Yerevanda etirazçılar parlamentin ətrafında çadırlarda gecələyəcəklər ki, aprelin 17-də deputatları binaya buraxmasınlar
Yerevanda dördüncü gündür ki, keçmiş prezident Serj Sarqsyanın hakimiyyətinin davamına qarşı itaətsizlik aksiyaları keçirilir. Minlərlə insan deputat, “Vətəndaş Sazişi” partiyasının lideri Nikol Paşinyanın başçılığı altında müxalif qüvvələrin başlatdığı etirazlara qoşulur.
Ermənistan “parlament respublikası” kimi tanınan siyasi struktura keçib. amma dəyişikliklər konteksti o qədər də sadə deyil. Artıq keçmiş prezident Serj Sarqsyan hakimiyyətin böyük hissəsini öz əlində birləşdirmişdi. Siyasi strukturda dəyişiklik bu mövqeyi rəmzi vəziyyətə salıb və indi də Serj Sarqsyanın baş nazir olacağı ehtimal edilir, bu durumda o, demək olar ki, mütləq hakimiyyətə sahib olacaq. Bu məsələ Ermənistan parlamentində 2018-ci il aprelin 17-də həll olunmalıdır. Etirazçılar buna imkan verməməyə çalışırlar.
JAMnews hadisə yerindən mütəmadi reportaj hazırlayır.
00:37, 17 aprel 2018
İnsanlar paytaxtda yolları bağlayır, polislər isə güc tətbiq edərək açırlar. Hərəkat fəallarından bəziləri yenə də polisləri təhqir etməməyə və toqquşmalara girməməyə çağırırıar.
23:05, 16 aprel, 2018-ci il
Nikol Paşinyan hələ də Baqramyan prospektində toplaşan nümayişçilərdən tikanlı məftildən uzaq durmağı tələb və xahiş edir. O, tərəfdarlarını polisləri təhqir etməməyə çağırır, bu aksiyanın dinc olduğunu və polislərin deyil, Serj Sarqsyanın əleyhinə yönəldiyini izah etməyə çalışır. Polislər tərəfənəsə atanlar və ya onları təhqir edənlər hərəkata aidiyyatı olmayan təxribatçılardır. Paşinyan bunu polislərə də bildirib: təxribatlar hərəkatı gözdən salmağa yönəlib.
Daha sonra Paşinyan fəallara tapşırıb ki, təxribatçıları nneytrallaşdırsınlar, ən pis halda qollarını burub yerə uzatsınlar və onlarla məsələni aydınlaşdırmaq üçün onu çağırsınlar. Daha sonra hamıdan sakitliyini qorumağı xahiş edib ki, o, sabahkı aksiyadan əvvəl gedib bir saat işləyə bilsin.
22:45, 16 aprel 2018-ci il
Yerevanda fəalların yürüşü gedir. Onlarıın sayı yüz nəfərə yaxındır. Yürüşün məqsədi insanlara sabahkı aksiya haqda məlumat vermək və onları hərəkata qoşulmağa dəvət etməkdir.
21:55, 16 aprel 2018-ci il
Paşinyan Parlament ətrafındakı polis kordonlarının qarşısında dayanan insanları polislə nümayişçiləri biir-birindən ayıran tikanlı məftildən uzaq durmağa çağırıb. O və həmfikirləri uzun müddət hamını dilə tutub, nümayiçilərin aprelin 13-dən başlayaraq əvvəlki gecələri keçirdikləri Fransa meydanına göndərməyə çalışıblar.
Burada hərəkat fəalları üçün çadırlar qurulub, sobalar qalanıb.
20:34, aprel 2018-ci il
Binanın blokadası aprelin 17-i saat 12.00-a təyin olunan baş nazir seçiminə mane olmasın deyə deputatların parlamentdə qaldığı haqda məlumat daxil olub. Küçələrdə qalmaq və öz məqsədləri uğrunda mübarizə aparmaqla bağlı növbəti çağırışdan sonra aksiyyanın rəsmi hissəsi bitib.
20:20, 16 aprel 2018-ci il
Hərəkat liderləri belə qərara gəliblər ki, bu gün gecə onlarla həmrəy olan insanlar bütün qonşu küçələri blolamaqla parlament binasını mühasirəyə alsınlar. Məqsəd deputatların binaya daxil olmasına və baş nazir seçimində iştirak etməsinə mane olmaqdır. Ermənistan Respublikaçılar Partiyasının timsalında parlament çoxluğu bu gün baş nazir kürsüsünə ERP-nın lideri, keçmiş Ermənistan prezidenti Serj Sarqsyanın nazmiədliyini irəli sürüldüyü rəsmən açıqlanıb.
