Üç il keçəndən sonra Donbas üzərində qəzaya uğrayan “Boinq” haqda nə məlumdur?
foto: Anastasiya Vlasova, Bird-in-flight-da dərc olunub
Bu gün, iyulun 17-də Şərqi Ukrayna səmasında Malaysian Airlines aviaşirkətinə məxsus “Boinq-777” sərnişin təyyarəsinin raketlə vurulmasından üç il ötdü. 298 nəfər həlak olub. Beynəlxalq istintaq müəyyən edib ki, təyyarə yerdən vurulub.
Bellingcat beynəlxalq ekspert-jurnalist araşdırma qrupu hesabat dərc edib, bu hesabatda Rusiya yönlü separatçıların bu hadisədə əlinin olması ilə bağlı sübutlar ümumiləşdirilib. Araşdırmanın nəticələri dünya ictimaiyyəti tərəfindən qəbul edilib.
BBC-də 72 səhifəlik sənəd nəzərdən keçirilib – sənədin əsas bəndləri bunlardır.
Bellingcat-in məlumatına görə, MN17-ni vuran “Buk” Kurskdan olan hərbi hissəyə aiddir.
[yes_list]
- 2014-cü il iyunun 23-dən 25-ə qədər 53-cü zenit-raket briqadasının hərbçiləri Rusiya-Ukrayna sərhədinə bir neçə nəqliyyat vasitəsi gətiriblər. 332 saylı “Buk” raket qurğusu da onların sırasında olub.
- 2014-cü il iyunun 17-də qurğu Donetskdə olub. Orada “Buk”u yük maşınının platformasına yükləyiblər. Oradan Rusiya yönlü separatçıların nəzarətində olan ərazilərdən şərqə doğru istiqamətlənib. “Buk”un nömrəsi çirkdən görünməsə də Bellingcatqurğunu əzilmiş yerlərindən və boya izindən tanıya bilib.
- Qurğunun Donbasa aparılmasına görə məsuliyyət Rusiyanın istefada olan zabiti “Xmurı” kod adlı Sergey Dubinskinin üzərində olub.
- Eyni günün gündüz saatlarında “Buk”u daşıyan yük maşını Donetskdən 80 kilometr aralıda yerləşən Snejnoe (Снiжне) şəhərinə gəlib çıxıb. Snejnoyedən qurğu yek maşınından endirilib və özü cənuba doğru hərəkət edib.
- İyulun 17-də təqribən saat 16:20-də “Buk” Malaysian Airlines aviaşirkətinin Amsterdamdan Kuala-Lumpura uçan “Boinqini” vurub. MN17 reysinin bortunda 298 nəfər olub. Onlardan 196 nəfəri Hollandiya vətəndaşı imiş. Hamısı həlak olub.
[/yes_list]
“Xmurı”, yəni Sergey Dubinski. Donbasda hərbi əməliyyatlarda iştirak edəndən sonra dinc həyata qayıdıb. BBC-nin məlumatına görə, foto 2016-cı ilin avqustunda sosial şəbəkələrdə dərc olunub.
Geridə qalan üç il müddətində Rusiya hakimiyyəti insidentdə əli olduğunu inkar edib. Rusiyanın Təhlükəsizlik Şurasında vetosu hadisənin BMT çərçivəsində araşdırılması üçün tribunalın yaradılmasına imkan verməyib.
Birgə istintaq qrupu vətəndaşları MN17 reysinin bortunda olan ölkələr – Hollandiya, Avstraliya, Malayziya, Belçika və təyyarənin səmasında vurulduğu Ukrayna tərəfindən yaradılıb.
Ötən həftə istintaq qrupu elan edib ki, Malayziyaya məxsus “Boinq”in qəzaya uğramasında günahkar olanlar üzərində məhkəmə Hollandiyada bu ilin sonunda başlayacaq.
Rusiya XİN-i daha əvvəl Bellingcat tərəfindən toplanan sübutları “saxta” adlandırmışdı.
“Bütün bu cəfəngiyatı Bellingcat adı altında on-on beş blogerin əlavə gəliri məqsədilə hazırlayırlar, hansılar ki, sizin də anladığınız kimi, hadisənin real aspektləri haqda heç bir məlumat və təsəvvürə sahib deyillər”, – 2016-cı ilin martında Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.