Avropada peyvənd vurdurmayanlar daha çox imkan və hüquqlardan məhrum olurlar
Avropada peyvənd əleyhdarları hökumətə etibar etməyən və populistlərə səs verən insanlardır. Demokratlar bir tərəfdən insan sağlamlığı və həyatı, digər tərəfdən isə vətəndaş azadlıqları arasında seçim etmək məcburiyyətində qalıblar.
İcmalı hazırlayan – CNN
Pandemiyaya qədər Nikolya Rimoldi heç vaxt heç bir etiraz aksiyasında iştirak etməyib.
До пандемии Николя Римольди никогда не участвовал ни в каких акциях протеста.
Amma onun yaşadığı İsveçrə bir-birinin ardınca karantik tətbiq etməyə, sonra isə peyvənd sertifikatları verməyə başlayanda, Rimoldi hərəkətə gəlib. İndi o, vaksinasiya pasportlarına qarşı çıxan gənclərə oriyentasiyalı Avropanın ən böyük qruplarından biri olan “Mass-Moll”a rəhbərlik edir.
Rimoldi tələbə idi və supermarketdə kassir işləyirdi. Amma peyvənd vurdurmamaq qərarına gəldi, immunlaşdırma haqda sertifikatsız isə o, ali təhsil ala və ya ərzaq mağazasında işləyə bilmir.
Ona həmçinin restoranlarda yemək yemək, konsertlərə və ya idman zallarına getmək də qadağan olunub.
“Mənim kimi sertifikatsız insanlar artıq cəmiyyətin bir hissəsi deyil. Bizi qovurlar. Biz daha dəyərsizik”, – o deyir.
Öz cəmiyyətlərində qərarsızlıq və ya vaksinasiyadan qəti imtina ilə qarşılaşdıqları zaman bir çox ölkələr peyvənd vurdurmamış insanlara qarşı daha sərt qaydalar və məhdudiyyətlər tətbiq edir, bununla da onların həyatlarını əhəmiyyətli dərəcədə çətinləşdirir və peyvənd vurdurmağa sövq etmək istəyirlər.
Belə çıxır ki, Avropa insanların sağlamlığını və həyatını xilas etmək və vətəndaş azadlıqları arasında balans yaratmağa məcbur qalıb.
Həmçinin nəticədə gərginlik və cəmiyyətin iki hissəsi – vaksinasiyadan keçənlər və peyvənd vurdurmaq istəməyənlər arasında parçalanma xeyli artır.
- “Uşağın olmayacaq, əvəzində trombun olacaq” – Ermənistanda COVID-19 vaksinasiyası haqda miflər
- “Peyvənd mifologiyası” – Azərbaycan sakinləri niyə COVID-19-a qarşı vaksinasiyadan keçmək istəmirlər?
Avropada vaksinasiya əleyhdarlarına qarşı hansı təzyiq tətbiq edilir?
Almaniya, yeni kansler Olaf Şolts:
“Biz imkan verməyəcəyik ki, qeyri-adekvat ekstremistlərdən ibarət kiçik bir azlıq öz iradəsini bütün cəmiyyətimizə tətbiq etsin”.
Fransa, prezident Emmanuel Makron:
“Mən həqiqətən ppeyvənd vurdurmayanları əsəbiləşdirmək istəyirəm. Biz axıra qədər bunu edəcəyik. Bu strategiyadır”.
Artıq bir neçə aydır ki, Avropa İttifaqının böyük hissəsində vaksin pasportu olmadan kafe və restoranlara, əyləncə məkanlarına, bəzi yerlərdə hətta ticarət mərkəzlərinə də daxil olmaq mümkün deyil.
“Delta” və “omikron” ştammlarına yoluxma halları kəskin artdığı, immunlaşdırma isə zəiflədiyi üçün bir çox hökumətlər daha da irəli getməyə başladılar.
Peyvənd əleyhdarlarına qarşı sərt tədbirlərin davamı
Avstriya Avropada ilk olaraq peyvənd vurdurmayanlar üçün daimi maksimum təcrid tələblərini tətbiq etdi. Fevralın 1-dən burada peyvəndi məcburi etmək istəyirlər.
Almaniya peyvənd vurdurmamış şəxslərə müəyyən sayda insanların toplaşdığı demək olar ki, bütün yerlərə girişi qadağan edib. Səhiyyə naziri Karl Lauterbax 2021-ci ilin dekabrında xəbərdarlıq edib: “Mütləq vaksinasiyasız mən uzunmüddətli perspektivdə növbəti dalğaların öhdəsindən gələcəyimizi görmürəm”.
Qaydalar və onlardan yan keçməyin yolları
“Peyvənd əleyhdarları aşağı təbəqə hesab olunmağa başlayıb. Bu dəhşətlidir”, – Rimoldi deyir.
