ABŞ Ermənistanın iki şirkətinə qarşı sanksiya tətbiq edib
Ermənistanın Rabitə Vasitələri Elmi-Tədqiqat İnstitutu və “Markel” şirkəti ABŞ Ticarət Nazirliyinin qara siyahısına düşüb. Bu şirkətlərə qarşı sanksiya tətbiq ediləcək.
• Ermənistan İrandan 500-dən artıq malın idxalında güzəşt əldə edəcək
• Ermənistan iranlıların nəyinə lazımdır?
Ermənistan kapitalı məhz nədə ittiham olunur?
ABŞ Ticarət Nazirliyinin məlumatına görə, Ermənistana aid bir-biri ilə əlaqəli olan bu iki qurum İranla ticarət aparır. Məsələn, məlumatda qeyd olunur ki, Yerevan Rabitə Vasitələri Elmi-Tədqiqat İnstitutu ABŞ sənaye və təhlükəsizlik Bürosunun “Kommersiya nəzarəti siyahısından” malları mütləq olan lisenziyasız əldə edib və təkrar ixracı ilə məşğul olub. (“Kommersiya nəzarəti siyahısında” adı olan mallara müvafiq lisenziya əldə edilməlidir. Bu malların ölkəyə girişi və ölkədən çıxışına dövlət nəzarət edir).
Qeyd olunur ki, bu iki şirkətə rəhbərlik edən şəxs ABŞ-ın qara siyahısında olan İran şirkəti ilə biznes aparır. ABŞ hakimiyyətinin fikrincə, ölkənin milli təhlükəsizliyinə ziddi olan və ya təhdid edənşirkətlər qara siyahıya daxil edilir.
İranla əməkdaşlıq edən şirkətlərə qarşı sanksiyalar Donald Tramp ABŞ prezidenti seçiləndən sonra fəal şəkildə tətbiq olunmağa başlayıb. Tramp birtərəfli şəkildə İranın nüvə proqramın məhdudlaşdırılması proqramı haqda sazişdən çıxdıqdan sonra iki ölkə arasındakı münasibətlər daha da gərginləşib.
Şirkətlərin özləri bu haqda nə düşünür?
Yerevan Rabitə Vasitələri Elmi-Tədqiqat İnstitutu QSC və “Markel” QSC bir-biri ilə əlaqəli strukturlardır. Onlara rəhbərlik edən Mqer Markosyan yaranmış vəziyyəti anlaşılmazlıq kimi dəyərləndirir.
Direktorun sözlərinə görə, elmi-tədqiqat institutu, onun heç bir strukturu İran şirkətləri ilə ticarət aparmayıb:
“İnstitutun heç vaxt İranın bu və ya digər şirkətləri ilə ticarət əlaqələri olmayıb. Biz İrana heç nə satmamışıq. Sanksiya tətbiq edilən strukturların yönləri də müxtəlifdir. Ümid edirik ki, hər şey yaxın zamanda həll olacaq”.
İnstitut radiotexnika avadanlıqlarının konstruksiyalaşdırılması və istehsalı ilə məşğul olur. Məhsuul Avropa ölkələrinə, Çinə və ABŞ-a ixrac edilir. Sanksiya tətbiq ediləndən sonra bu iki şirkət yalnız Birləşmiş Ştatlarla ticarət imkanından məhrum olmayacaq, həm də istehsal üçün oradan detallar da gətirə bilməyəcək. Mqer Markosyan etiraf edir ki, bu, onların həyatını çətinləşdirir, amma şirkət işinə davam edir:
“Detallalrı başqa ölkələrdən alacağıq. Ola bilər ki, bir qədər baha, amma qorxulu bir şey yoxdur. Məhsulu da başqa ölkələrdə satacağıq”.
Bununla belə şirkət rəhbəri vəziyyətin aydınlaşdırılması xahişi ilə ABŞ-ın Ermənistandakı səfirinə müraciət edəcək.
Bu ilk belə hal deyil
İlk dəyə deyil ki, Amerika Ermənistan şirkətlərinə qarşı sanksiya tətbiq edir. nbuna qədər başqa iki kommersiya təşkilatı da İranla əməkdaşlıq üzündən sanksiya siyahısına düşmüşdü. Amerikaşünas Suren Sarqsyanın JAMews-a bildirdiyinə görə, Ermənistan kapitalı üçün nəinki İran, Rusiya şirkətləri də “gizli” təhlükə ola bilər:
“Yüzlərlə Rusiya şirkətinə və fərdi şəxslərə Amerika sanksiyaları tətbiq olunub. Əgər Ermənistan şirkətləri onlarla əməkdaşlığa getsə, onlar da qara siyahıya düşəcək. Eyni şey İrana da aiddir”.
Ekspert deyir ki, sanksiyalar bu şirkətlərin bank hesablarının dondurulmasına və beynəlxalq sövdələşmələrdə iştiraklarına qadağa qoyulmasına gətirib çıxara bilər.