“Bakıda düz 100 il əvvəl baş tutan “Mart qətliamı” müsəlman qüvvələrinin bolşeviklərə qarşı qiyamının nəticəsidir”
Martın 31-də Qafqazın faciəvi tarixinə şərti “Bakıda mart qətliamı” adı ilə daxil olan hadisələrdən 100 il keçib. 1918-ci ilin bu günündə Bakıda müxtəlif məlumatlara görə, 3 mindən 12 min nəfərə qədər yerli əhali qətlə yetirilib. Əksər mənbələr qətlə yetirilənlərin əsasən azərbaycanlı olduqlarını bildirir.
Münaqişə kontekstində adətən olduğu kimi, bu hadisələrlə bağlı bir neçə versiya var, onlar da həm bir-birinə əks informasiya verir, həm də faktları çox fərqli şəkildə interpretasiya edir. Buna görə də JAMnews bu hadisələrlə bağlı Yerevandan tarix elmləri doktoru Vaan Melikyan və Bakıdan Toğrul Maşallıya danışmağı təklif edib.
Azərbaycanlı ekspert Toğrul Maşallının JAMnews-da dərc olunan məqaləsində Azərbaycanda populyar olan hadisələrin tam fərqli versiyası əks olunub.
Vaan Melikyan 1918-ci il mart hadisələrindən bəhs edən kitabını nəşr etdirməyə hazırlaşır. Kitab hələ ki, şəbəkədə yoxdur, amma müəllif JAMnews -a onun müqəddiməsinin bir qədər qısaldılmış formasını dərc etmək imkanı verib.
[Bakıda baş verən] dərin siyasi səbəblər kimi, bir tərəfdən, 1917-ci il fevral inqilabı və Rusiyada Oktyabr bolşevik çevrilişi çıxış edir.“Bakı hadisələri erməni-tatar qarşıdurması xarakteri daşımayıb, bütün döyüşlər boyu türklər türk məhəllələri və evlərində yaşayan ermənilərə toxunmayıblar. Erməni hərbi hissələri isə fars konsulunun köməyi ilə geri qaytarılan 14000 müsəlmanı xilas edib və sığınacaq veriblər”, – bu, məşhur azərbaycanlı sənayeçi, maarifçi və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin sözləridir.
Digər tərəfdən bunun nəticəsi kimi, Cənubi Qafqazda pantürkizmin misilsiz fəallaşması durur. Əsrlik Rusiya hegemoniyasından azad olunan əsasən mülkədar tatar mühitində 1917-ci ilin yazından türk, müsəlman dövlətinin yaradılması ideyası formalaşmağa başladı.
Bu ideya bilavasitə Osmanlı Türkiyəsi tərəfindən dəstəklənir və pantürkizmin realizəsinin birinci və ən mühüm dayağı kimi nəzərdən keçirilirdi.
Bu ideyanın əsas daşıyıcıları “Müsavat” partiyasının rəhbər xadimləri idi. Bolşevik çevrilişindən sonra onlar sovet hakimiyyətini tanımayan Zaqafqaziya komissarlığının tərkibinə fəal şəkildə qoşulmuşdu… və qanı bir, dini bir olan Türkiyənin Zaqafqaziyanın daxili milli-siyasi problemlərinin həllinə cəlb edilməsinə xidmət edirdilər.
[Eyni zamanda] gürcü menşevik Sosial-Demokrat Partiyası təkcə bolşevik Rusiyasından ayrılmağı deyil, həm də erməni elementinin Zaqafqaziyada zəifləməsini, pantürkizm kontekstində isə onun aradan qaldırılmasını qarşısına məqsəd kimi qoymuşdu.
P antürkizm kontekstində Bakı yeni əhəmiyyət kəsb edir. Bolşeviklər onu diyarın əsas sovetləşmə, başqa sözlə, ərazinin Rusiya imperiyasına qaytarılması üsulu kimi nəzərdən keçirirdi. “Müsavat” partiyası üçün isə şəhər “milli ideal”ın toplu mərkəzinə çevrilirdi.
Bu episentrdə pantürkizmlə sovet hakimiyyətinin maraqları toqquşurdu.
Bakıdakı sovet hakimiyyəti Stepan Şaumyanın simasında təmsil olunurdu. Türk-tatar-gürcü üçlüyü də bunu erməniyönlü milli amil kimi təqdim edirdi.
Buna görə də 1918-ci ilin mart-aprel aylarında Bakıda mübarizə milli mübarizə xarakteri alırdı. Ermənilər üçünsə bu, sağ qalmaq uğrunda mübarizəydi.
