Avqustdan Facebook Gürcüstanda siyasi reklam üçün ciddi şəffaflıq qaydaları tətbir edəcək
2020-ci ilin oktyabrında baş tutacaq parlament seçkilərinə bir neçə ay qalmış Facebook Gürcüstanda siyasi və seçkiqabağı reklamın şəffaflığının təmin olunması ilə bağlı yeni qaydalar tətbiq edəcək – siyasi reklam dərc edən hər kəs reklamın sifarişçisnin kim olduğunu, pulunu kimin ödədiyini, məbləğin həcmini, hansı coğrafi rayondakı və hansı yaşdakı istifadıçilərin reklamın hədəf auditoriyası olduğunu mütləq göstərməli olacaq.
Siyasi və seçkiqabağı şəffaflıq haqda tələblər avqustun əvvəlindən qüvvəyə minəcək.
Həmin zamana qədər Facebook reklamverənlərə reklamın şəffaflığı ilə bağlı tələblər haqda informasiyanı təqdim edəcək.
Facebook-un bu qərarı Gürcüstanda fəaliyyət göstərən 50-ə yaxın qeyri-hökumət təşkilatının Facebook administrasiyasına ünvanladığı açıq məktuba cavabdır. Onlar ölkədə seçki ərəfəsində siyasi və seçkiqabağı reklamların şəffaflığının təmin olunmasını xahiş ediblər.
- Gürcüstanda böyük Facebook təmizliyi
- Gürcüstan hakimiyyətinin Facebook-da yüzlərlə saxta səhifə ilə əlaqəsi aşkarlanıb
Bu təşkilatların Facebook-dan aldıqları cavab məktubunda deyilir:
“2020-ci ilin avqustundan biz Gürcüstanda siyasi və seçkiqabağı reklamlara münasibətdə avtorizasiya tələb edəcəyik. Bu, həmin reklama münasibətdə presedentsiz şəffaflıq və dəqiqlik səviyyəsini təmin edəcək. Beləliklə, insanlar seçkilərdə kimin və niyə onların səslərinə təsir etməyə çalışdığını görəcəklər”.
“Bu, irəliyə doğru mühüm addımdır, amma aydındır ki, bununla sosial şəbəkələrdən ictimai rəyə təsir etmək üçün istifadə olunması problemi sona qədər aradan qalxmayacaq. Bununla belə, düşünürəm ki, Facebook-da siyasi reklamın şəffaflığı 2020-ci ildə seçki mühitini yaxşılaşdırmağa kömək edəcək”, – “Ədalətli seçki” qeyri-hökumət təşkilatının nümayəndəsi Mixail Benidze hesab edir.