Ermənistanda baş nazirlə parlament arasındakı münaqişə yenidən çoxminli mitinqlərə səbəb olub
Ermənistanda yenə fövqəladə olaylar baş verir. Oktyabrın 2-i axşam parlament növbədənkınar seçkilərin əleyhinə qərar verib. 2018-ci ildə “məxməri inqilab” nəticəsində hakimiyyətə gəlmiş baş nazir Nikol Paşinyan buna cavab olaraq Yerevanın küçələrinə minlərlə insan çıxarıb.
Baş nazir vaxtından əvvəl parlament seçkilərinə təkid edir, belə ki Milli Məclisdə çoxluq əvvəlki kimi öncəki hakimiyyəti təmsil edən deputatlara məxsusdur və bu, ölkədəki real siyasi vəziyyətə uyğun gəlmir.
Paşinyan parlament üzvləri ilə danışıqlardan sonra mitinq edənlərin qarşısına çıxıb və əksinqilabın olmayacağını elan edib.
Ehtimal olunur ki, onunla parlament arasında aralıq razılığa gəlinib. Bununla belə, Nikol Paşinyan bu günlərdə istefa verəcək, amma bu, taktik gedişdir.
2018-ci il oktyabrın 2-i axşam Yerevanda baş verənlər barədə təfərrüatları diqqətinizə çatdırırıq.
Ermənistanda siyasu prosesin yeni dönüşü oktyabrın 2-i, saat 19.30 radələrində başlayıb.
Ermənistanın parlamentdə çoxluq təşkil edən sabiq hakim Respublika partiyası bu ilin yazından hökumətdə praktiki olaraq təmsil edilmədiyinə baxmayaraq, parlamentin növbədənkənar iclasını çağırıb.
İclasda parlamentin buraxılmasına imkan verməyəcək qanun layihəsinin qəbul olunması təklifi irəli sürülüb.
Layihənin lehinə Respublika partiyasından olan bütün deputatlar, o cümlədən “Daşnaksütyun” partiyasından və “Sarukyan” blokundan olan deputatlar səs verib. Səsvermədə təkcə “Yelk” blokunun – yeni baş nazir Nikol Paşinyanın fraksiyasının nümayəndələri iştirak etməyib.
Bu qanun layihəsi niyə belə təcili qəbul olunub?
Sabik hakimiyyət öz müvqelərini qoruyub saxlamağa çalışır
Məsələ burasındadır ki, 2017-ci ilin parlament seçkilərinin nəticələrinə görə, Respublika partiyası parlamentdə çoxluq əldə edib. Sonra 2018-ci ilin yazında “məxməri inqilab” baş verdi ki, nəticədə ölkədə qeyri-adekvat siyasi vəziyyət yarandı.
Hakimiyyətə parlamentdə az sayda təmsil olunan “Yelk” fraksiyasının nümayəndələri gəldi, onun lideri Nikol Paşinyansa baş nazir oldu. Sabiq hakim partiya olan Respublika partiyası isə ölkədə real hakimiyyətini itirdi – amma parlament onun nəzarəti altında qaldı və bu vəziyyət hökumətin qərarlarını ləngidə bilər.
Baş nazir bununla bağlı növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir. Bu maddə hökumətin proqramına daxil edilib, onu hakimiyyət dəyişikliyindən sonra parlament təsdiqləyib.
Baş nazir niyə seçkilərin tez keçirilməsini qərara alıb.
Sentyabrın 23-də Yerevanda nüfuzlu yerli orqan sayılan Ağsaqqallar Şurasına seçkilər keçirilib. Seçkilərdə böyük qələbəni “Mənim addımım” bloku qazanıb. Baş nazir tərəfindən dəstəklənən bu blok səslərin 80 faizini toplayıb.
Ölkə sakinlərinin, demək olar ki, yarısı paytaxtda yaşadığından ekspertlər elə yeni hakimiyyətin özü kimi bu qələbəni hazırkı hökumətə böyük bir dəstək kimi qiymətəndirib.
Və hələ əgər az əvvəl Paşinyan növbədənkənar parlament seçkilərinin il ərzində – yəni 2019-cu ilin mayınadək keçiriləcəyini deyirdisə, Yerevandakı uğur onu prosesi tezləşdirməyə ruhlandırıb.
Baş nazir oktyabrın 2-də bəyan edib ki, növbədənkənar seçkilər 2018-ci ilin dekabrında keçiriləcək.
Elə həmin günün axşamı parlamentin qəbul etdiyi qanun layihəisndən xəbər tutan Paşinyan onu “əksinqilabi” adlandırıb.
“Əgər Ermənistan “Milli Məclisinin Reqlamenti” qanununa dəyişikliklər edilıməsi barədə qanun geri çağırılmayacaqsa… mən kömək üçün xalqa müracət etməli olacam”, – Paşinyan bəyan edib.
O elə belə də etdi.
Nazir və qubernatorların nümayişkaranə işdən çıxarılmağı
Baş nazir Facebook sosial şəbəkəsindəki səhifəsində ölkə sakinlərinə müraciət edib. O, adamları küçələrə çıxmağı “məxməri inqilabın” nailiyyətlərini dəstəkləməyə çağırıb.
