Avropa İttifaqı komissarı İohanes Han Tbilisidə ilk Avropa məktəbini açacaq
Gürcüstanda “Şərq əməkdaşlı”nın Avropa məktəbi açılacaq və bu məktəbdə Şərq əməkdaşlığında iştirak edən altı ölkədən – Gürcüstan, Ukrayna, Moldova, Belorusiya, Ermənistan və Azərbaycandan olan şagirdlər təhsil alacaq. Söhbət yuxarı sinif şagirdlərindən gedir, onlara dərslər Avropa keyfiyyətli tədris proqramı ilə keçiriləcək.
Tbilisidə məktəbi sentyabrın 3-də iki günlük rəsmi səfərlə Gürcüstana gələn Avropa İttifaqının Avropa mehriban qonşuluq siyasəti və tərəfdaşlığın genişləndirilməsi üzrə komissarı İohanes Han açacaq.
“Şərq tərəfdaşlığı”na daxil olan altı ölkədən şagirdlər müsabiqə yolu ilə seçiləcək, məktəbi bitirəndən sonra isə onlar Avropa bakalavriatının diplomlarını alacaqlar.
“Şərq tərəfdaşlığı”nın Avropa məktəbinin hələlik öz binası yoxdur. Hazırkı mərhələdə tədris müəssisəsi Tbilisinin özəl “Yeni məktəbi”nin bazasında yerləşəcək. Gürcüstan hökuməti və Tbilisi meriyasının təqdim etdiyi sahədə yeni bina inşa ediləcək.
Gürcüstanın xarici işlər naziri David Zalkaniani bildirib ki, bu, misilsiz layihədir və Tbilisidəki “Şərq tərəfdaşlığı”nın Avropa məktəbi Aİ hüdudlarından kənarda açılan ilk belə məktəb olacaq. Onun sözlərinə görə, Tbilisidə Avropa məktəbinin açılması haqda qərar 2017-ci ilin noyabrında Brüsseldə “Şərq tərəfdaşlığı” ölkələrinin sammitində qəbul edilib.
2018-2019-cu tədris ili üçün artıq 30 şagird seçilib. Təqaüdlü proqram üzrə təhsillə bağlı müsabiqə martda elan olunmuşdu. Hər il məktəb “Şərq tərəfdaşlığı”na daxil olan 6 ölkədən 30 şagird qəbul edəcək.