Almaniyalı siyasətçilər Azərbaycan hakimiyyətindən rüşvət almaqda ittiham olunurlar
Almaniya parlamentinin deputatı Karin Strents və keçmiş deputat Eduard Lintner rüşvət müqabilində Azərbaycan hakimiyyətini müdafiə etməkdə şübhəli bilinirlər. Onlar barəsində istintaqa başlanılıb. Strents deputat toxunulmazlığından məhrum edilib.
Şübhə var ki, Azərbaycanın hakim rejimini AŞPA-da lobbiləşdirmək üçün Strents təxminən 22 min avro alıb – bunu OCCRP xəbər verir.
Lintner isə, prokurorluğun fikrincə, 2008-2016-cı illərdə təxminən 4 milyon avro alıb ki, bu pulun bir hissəsi ona çatıb, bir hissəsi isə Azərbaycan hakimiyyətinə siyasi dəstək göstərəcək AŞPA-nın bəzi üzvlərinin satın alınması üçün nəzərdə tutulub.
Strents barəsində şübhələr hələ bir neçə il əvvəl meydana çıxıb. 2019-cu ilin martında o, 20 min avro cərimə edilib. Elə o zaman “Transparency Germany” antikorrupsiya təşkilatı Strents və Lintnerlə bağlı şikayətlərlə müraciət edib, lakin prokurorluq o vaxt istintaqa başlamamışdı.
• Rəy: 2019-cu ildə Azərbaycanda 3 yaxşı və 3 pis xəbər
• Cənubi Qafqazda insan haqları ilə bağlı vəziyyət nə yerdədir – üç ölkə üzrə müqayisəli analiz