Azərbaycanda 14 yaşlı qızı erkən evlilikdən yerli hakimiyyət xilas edib
Azərbaycanda 14 yaşlı qızı zorla 27 yaşlı kişi ilə evləndirmək istəyiblər. Yerli hakimiyyətin məsələyə müdaxiləsi ilə bunun qarşısını almaq mümkün olub.
Məktəbli bildirib ki, təhsilini davam etdirmək istəyir, amma valideynləri onu məktəbdən çıxmağa və ərə getməyə məcbur edib.
“Təmiz dünya” qadınlara yardım ictimai birliyinin sədri Mehriban Zeynalovanın məsələyə müdaxiləsi sayəsində vəziyyətlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi xəbər tutub. Komitə araşdırma başladıb və nəticədə planlaşdırılan qanunsuz nikahın qarşısı alınıb.
Bu hadisə barədə Mehriban Zeynalova Facebook səhifəsində yazıb.
• Seçim haqqı olmadan – Azərbaycanda zorla evləndirilən kişilər
• Kənddən gələn qızın uğurları
• Gürcüstan: dövlət qızları satır?
• “Əminə ilə ikimizə bir ərimiz var”
Azərbaycanda qanunla 18 yaşından nikaha icazə verilir. İstisna hallarda 17 yaşında nikah bağlana bilər. Bunun üçün icra hakimiyyətinin icazəsi lazımdır.
Rəsmi statistikaya əsasən, Azərbaycanda 18 yaşa qədər nikaha girən qızların sayı 2011-ci ildə ən çox olub – 5138 nəfər.
Növbəti illərdə rəsmi statistikada bu göstərici azalmağa başlayıb.
Amma dolayı göstəricilər, elə hüquq müdafiəçiləri də əslində Azərbaycanda 18 yaşa qədər ərə verilən qızların sayının qat-qat çox olduğunu bildirirlər.
Məsələn, rəsmi statistikaya əsasən, 2018-ci ildə 338 qız 18 yaşına qədər ərə gedib.
Elə həmin 2018-ci ildə 2129 qız 15-17 yaşlarda ana olub.
Bu xəbər sosial şəbəklərdə qızğın və əsasən də neqativ müzakirələrə səbəb olub. Xaraktterik şərhlər:
“Somalidə yetkinlik yaşına çatmayanlarla nikah haqda qanun müzakirə olunur. Elə bilirdim ki, biz Somalidən bir az irəlidəyik”.
“Belə xəbərlərdən dəhşətə gəlirəm. Mən də qız böyüdürəm və onun 14 yaşı var”.
“Tutaq ki, valideynlər cahildir. Bəs 27 yaşlı kişiyə nə gəlib? O nə fikirləşir?”
“Bəs o, yetkinlik yaşına çatmayan qızla intim əlaqəyə cəhdə görə cəzalanmayacaq?”

This project is funded through the Democracy Commission Small Grants Program, U.S. Embassy Tbilisi. The contents of this publication are those of the Author(s) and do not necessarily represent the views of the Department of State.