AŞPA Gürcüstanla bağlı yeni qətnamə qəbul etdi, FARA və digər məhdudlaşdırıcı qanunları qınadı
Gürcüstan xəbərləri, AŞPA
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib. Qətnamədə ölkədə demokratiyadan geriləmənin davam etdiyi sərt şəkildə tənqid edilib və hökumətə əvvəlki qətnamələrdəki tövsiyələrin nəzərə alınması çağırışı edilib. Qətnamədə qeyd olunur ki, həmin tövsiyələr hələ də yerinə yetirilməyib.
Bundan əlavə, Assambleya Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləmə qərarına baxmayaraq, bütün üzvlərinin nümayəndə heyətindən çıxdığını və dialoqdan imtina etdiyini təəssüflə qeyd edib. Nəticədə Gürcüstan hazırda AŞPA-da təmsil olunmur. Assambleya hesab edir ki, təsdiqlənmiş səlahiyyətləri olan nümayəndə heyətinin iştirakı seçim deyil, öhdəlikdir.
2025-ci il yanvarın 30-da Avropa Şurası Gürcüstanla bağlı sərt qətnamə qəbul edib, buna cavab olaraq “Gürcü Arzusu” partiyasının nümayəndələri AŞPA-dakı fəaliyyətlərini dayandırdıqlarını açıqlayıblar.
Yeni qətnaməsində Avropa Şurası Parlament Assambleyası bəyan edib:
- Gürcüstan hökumətini dərhal siyasi məhbusları azad etməyə və bütün maraqlı tərəfləri – hakim partiyanı, müxalifəti, vətəndaş cəmiyyətini – əhatə edən inklüziv bir prosesə başlamağa çağırır. Bu, keçmiş seçkilərdə aşkar edilmiş pozuntuları aradan qaldırmaq və yaxın aylarda həqiqətən demokratik seçkilər hazırlamaq məqsədi daşıyır.
- Yerli seçkilərə dair seçki kodeksində son dəyişikliklərlə bağlı təəssüfləndiyini bildirir. Venedik Komissiyasına görə, bu dəyişikliklər hakim partiyanın mövqeyini gücləndirə bilər, siyasi plüralizmi zəiflədir və səs bərabərliyi prinsipini pozur. Assambleya bu dəyişikliklərin ləğv edilməsini və seçki dairələrinin sərhədlərinin müstəqil və ədalətli orqan tərəfindən aydın hüquqi meyarlara əsaslanaraq müəyyən edilməsini təmin etməyi çağırır.
- Parlamentin yeni nizamnaməsinin vətəndaş cəmiyyəti ilə məsləhətləşmələr olmadan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin təyin edilməsini sadələşdirən son dəyişikliklərdən narahatdır, çünki bu, seçki administrasiyasının müstəqilliyini zəiflədir.
- 26 mart 2025-ci il tarixli Yerli və Regional Hakimiyyətlər Konqresinin nəticələrini qəbul edir, həmin nəticələrə görə, ölkədə demokratiya prosesinə və insan hüquqlarına təhdid yaradan ciddi problemlər qalır və təcili olaraq demokratik seçkilər üçün şəraitin yaradılmasına çağırır.
- Seçki günü MSK-nın müşahidəçilərin hüquqlarının ciddi şəkildə məhdudlaşdırılması qəraından narahatlığını ifadə edir və bunun seçkilərin qanuniliyinə və ictimaiyyətin etibarına mənfi təsir etdiyini bildirir.
- Dinc nümayişçilər, jurnalistlər və vətəndaş cəmiyyəti liderlərinə qarşı həbs, cinayət təqibi və həbs müddətinin uzadılmasının davam etməsini, o cümlədən Gürcüstanın Həmrəylik Fonduna qarşı cinayət işlərinin açılması və onun hesablarının dondurulmasını qınayır.
- Bütün həbs edilən nümayiş iştirakçılarının azad edilməsini və “CPT”yə (İşgəncə və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsi) onların saxlanıldığı yerləri ziyarət etməyi tövsiyə edir.
- Etirazlar zamanı həbs olunanların işgəncəyə və pis rəftara məruz qalması ilə bağlı həyəcan təbili çalır və bu cür halların tam və şəffaf şəkildə araşdırılmasını tələb edir.
- Müxalifət lideri Elene Xoştariyanın saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən zorla çılpaq vəziyyətə salındığı haldan dərin narahatdır.
- Məsləhətləşmələr olmadan qəbul edilmiş inzibati pozuntu qanunlarını və toplaşma, ifadə azadlığı ilə bağlı məhdudiyyətlər gətirən dəyişiklikləri pisləyir. Assambleya bu dəyişikliklərin ləğv edilməsini və Avropa standartlarına uyğun yeni qanun hazırlanmasını tələb edir.
- Kütləvi informasiya vasitələrinin azalmağa başlayan mühitindən narahatdır: 2024-cü il üzrə Mətbuat Azadlığı İndeksində Gürcüstan 77-ci yerdən 103-cü yerə düşüb. Assambleya, KİV-lərin xarici maliyyə mənbələri ilə bağlı məhdudiyyətlərin artırılmasından və Milli Kommunikasiya Komissiyasının səlahiyyətlərinin genişlənməsindən narahatdır.
- Dövlət məmurlarının hökumətə tənqidi yanaşmalarına qarşı hədə-qorxu və təqiblər barədə məlumatlardan narahatdır, bu, dövlət məmurlarının müdafiəsini zəiflədir və müstəqil peşəkar birliklərin qeydiyyatına mane olan yeni qanunlardan narahatdır.
- Avropa Şurası Nazirlər Komitəsinin “İdentoba və digərləri qarşı Gürcüstan” işi ilə bağlı qətnaməsini dəstəkləyir və “Ailə Dəyərləri və Azyaşlıların Müdafiəsi Haqqında” qanunun Avropa İnsan Hüquqları Konvensiyasını pozduğunu bildirərək, onun ləğvini tələb edir.
- “Xarici agentlərin qeydiyyatı” qanununu sərt şəkildə qınayır, Assambleya bu qanunun vətəndaş cəmiyyətinə mənfi təsir edəcəyini və əvvəlcədən rədd edilmiş xarici təsirin şəffaflığı haqqında qanunu xatırladır.
- Qəbul edilmiş qanunların ləğvinə çağırır, həmin qanunlar vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının (QHT) və digər maraqlı tərəflərin qanunvericilik prosesi və mühüm dövlət vəzifələrinə, o cümlədən Mərkəzi Seçki Komissiyası, prokurorluq və məhkəmə orqanlarına təyin olunma prosesində iştirakını istisna edir.
- “Birləşmiş Milli Hərəkat”ın (BMH) keçmiş rəhbərliyinin fəaliyyətini araşdırmaq üçün parlament komissiyasının yaradılmasını qınayır, Assambleya tərəfindən hesab olunur ki, bu, siyasətçilərin və fəalların cinayət məsuliyyətinə cəlb olunmasına səbəb ola bilər.
- Xüsusilə narahatdır ki, hakimiyyət partiyası “kollektiv BMH” və ona bağlı olan hər hansı partiyanın qadağan edilməsini nəzərdə tutur. Eyni zamanda, keçmiş Gürcüstan nümayəndə heyətinin üzvlərinin 2008-ci ildə Gürcüstan və Rusiya arasında baş verən müharibənin nəticələri ilə bağlı 1633 saylı qətnaməni dəstəklədiklərinə görə dindirilməyə çağırılması narahatlıq doğurur.
Gürcüstan xəbərləri, AŞPA