Kəhrəba həyəcanı: qeyri-leqal gecə fəhlələri Ukraynanın qərbində necə işləyir
Qromadskoye və «СЛІДСТВО.ІНФО»nun materialları əsasında
Gecədir. Uniformada kişilər və Ukraynanın qərbində Klesov adlı qəsəbəyə aparan yol boyu düzülən maşınlar. Soldan və sağdan onlarla motorlaşdırılmış nasos və yüzlərlə insan var. Hakimiyyətin kəhrəba mafiyasını dağıtdığını elan etməsinə baxmayaraq.
Gecələr fəhlələr nasoslarla, gündüz isə qalıqları toplayanlar işləyir.
“Bir az yığmışam. Gedib, qazıram. Alınırsa, neynəməliyəm”, – kəhrəba sahəsi yaxınlığında rast gəldiyimiz qadın deyir.
Motoroller sürür, ayağında rezin çəkmə, əlində isə tor var, – bu, yerlilər üçün adi iş dəstidir. Qadın yaxınlıqda yaşayır, adını demək istəmədi və üzünü çəkməməyi xahiş etdi.
“Artıq bəlkə üç, dörd ildir ki, qazıram. Belə alınır çünki, ev tikirəm, əməliyyatlara [qohumlarımın] pul lazımdır. Etməliyəm. Başqa cür alınmır. Dörd oğlum, bir qızım var”, – qadın danışır.
Hasilatdan qazandığı pul həm təhsilə, həm tikintiyə, həm də yaşamağa kifayət edir. Onu kimi az qala bütün yerli əhali yaşayır.
– Artıq yüz ildir ki, belədir. Bir vaxtlar belə edirdilər, indi də edirlər… – Klesova sakini deyir.
– Amma uzun müddət olmayıb, indi də yenidən başlayıblar? – soruşuruq.
– Nəsə bir razılaşma var. Amma bunun dərinliklərinə varmıram, onların öz problemləri var, – həmsöhbətimiz deyir.
Klesova qəsəbəsinin qırağı göz qabağındadır – buradan hər gün yüzlərlə maşının hərəkət etdiyi yol keçir.
Müxtəlif mənbələr qeyri-leqal olaraq kəhrəba çıxarmaq hüququ qazanmaq üçün “bilet”in müxtəlif qiymətlərini söyləyir: 250 dollardan 350 dollara qədər – nasos qurmağın qiyməti bu qədərdir. Əvvəlcədən düzəldilmiş kanallardan su verilməsi daha bahadır – 1000 dollar.
Kütləvi qanunsuz hasilat hələ yoxdur və son zamanlarda olmayıb, Sarnen polis şöbəsinin rəhbəri Sergey Smaqlük belə hesab edir və deyir ki, buzum videoya çəkdiyimiz nadir haldır.
– Kütləvi hasilat məncə, yüz motor, əlli motordur. Bax bu, kütləvi hasilat olardı. Tək-tük hallar var. Daha heç nə deyə bilmərəm, – Sergey Smaqlük deyir.
– Bir həftə əvvəl onlarla motorun işlədiyini qeydə almışıq. Yeni kanallar qazılır, texnika işləyirdi… – deyə sözümüzə davam edirik.
– Hazırda Sarnen rayonu ərazisində kütləvi kəhrəba hasilatı yoxdur, – Smaqlük aramla deyir.
Hələ ki, polis hasilatla mübarizə aparır və ya özünü mübarizə aparırmış kimi göstərir, kəhrəba çıxaranlar qorxmadan və dayanmadan öz fəaliyyətlərinin yeni-yeni foto və video sübutlarını dərc edirlər.
Sosial şəbəkələrdəki yerli qruplardan birində biz hətta Jitomirdəki sahələrdən birinə fəhlə axtarışı elanına da rast gəldik.
– “Vkontakte”dəki elanla bağlı zəng edirəm, – elanda göstərilən nömrəni yığıb, deyirik.
– Hə, fəhlələr lazımdır. Olevkdə fəhlələr. Siz hardansız?
– Rovnodan.
İşçiləri iş alətləri ilə təmin edir, ayda 5-6 min qriven və ya hasilatdan faiz verirlər. Rastımıza hətta minimal sosial paketlə təmin etməyə hazır olan qayğılı işəgötürən çıxdı.
“Özünlə dəstə, yəni hardasa beş-altı nəfər də götürürsənsə, ev də verəcəm, işləyin. Bunu təşkil et, qiymətlərim orada yazılıb, razılığa gələrik, hasilatdan 20 faiz ya da maaş. Sizə necə sərf edirsə, elə. Ev tapacam sizə, prinsipcə, ev artıq var orada, “Klondayk”ın yanında, işıq var, isti soba var, odun gətirəcəyik”, – həmsöhbətim deyir.
“Bu gün gecələr işləyirik. Danışıqlar gedir, polislə məsələni həll etsək, gündüz işləmək olacaq”, – işəgötürən deyir.
O həm də deyir ki, öz nasoslarımızla da gəlib işləyə bilərik. Polislə məsələni həll edəcəyinə söz verir.
“Bir şey olsa polislə mən [danışacam], işə görə öz kiçik faizimi də götürəcəm. Amma bu, hardasa bir-iki gün sonra mümkündür. Bir sözlə, dedilər ki, şənbə gününə qədər polisin hansı kanalda işləməyə imkan verəcəyi aydın olacaq”, – həmsöhbətimiz deyir.
Müsahibə haqqında sorğunu Milli polis rəhbərinə göndərərək, hasilatla bağlı vəziyyəti şərh etməyə xahiş etdik.
Cavab olaraq, Milli polisin kommunikasiya departamentindən statistika və ümumi məlumatlar olan məktub gəldi. Həmin vaxt isə müxtəlif kateqoriyalı qeyri-leqal kəhrəba çıxaranlar Ukraynanın yeraltı sərvətlərinin axırına çıxmaqla məşğuldur.