20:02, 16 aprel 2018-ci il
Hələ ki Paşinyan toplaşanlara bugünkü hadisələri danışır.
O, bildirib ki, sabah sabah yenə də Yerevanın bütün küçələri avtomobil hərəkətinə bağlı olacaq – bu günlə eyni saatda, 08.15-də. Sabah bu gün olduğu kimi fəallar metronun işini də iflic edəcək.
19:50, 16 aprel 2018-ci il
Paşinyan bəyan edir ki, hərəkat xalqın küçəyə çıxacağına şübhə edən hər kəsi bunun əksinə inandırıb. Amma sabah həlledici gün bütün ölkə sakinlərinin aksiyaya qoşulması vacibdir. Tələbələr dərslərə girməkdən boyun qaçırmalı, bütün işləyənlər tətil elan edib, hamısı aksiyaya gəlməlidir.
19:40, 16 aprel 2018-ci il
Yerevandan canlı yayın
Նիկոլ Փաշինյանի ելույթը
Posted by Ջեմնյուզ – JAMnews Armenian on ორშაბათი, 16 აპრილი, 2018
19:30, 16 aprel 2018-ci il
19.00-a təyin olunan mitinq hələ başlamayıb. 19.25-də Nikol Paşinyan həyat yoldaşı ilə birlikdə insanların qarşısında çıxıb və onlardan parlament binası ətrafındakı yeni mövqelərindən geri çəkilməyə çağırıbO deyib ki, mitinq ərazi baxımdan bir qədər aralıda, Baqramyan prospektinin aşağısında keçiriləcək. Səbəb olaraq o, texnikanı yuxarıda yerləşən parlament binası qarşısına qaldırmağın çətin olnası göstərilib.
17:50, 16 aprel 2018-ci il
Kordonların qarşısında toplaşanlar sevinclə Paşinyanı qarşılayıblar. Onlardan biri onun əlini öpüb. Paşinyanın rəhbərlik etdiyi, amma onun hərəkatına qoşulmaqdan imtina edən “Yelk” (Çıxış) fraksiyasının deputatları onun yanına gəliblər. Jurnalistlərin indən belə onların hərəkata qoşulub qoşulmaması ilə bağlı sualına birmənalı cavab verməyiblər. Görünür ki, onlar hələ bu məsələni fraksiya lideri ilə müzakirə etmək niyyətindədirlər.
Paşinyan toplaşanlar qarşısında yenə də çıxış edib, onları geri çəkilməməyə, çıxıb getməməyə çağırıb, çünki 19.00-da növbəti mitinq baş tutacaq. Bu dəfə aksiya burada, Baqramyan prospektində, düz parlament binasının qarşısında olacaq.
Bu dəqiqələrdə mediaya müsahibəsində Nikol Paşinyan polisin hərəkətlərini məntiqsiz kimi dəyərləndirib, çünki dörd deputat işlədiyi parlament binasına keçmək istəyib, onları isə içəri buraxmayıblar. Toqquşmalar da elə bundan sonra başlayıb.
16:50, 16 aprel 2018-ci il
“Nairi” tibb mərkəzindən bildirilir ki, etirazçılarla toqquşma nəticəsində yaralanan polislər də oraya gətirilib. Onlardan birinin vəziyyəti ciddidir.
Tibb mərkəzindən məlumat daxil olub. Fəalların sözlərinə görə, tikanlı məftili qırmağa və polis kordonunu yarmağa çalışan zaman Nikol Paşinyanın əlləri ciddi zədələnib. İndi həkimlər ona tibbi yardım göstərir. Bundan başqa Paşinyanın gözləri ilə bağlı da nə isə problemi var, hələlik problemin nə olduğu dəqiqləşməyib, güman edilir ki, onun gözləri polis qaz tətbiq etdiyi zaman zədələnib.
16:20, 16 aprel 2018-ci il
Paşinyanın həyat yoldaşı onun “Nairi” tibb mərkəzində olduğunu təsdiqləyib və bildirib ki, o, parlament qarşısındakı kordonlara qayıtmaq niyyətindədir.