“1918-ci il mart hadisələri” dedikdə, 1917-ci il dekabr ayından 1918-ci il aprel ayına qədər olan dövr nəzərdə tutulmalıdır: ruslar və ermənilərin əleyhinə Zaqafqaziya dəmir yolu boyu 1917-ci il dekabr ayından 1918-ci il yanvar ayına qədər zorakılıq əməlləri; Şamxor qətliamı; türk və kürdlərin Yerevan quberniyasında ermənilərin əleyhinə qiyamları; Atrpatakanda erməni qırğını; Şərqi Zaqafqaziyanın rus, erməni, yəhudi əhalisinin etnik təmizlənməsi. Və nəhayət, Zaqafqaziyada hakimiyyət uğrunda kəskin mübarizə və Tiflisin ələ keçirilməsi problemi.
Bakıda 1918-ci il mart qarşıdurması problemi sovet tarixçiliyində həddən artıq siyasiləşdirilib. Orada vətəndaş müharibəsi Bakı hadisələrinin təhlilinin başlanğıc nöqtəsi kimi təqdimolunur. Buna görə də münaqişə tərəfləri olaraq, bir tərəfdən, sovet hakimiyyəti, digər tərəfdən Müsavat qüvvələri və “Vəhşi diviziya” [əsasən Qafqazdan olan müsəlman könüllülərindən ibarətiydi – JAMnews] göstərilirdi.
Bu cür yanaşma Bakıda, xüsusən də Şərqi Zaqafqaziyada erməni amilini – bolşeviklərlə daşnakların əməkdaşlıq faktını tam iqnor edir. Erməni-tatar millətlərarası qırğınların guya Daşnaksütun partiyası tərəfindən qarşısının alınması məsələsi isə ön plana keçir.
1918-ci il mart hadisələri bu gün də siyasiləşdirilir. Azərbaycanın veb-saytlarında bir çox siyasətçilər “Azərbaycan xalqının payına düşən əzabları” təsvir etməyə çalışır.
İngilis araşdırmaçı-jurnalist Tomas De Vaal özünün “Qara bağ” kitabında belə bir əhəmiyyətli məqama diqqət yetirir ki, “31 mart 1918-ci il” və “soyqırımı” anlayışlarının birləşdirilməsi ondan xəbər verir ki, “xatirə günü daha çox keçmiş yox, bu günkü siyasətə aiddir. Ermənilərin soyqırımı günü olduğu halda Azərbaycanın niyə belə bir günü olmasın?”. Hadisələrin inkişaf perspektivi baxımından Tomas de Vaal tam aydın şəkildə belə bir nəticəyə gəlir ki, “bu anlayışdan istifadə etməklə, Əliyev iki xalq arasında münaqişəyə başlayıb”.
Ermənilər və bolşeviklər tərəfindən guya 12 min tatarın qətlə yetirilməsi ilə bağlı uydurma fakta gəlincə, bu və digər azərbaycanlı müəlliflərə məşhur həmyerliləri Z. Tağıyevin Bakı erməniləri və onların milli təşkilatlarına müraciətlə dediyi minnətdarlıq sözlərini yada salmağı məsləhət görərdik.
1918-ci il mart hadisələri Müsavat qiyamının nəticəsidir.
B u nifaqın məqsədi Bakıda demokratik sosialist sovet hakimiyyətini devirmək, şəhəri ələ keçirmək və onu tatar respublikasının paytaxtı elan etmək idi. Neft sənayesi mərkəzində erməni milli təşkilat və idarələrinin nüfuzu dominantlıq təşkil etdiyinə görə, hakimiyyət və Bakı uğrunda mübarizə Bakı və bütün quberniya ermənilərinin yaşamaq uğrunda mübarizəsinə çevrildi.
1905-1907-ci il erməni-tatar qarşıdurmalarından sonra Bakıda 1918-ci il mart hadisələrini faktiki olaraq erməni elementinin zəifləməsi və sürgün edilməsinin ikinci mərhələsi kimi nəzərdən keçirmək olar.
Bu kontekstdə bütün erməni axınları və partiyalarının misilsiz həmrəyliyi və qarşılıqlı münasibətləri prosesi baş tutdu.
Bakıda 1918-ci il mart hadisələrinin Zaqafqaziya üçün radikal, dönüş siyasi əhəmiyyəti varıydı. Söhbət hər şeydən əvvəl pantürkizmin qəti hücumunun qarşısının alınmasından gedir.