Amma Avropada peyvənd vurdurmayanların həyatı kabusdursa, Rimoldi və onun yolunu gedənlər bu kabusdan asanlıqla oyana bilər. Dünyanın yoxsul ölkələrinin sakinlərindən fərqli olaraq. Orada çoxları Aİ-də bol olan Covid-19 virusuna qarşı vaksinasiyaya kəskin şəkildə ehtiyac duyurlar.
Pandemiyanın üçüncü ilində vaksinasiyanın elmi əsası çox möhkəmdir. Vaksinin yoluxma və infeksiyanı yayma riskini xeyli azaltdığına, yoluxma baş verdiyi zaman xəstəliyin ağır keçməsi ehtimalını azaltdığına dair ciddi sübutlar bazası toplanıb.
Başqa bir mühüm məsələ – vaksinasiya səhiyyə sistüminin yükünü də əhəmiyyətli dərəcədə azaldır.
Məhdudiyyətlərdən çoxu ölkələrin çoxunda geniş ictimai dəstəyə malikdir. İsveçrədə bu tədbirlər az əvvəl keçirilən referendumda dəstəklənib. Cəmiyyətin böyük hissəsi anlayır ki, vaksinasiya pandemiyadan çıxış yoludur.
Göstəricilər də bunu təsdiqləyir.
İnfeksiyanın son dalğalarında ən az zərər çəkən İspaniya və Portuqaliya olub – məhz bu ölkələrdə əhalinin vaksinasiyadan keçməsi ən yüksək həddədir. Onların iqtisadiyyatı tam açıqdır və demək olar ki, pandemiyadan əvvəlki səviyyədə işləyir.
Eyn zamanda əhalisinin kifayət qədəri vaksinasiyadan keçməyən ölkələr yeni sərt məhdudlaşdırmalarla və xəstəxanaların dolması ilə qarşılaşıb.
Ümumdünya Səhiyyə Təşkiları 2021-ci ilin noyabrında belə nəticəyə gəlib ki, Avropada 60 yaş və yuxarı 470 000 insan vaksinlər sayəsində xilas edilib.
Amma peyvənd əleyhdarları bu haqda danışmırlar. Onlar üçün əsas ideta azadlıq hüququdur və onlar buna nail olmaq üçün çox şeyə getməyə hazırdırlar.
“Biz 50 nəfərlik bir qrupla bu yaxınlarda restoranlara gedib, yemək yeməyə nail olmuşuq. Əgər polis bizi aşkarlasaydı, bu, onların xoşuna gəlməzdi”, – Rimoldi qürurla deyir.
O bildirir ki, onların vaksinasiyadan keçməmiş dostları ilə birlikdə ictimai yerlərdə mütəmadi təşkil etdikləri yığıncaqlar “quru qanun” dövründə yeraltı barlarda alkoqol istehlakı ilə müqayisə edilə bilər.
“Bəli, bu, qanuni deyil, amma bizim nöqteyi-nəzərimizdən sertifikat da qanuni deyil”, – Rimoldi deyir.
Amma ictimai səhiyyə sahəsinin ekspertləri vaksinasiya əleyhdarlarının bu mübarizəsini ağılsızlıq və təhlükəli adlandırırlar.
Digərlərinin səhhətinə ziyan vurmaq hüququ?
“Bəzi insanlar azadlıq haqda çox təhrif olunmuş təsəvvürə malikdirlər. Onlar bildirirlər ki, digərlərinə ziyan vurmaq onların şəxsi hüququdur”, – Luqano Universitetinin İctimai Səhiyyə İnstitutunun kommunikasiya professoru Süzanna Saqqs deyir.
London Gigiyena və Tropik Səhiyyə Məktəbində Avropa ictimai səhiyyə professoru Martin Makki bildirir ki, “bu insanlar istisnadır”. “Bəs onlarla nə etməli? Axı heç kim onlardan əzabkeş düzəltmək istəmir. Amma əgər onlar gizlicə ictimai yerlərə girsələr, axı yalnız özlərini yox, həm də orada olan hər kəsi böyük risk altına qoyacaqlar”.
Rimold və bütün Avropadakı tərəfdaşlarının qəti şəkildə etiraz etdikləri vaksinasiya pasportları ilə əlaqədar sərt qaydalar vaksinasiyadan keçənlərin sayının artmasına kömək edib. Son tədqiqatların nəticələri bunu göstərir.
Peyvənd əleyhdarları əsasən populistlərə səs verən insanlardır
Hələ pandemiyadan əvvəl Avropada vaksinlərə inamsızlıq əsas partiyalara və hökumətlərə qarşı etimadsızlıqla sıx əlaqədar idi.
Avropanın ictimai səhiyyə jurnalında 2019-cu ildə dərc olunmuş tədqiqat populist partiyalara səs verənlərin sayı ilə vaksinləri lüzumsuz və səmərəsiz hesab edənlərin faizi arasında birbaşa əlaqə aşkarlayıb.