Onun çağırışına bir saat ərzində minlərlə adam hay verib. Protest edənlər parlamentin binasını mühasirəyə alıb.
Nikol Paşinyan elə mitiqndəcə “Daşmaksütyun” və “Çiçəklənən Errmənistan” partiyalarından olan bütün nazirlərin və qubernatorların işdən çıxarılması barədə əmrlərə qol çəkib.
2018-ci ilin yazında bu siyasi qüvvələr inqilabı dəstəkləmiş nazirlər kabinetində portfellər almış və qubernator vəzifələrini əldə etmişdilər.
Amma indi onlar sabiq hakim partiyanın öz mövqesini qoruyub saxlamaq cəhdini dəstəkləmişdilər.
Lakin “Daşnaksütyun” partiyası hələ baş nazirin bu qərarından əvvəl öz nazirlərini hökumətin tərikibindən geri çağırmış və bunu “ölkədəki gərgin siyasi vəziyyətlə” izah etmişdi.
Paşinyan istefa verir
Paşinyan nazirləri işdən çıxarandan sora bəyan edib ki, özü də istefa edəcək.
Bundan sonra – yeddi gün ərzində – parlament yeni baş nazir seçməli olacaq. Və əgər baş nazirin seçilməsi ki dəfə müvəffəqiyyətsizliyə uğrayarsa, qanuna görə ölkədə növbədənkənar parlament seçkiləri keşirilməlidir.
Paşinyan nümayişçilərə bəyan edib: əgər xalq təcili parlament seçkilərinin keçirilməsini istəyirsə, yeni baş nazirin seçilməsinə imkan verməyəcək və arzuolunan nəticəyə müvəffəq olacaq.
Qanun layihəsi qəbul etmiş deputatlarla danışıqlar
Nikol Paşinyan istefa bəyanatını verdikdən sonra deputatlarla danışıqlara yollanıb. Bununla yanaşı, yenidən, elə inqilab günlərində olduğu kimi, adamları sakitliyə və heç bir aqresiya və güc tətbiqi olmadan dinc etiraza səsləyib.
Paşinyan onu Milli Məclisin binasının qarşısında gözləyən tərəfdarlarının qarşısına təxminən gecə saat ikinin yarsıında yenidən çıxıb və bəyan edib ki, “əksinqilab” olmayacaq.
“Ölkədə siyasi böhrandır və bunun öhdəsindən gəlmək lazımdır. Respublika partiyasının, “Sarukyan” və “Daşnaksütyun” bloklarının deputatları bununla razılaşıb.
Mən növbəti variant təklif etdim: yaxın günlərdə istefa verəcəm və gözləyirəm ki, respublikaçılar və digər deputatlar adamları hirsləndirməyəcək”, – Paşinyan deyib.
Baş nazir həmçinin bəyan edib ki, Respublika partiyası, “Sarukyan” bloku və ya “Daşnaksütyun” partiyası baş nazir vəzifəsinə öz namizədlərini təklif edə bilərlər. Ancaq onlar bu qərarın adamlarda hansı reaksiya doğuracağını nəzərə almalıdırlar:
“Bu, yumşaq desək, neqativ reaksiya doğuracaq. Ən doğrusu mənim istefa edəcəyim, seçkilərinsdə iki dəfə baş tutmayacağı sənədə qol çəkmək olacaq.
Sonra dekabrda növbədənkənar parlament seçkilərini keçirərik.
Parlament qüvvələrinin nümayəndələri deyiblər ki, xalqın mesajını anlayıblar və ona hörmət bəsləyirlər. Onlar şifahi şəkildə məni inandırdıla rki, baş nazir namizədini irəli sürmək niyyətində deyillər”.
Beləliklə, hazırda o məlumdur ki, sabiq hakim partiya olan Respublika partiyasının və ona birləşmiş nümayəndələr hələ ki şifahi razılıq verib: növbədənkənar parlament seçkiləri baş tutacaq.
Sosial şəbəkərlərdə
Ermənistanın sosial şəbəkələrində daha çox “inqilabi” hökuməti dəstəkləyənlər fəaldırlar. Səciyyəvi şərhlər:
“O (baş nazir Paşinyan) çağırdı və bir saatdan sonra küçələri insan axını bürüdü. Adamlar nə qədər ayağa qalxmalıdırlar ki, onlar (sabiq hakim Respublika partiyası), nəhayət, anlasınlar: qalmaq alınmayacaq, parlament qapılarının arxasında gizlənmək və gizlicə öz aralarında qəbul etdikləri kağızlarla nəyəsə müvəffəq olmaq alınmayacaq, gözləmək, hiylə gəlmək alınmaycaq! Sizi görmək istəmirlər, gedin, yerləri boşaldın, normal yaşamağa imkan verin, yaxamızdan düşün!”
“Sabiq hökümət anlamaq, inamaq, qəbul etmək iatəmir ki, nifrət etdiyi xalq, rədd etdiyi xalq qərar verə bilər! Bu qədər müddət onlara necə dözmüşük?! Daha dözən deyilik!”