“Reuters”in bu fotoları Qarabağın paytaxtı Stepanakertdə çəkilib. Yerli sakin Nune Martirosyan isə JAMnews-a müharibə şəraitində öz həyatı haqda danışıb..
Azərbaycan hərbçilərinin atəşi zamanı Qarabağın paytaxtı Stepanakertdə qara tüstü. 6 oktyabr, 2020. Bars Media Documentary Film Studio via REUTERS
47 yaşlı Nune Texnoloji Universitetdə dərs deyir, amma müharibə başlayandan işə getmir. Günün böyük hissəsini zirzəmidə keçirməli olur. Hələ 2016-cl ilin “aprel müharibəsindən”, Dağlıq Qarabağ ətrafında ötən eskalasiyadan sonra ailəsi evin zirzəmisini sığınacaq kimi hazırlayıb.
Artilleriya atəşi zamanı insanlar yaşayış binasının zirzəmisində gizlənirlər. Stepanakert, Qarabağ, 5 oktyabr, 2020. Areg Balayan/ArmGov/PAN Photo/via REUTERS
“Bombardmanın ilk iki-üç günü zirzəmidə 20 nəfərdən çox idik, o cümlədən də uşaqlar. Amma sonra uşaqları daha təhlükəsiz yerlərə apardıq və indi burada 8-10 nəfər toplaşırıq.
Sığınacaqların olmadığı rayonlarda yaşayan dostlarımız da bizimlə burada atəşdən xilas olurlar. Uzun müddət burada, zirzəmidə qalmalı oluruq. Nəsə gətirmək lazım olanda evə qalxırıq”.
Qarabağın Şuşa (Şuşi) şəhərinin sakinləri Azərbaycan hərbçilərinin artilleriya atəşi zamanı zirzəmilərdə gizlənir. 8 oktyabr, 2020. REUTERS/Stringer
“Şəhərdə mağazalar işləmir, hərə evindən öz ehtiyatlarını gətirir. Bir də meriya bizə ərzaq yardımı edir.
Son üç gündə atəş intensivləşib. Bizim ordumuz cəbhədə uğur qazanan kimi Stepanakertin atəşə tutulması güclənir, xüsusən gündüz vaxtı. Ötən gün isə anamın yaşadığı evi atəşə tutdular”.
Qarabağ, Stepanakert sakini, əşyalarını çantalara və paketlərə toplayıb, atəş zamanı zədələnmiş evinə girməsi təhlükəlidir. 6 oktyabr, 2020. David Ghahramanyan/NKR InfoCenter/PAN via REUTERS
“Amma mən şəhərdən getmək niyyətində deyiləm, baxmayaraq ki, belə imkan var. Uşaqları evakuasiya etmək lazım idi, bu normaldır, onlar təhlükəsizlikdə olmalıdırlar. Biz isə qalmalıyıq.
Bütün rəfiqələrim belə hesab edir. Bizim ərlərimiz və oğlanlarımız hiss etməlidirlər ki, onları arxa cəbhədə gözləyən var, onlar bilməlidirlər ki, kimi müdafiə edirlər”.
Qarabağ, Stepanakert sakini Azərbaycan hərbçilərinin atəşindən sonra evinin kandarında. 8 oktyabr, 2020. David Ghahramanyan/NKR InfoCenter/PAN Photo/ via REUTERS