“Bizdə fermerlər, hüquqşünaslar, rəssamlar, musiqiçilər – təsəvvür edə biləcəyiniz qədər geniş insan spektri var”, – Rimoldi deyir.
Onun “Mass-Voll” hərəkatı məhz İsveçrə gənclərinə yönəlib və Instagram səhifəsində abunəçilərinin sayının ölkənin istənilən əsas partiyasının rəsmi gənclər qolunun üzvlərinin sayından daha çoxdur.
2021-ci ilin sentyabrında Avstriyada əyalət parlamentlərinin birində keçirilən seçkilərin heyrətamiz nəticələri olub.
Orada sırf karantinə, maska taxmağa və Covid-19 virusuna qarşı vaksinasiya pasportna müqavimət üçün yaradılan MFG populist partiyası qələbə qazanıb.
“İnsanlarqapadılmaqdan çox yorulublar”, – partiyanın vitse-prezidenti Kristian Fiala deyib.
Ailələrdə parçalanma
Fransada vaksinasiya faizi kifayət qədər yüksəkdir, amma orada da əleyhdarlar kifayət qədər aqressivdir.
72 yaşlı riyaziyyat müəllimi Bruni Kursel Bordoda yaşayır və deyir ki, pandemiyadan əvvəl o, siyasətlə çox da maraqlanmayıb. Amma indi mütəmadi olaraq vaksinə, bloklamalara və digər nəzarət tədbirlərinə qarşı nümayişlərdə iştirak edir.
Mövqeyi onu ailəsi, dostları və həmkarları ilə münaqişəyə gətirib çıxarıb. Onun bütün qohumları peyvənd vurdurub və onlar anlamırlar ki, niyə o, vaksinə qarşı etiraz edənlərə qoşulub.
Ailə arasında təşkil olunan milad yeməyi ərəfəsiində arvadı xahiş edib ki, süfrə arxasında vaksinasiya haqda heç nə danışmasın. “Mən cavab verdim ki, özüm belə bir müzakirə başlatmayacağam, amma əgər solçular öz axmaq fikirləri haqda danışmağa başlasalar susmayacsaq”.
Bu arada, Kurselin radikal fikirləri guya elmi bilgilərə əsaslanır. Amma onun arqumentləri asanlıqla təkzib olunur.
O, aydın olmayan mənbələrə istinad edir və vaksinin dünyada özünü doğrultduğu, bütün dünyada bir il müddətində milyonlarla insanın vaksinasiyadan keçməsindən sonra təhlükəsizliyinin təsdiqləndiyi faktını mübahisələndirir.
Kursel həm də bildirir ki, ciddi arqument olmadan ölkələr “nasist Almaniyası və Sovet İttifaqına analoji totalitar dünyaya” doğru sürüşür. Onunla razı olmayanlarla münasibətləri kəsməyə üstünlük verir.
İşdə o, tamamən təcrid olunmuş vəziyyətdə qalıb. Amma etiraz aksiyalarında o, özünü tamam başqa cür hiss edir və deyir ki, bu, həmin hərəkatların cəlbedici cəhətlərindən biridir:
“Bu, qardaşlıq kimidir. Biz futbol komandasının fanatları kimiyik. Hökumətə şübhə ilə yanaşan, bizi birləşdirəcək nəsə sosial bir şey axtaran insanlar”.
“Peyvənd əleyhdarları azdır, amma onlarda aqressivlik çoxdur”
Fransada vaksinasiyaya etiraz edən nisbətən kiçik qrup “pandemiyanın ilkin dövrlərdəkindən daha məşhur, motivasiyalı və fəal” olub – Fransa Səhiyə və Tibb Tədqiqatları Milli İnstitutunun sosiolq və tədqiqatçısı Ceremi Uorda deyib.
“Onlar problemdir. Fransada bir çox insanlar dövlət strukturlrına inanmırlar və populistlərə üstünlük verirlər. Sonra onlardan çoxu xəstəxanalara düşür, yataq yerlərini tuturlar, halbuki bundan qaçmaq olardı”.
Uordun dəyərləndirməsinə görə, Fransa əhalisinin 5 faizindən 10 faizinə qədər qəti şəkildə vaksinin əleyhinədir. Onlar bildirirlər ki, siyasətçilər onları ikinci dərəcəli vətəndaşlara çevirirlər. Fransa prezidenti isə bir çox avropalı həmkarları kimi peşman deyil.
Makron özünü və ətrafdakıları vaksinasiya yolu ilə Covid-19 virusundan müdafiə etməyənlərin “məsuliyyətsiz” olduqlarına və müvafiq olaraq bu aqibətə layiq olduqlarına əmindir:
“Mənim azadlığım digərlərinin azadlıqlarını təhdid etdiyi zaman mən məsuliyyətsiz oluram. Məsuliyyətsiz insan isə artıq vətəndaş deyil”,