Polis əleyhqaz taxandan sonra gözyaşardıcı qaz tətbiq edib. Bir neçə nümayişçi yaralanıb. Hərəkat lideri Nikol Paşinyanın da üzərində qan olub. Amma indi onun harada olduğu aydın deyil. Fəallar bildirirlər ki, o, kardonu yarıb və onu polislər aparıblar. Tibbi yardım göstərmək üçün onun “Nairi” tibb mərkəzinə aparıldığı da deyilir.
İndi polis əleyhqazlarını çıxarıb və bir daha xüsusi vasitələr tətbiq etməyəcəklərinə söz veriblər. Onlar nümayişçilərlə barışıq addımı kimi birlikdə Ermənistan himnini oxuyublar.
Eyni zamanda polisdən nümayişçilərə qəbulolunan sərhəddi aşdıqları və əgər toplaşanlar yaxın zamanda dağılışmazsa, mitinqi dağıtmaq məcburiyyətində qalacaqları ilə bağlı xəbərdarlıq ediblər.
15:40, 16 aprel 2018-ci il
Saat üçə doğru ən gərgin məqam başlayıb. Minlərlə insan hərəkat lideri Paşinyanla birlikdə parlament binasını qoruyan polis kordonu istiqamətdə irəliləyib. Deputat Paşinyan bildirib ki, işə gedir, polis onu və qəbula gələn vətəndaşları buraxmalıdır.
Polis onların qarşısına tikanlı məftil çəkib. Hərəkat fəalları məftilləri qırmağa çalışıb. Hələ ki Milli Məclis binasına daxil olmaq uğrunda mübarizə gedir.
12:00, 16 aprel 2018-ci il
Yerevanda növbəti itaətsizlik aksiyası başlayıb. Keçmiş prezident Serj Sarqsyanın hakimiyyətinin davamına qarşı hərəkatın onlarla fəalı paytaxtın mərkəzi küçələrini barrikadalar və zibil çəlləkləri ilə bağlayır. Şəhər nəqliyyatının sürücüləri marşrutlarını dəyişməyə məcbur olur.
Ötən gün müxalif “Vətəndaş Sazişi” partiyasının lideri Nikol Paşinyan Yerevanın mühasirəyə alınması ilə bağlı plan təqdim edib. O bildirib ki, paytaxtda nəqliyyat qarışıqlığı yaşanacaq, insanları bank hesablarını sıfırlamağa, tətilə başlayaraq, Milli Məclis qarşısında mitinqə toplaşmağa çağırıb.
Nətliyyat hərəkətinin dayanmasına gəlincə, planın bu hissəsi vəd olunmuş saatda – 8.15-də reallaşdırılıb. Avtobus qarşısında hamıdan birinci Paşinyanın özü oturub. Fəallar hərəkatın şüarına çevrilmiş ifadəni səsləndiriblər: “Addım at, Serji rədd et”.
Polislər Baqramyan küçəsini kəsib ki, nümayişçiləri parlament binasına doğru buraxmasın. Hərəkat lideri Paşinyan əlində səsgücləndirici ilə vaxtaşırı yerevanlılar qarşısında yaratdıqları narahatlığa görə üzr istəsyib. Onun sözlərinə görə, bu yolla hərəkat fəalları onları daha betər narahatlıqlardan və hadisələrin mənfi yöndə inkişaf ssenarisindən xilas etməyə çalışırlar
JAMnews daha əvvəl Ermənistanda başlayan və məqsədi keçmiş prezident Serj Sarqsyanın baş nazir kürsüsünə keçib, yenə də ölkəni idarə etməsinə imkan verməmək olan itaətsizlik hərəkatının təfərrüatları haqda yazmışdı. Bunun üçün hərəkat lideri və onun həmfikirləri insanları küçəyə çıxıb onlara qoşulmağa səsləyirlər. Onların planına görə, yüz minə qədər insan toplaşmalıdır. Bu, aprelin 17-də baş nazir seçkisinin keçiriləcəyi parlament binasını mühasirəyə almaq və deputatların səsverməsinə mane olmaq üçün lazıdır.
Konstitusiyaya əsasən, baş nazir seçkisi istənilən səbəbdən iki dəfə baş tutmazsa, hazırkı parlament öz səlahiyyətlərini itirəcək və yeni parlament seçkiləri təyin olunacaq. Bununla da, müxalifətçilərin fikrincə, parlament çoxluğu dəyişiləcək və Serj Sarqsyanın hakimiyyəti davam etməyəcək.