədov qeyd edir ki, Azərbaycan bu prosesdə birtərəfli addımlar atır, sonra isə Ermənistan öz maraqlarının zərərinə bu addımlara qarşı çıxır, lakin müəyyən müddətdən sonra reallığı qəbul edir və öz ərazisində öz maraqlarına uyğun addımlar atmağa çalışır.
- Gürcüstan QHT-ləri baş nazirin Qlobal Təhlükəsizlik Forumunda səsləndirdiyi qalmaqallı bəyanatı pisləyir
- “6 min manat elə bil söyüş oldu mənə”. Qrantlardan narazı QHT sədrləri
- “Xankəndidəki qanunsuz rejim məhvə məhkumdur”. Bakıdan şərhlər
Kommunikasiyalar üzərində suverenlik prinsipi
“İki il yarımdır ki, Azərbaycan və Ermənistan bu mövzunu aşağı-yuxarı hərtərəfli müzakirə edib. Görünən odur ki, prinsipial fikir ayrılıqları yox idi, lakin tərəflər vaxtdan digərinin zərərinə öz gündəmini həyata keçirmək üçün istifadə etməyə çalışırdılar. Lakin şərti sərhəddə – Laçın yolunun giriş/çıxışında buraxılış məntəqəsinin qoyulmasından sonra kommunikasiyalar üzərində suverenlik prinsipi dönməz oldu. Yəni, bir addım atıldı, ondan sonra kommunikasiyalar üzərində suverenlik prinsipi forma və məzmun aldı”.
Ərazi bütövlüyünün tanınması prinsipi
“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq niyyətində deyildi, çünki 30 ildir ki, bu fundamental prinsipə hörmət etməməyə adət edib. Lakin Azərbaycan ərazi bütövlüyünü tanımaqdan imtinanın Ermənistanın özünün ərazi bütövlüyünə təhlükə yaratdığını əks etdirəndən sonra Ermənistan rəhbərliyi belə qənaətə gəldi ki, 29,8 min kvadrat kilometrlik ərazisinin tanınması ona lazımdır. Bu gün belə bir anlayış var ki, ərazi bütövlüyünün birmənalı olaraq qarşılıqlı tanınması normallaşmanın şərtidir”.
Bir-biri üçün gözlənilməz – proxy olmamaq
“Ermənistanda Azərbaycanı Ermənistan üçün cəza aləti hesab etdikləri kimi, Azərbaycanda da Ermənistandan Azərbaycanın müstəqilliyini məhdudlaşdırmaq üçün istifadə edildiyini düşünürlər.
Pekres iranlı diversantlarla birlikdə Ermənistan ərazisindən Qarabağa soxulduğu zaman Bakı hərəkətə keçdi və Ermənistanı öz ərazisindən Azərbaycana qarşı istifadə etmək fikrindən əl çəkməyə məcbur etdi.
Bu gün Azərbaycan və Ermənistan rəhbərliklərinin münasibətlərdə ən azı müəyyən qədər gözlənilənlik yaratmaq imkanları var. Sülh müqaviləsi gözlənilənliyin mühüm mexanizmdir”.
Münaqişə və daxili siyasət
“Azərbaycan və Ermənistan münaqişə mövzusunun daxili siyasətdə istifadə olunmasında maraqlı deyil.
Ölkələrin hər birinin daxili siyasətdə münaqişə mövzusundan istifadə edə bilən, “beşinci kolonları” stimullaşdıran və daxili siyasətin informasiya komponentinə təsir göstərə bilən xarici oyunçuları var”.
“Vardanyan layihəsi”
“Əvvəlki mövzu Rusiyanın elçisi kimi Qarabağa gələn və orada uğur qazanaraq daha sonra bu uğuru Ermənistanda davam etdirməli olan Vardanyanın şəxsində təcəssüm olunub. “Vardanyan layihəsi”nin uğur qazanmamasında həm Bakı, həm də Yerevan maraqlı idi, lakin Ermənistan buna baxmayaraq, Vardanyanın Qarabağa daxil olması üçün öz ərazisindən istifadəsinə icazə vermişdi.
Azərbaycan rəhbərliyi şərt qoydu, Ermənistan rəhbərliyi şərti qəbul etdi və yerinə yetirdi – Vardanyan uzaqlaşdırıldı. Yəni, Azərbaycan Ermənistanı “Vardanyan layihəsi”nin Kremldə oturan müəlliflərinə münasibətdə subyektiv olmağa məcbur etdi.
Beləliklə, “Azərbaycanın birtərəfli fəaliyyəti Ermənistana prezident İlham Əliyevin formalaşdırdığı reallıqlarda suverenliyini itirmək buxovlarından çıxmağa və subyekt olmağa, ölkənin obyektiv, təbii maraqlarına uyğun hərəkət etməyə imkan verir. Çünki Ermənistanın itirilmiş suverenliyinin bərpası üçün yeganə şərt Azərbaycana qarşı ərazi iddiasından imtina etməkdir”.