Azərbaycanda pikaplar kütləvi şəkildə müsadirə olunur: səbəb kimi texniki baxış göstərilir
Sentyabrın 21-də səhər saatlarından Azərbaycanın müxtəlif regionlarında yol polisi əməkdaşları vətəndaşların şəxsi pikaplarını müsadirə edir. Maşınlar cərimə meydançasına aparılır. Daxili İşlər Nazirliyi baş verənləri texniki baxış keçirilməsi ilə izah edir.
Bir neçə Facebook istifadəçisi maşınlarının müsadirə olunduğu haqda yazıb. Müsadirə olunanlar arasında Toyota, Gelandewagen, Niva və digər markalara aid avtomobillər var.
• Azərbaycanda səfərbərlik, Ermənistanla sərhəddə itkilər – nəticə nə ola bilər?
• Azərbaycandan rəy: “Hər iki tərəf müharibə haqda düşünür”
Bu xəbərləri şərh edərkən, nəqliyyat üzrə ekspert Ərşad Hüseynli qeyd edib ki, səfərbərlik zamanı polis yüksək tələbat səbəbilə bəzi avtomobilləri müsadirə edə bilər.
“Ölkəmizdə bu məsələni dəqiq tənzimləyən qanunvericilik mövcuddur. AR-in 17 may 2005-ci il, № 916-IIQ Qanunu ilə təsdiq edilmiş “Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə”də və bəzi digər qanunvericilik aktlarında detallar əksini tapıb”, – ekspert Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin 16 fevral 2006-cı il tarixli qərarı ilə lazım olduğu zaman Silahlı Qüvvələrin ehtiyacları üçün səfərbər edilə biləcək müxtəlif dövlət və fərdi təşkilatların balansında olan nəqliyyat vasitələrinin siyahısı təsdiqlənib.
Həmin siyahıya yolsuzluq avtomobilləri, xüsusi yük avtomobilləri, ümumqoşun təyinatlı xüsusi avtomobillər, sanitar avtomobillər, sərnişin avtobusları, evakuatorlar, müxtəlif traktorlar və sairə daxildir.
“Qanunvericiliyə görə, təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin səfərbər edilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur.
Yəni səfərbərlik üçün cəlb edilən nəqliyyat vasitəsi sıradan çıxarsa, yararsız hala düşərsə, vətəndaşın pulu tam ödənilir”, – Ərşad Hüseynov qeyd edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, avtomobillərin müsadirəsinin səbəbi hərbi məqsədlər üçün yararlı olan avtomobillərin xüsusi texniki baxışdan keçirilməsidir.
Sosial şəbəkələrdən bir neçə xarakterik şərh:
“Atamın pikapını müsadirə ediblər, bu maşını çox sevirdim”.
“Çox sağ ol deyin ki, hələ evlərə girib, ordunun ehtiyacları üçün lampaları çıxarıb aparmırlar”.
“Azərbaycanda pikapların 90 faizi onsuz da büdcə pullarına alınıb, sadəcə büdcənin bundan xəbəri yoxdur”.