Angela Merkelin çətin qələbəsi
Almaniya seçkilərində Angela Merkel dördüncü dəfə qələbə qazanıb, milliyyətçilər isə görünməmiş uğur əldə ediblər.
Merkelin rəhbərliyi altında XDİ/XSİ mühafizəkar bloku son 70 ildə ən pis nəticəni göstərib, amma Almaniya Parlamentində aparıcı qüvvə olaraq qalıb. Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı 1949-cu ildə İkinci Dünya Müharibəsindən sonra Almaniyada ilk paelament seçkiləri baş tutandan bəri belə məğlubiyyət yaşamamışdı.
BBC müxbirinin fikrincə, Merkelin qeyri-əmin qələbəsinin əsas səbəbi ölkəyə 900 000 sənədsiz miqrant və qaçqının girişinə icazə verilməsi ilə bağlı qərarı olub.
Dİ-XSİ-nin hazırkı tərəfdaşı sosial-demokratlar bu dəfəki seçkilərdə görünməmiş məğlubiyyətə uğrayandan sonra müxalifətə keçmək niyyətini açıqlaylblar.
Ən mümkün ssenari “Yamayka” adlandırılan koalisiyanın (bura daxil olan partiyaların bayraqlarının rəngi birlikdə Yamayka bayrağını əmələ gətirir) yaranmasından ibarətdir: XDİ-XSİ (qara), dördillik fasilədən sonra parlamentə qayıdan Azad Demokratlar (sarı) və “Yaşıllar” partiyası.
Demonstrators protest against the anti-immigration party Alternative fuer Deutschland (AfD) after German general election (Bundestagswahl) in Berlin, Germany, September 24, 2017. REUTERS/Christian Mang – UP1ED9O1ELAQ2
Bundestaqda yeni qüvvə olan “Almaniya üçün alternativ” Suriya kimi müharibənin cəngində qalmış müsəlman ölkəsindən gələn miqrasiya ilə bağlı Mekrel siyasətinin yaratdığı narazılıqdan istifadə edib. Partiya miqrantlara və xüsusən də İslama qarşı çıxır. Bu partiya İslamın alman mədəniyyəti ilə bir araya sığmadığını elan edib və minarələrin qadağan edilməsinə nail olmağa çalışır.
“Alternativin” bəzin namizədləri kəskin sağ çağırışlarla çıxış edib. Partiya liderlərindən biri Frauke Petri Twitter hesabında ölkənin “siyasi zəlzlə” yaşadığını yazıb. “Alternativlərin” nəticələri proqnozlardan daha yaxşı olub.