Lari vs dollar
Lariləşdirmə nədir?
Bu proses iqtisadiyyatda milli valyuta olan larinin rolunu əhəmiyyətli şəkildə artırır. Bu da ilk növbədə özünü kreditlərdə göstərəcək. Bankların böyük əksəriyyəti kreditləri lari ilə verəcək.
Lariləşdirməyə ehtiyac nədən yarandı?
Hakimiyyətin arqumenti: xarici valyutaların məzənnəsi daima dəyişir. Lariləşdirmə risklərin azaldılması üçün, məzənnənin aşağı-yuxarı olmasından asılı olmamaq və gələn ay banka daha çox ödəmək lazım olacaq deyə şikayət etməmək üçün lazımdır. Ona görə lariylə olan borc dollara nisbətdə daha aşağı risklərlə bağlı olmalı və proqnozlaşdırılması daha asan olmalıdır.
Hakimiyyət milli valyutanın rolunu necə gücləndirmək istəyir?
Dollarla verilən ssuda lariyə çeviriləcək, ipoteka ssudalarına görə subsidiyalar veriləcək.
Xarici valyuta ssudalarına məhdudiyyətlər qoyulacaq.
Qanunvericiliyə əsasən, məhsulların və servis xidmətlərinin qiymətləri ancaq lariylə elan olunacaq
Bu hökumətin görmək istədiyi tədbirlərdir. Ardıcıllıqla nəzərdən keçirək davam edək:
Ssudaların lariləşdirilməsi və ipoteka kreditlərinin subsidiyalaşdırılması
17 yanvar 2017-ci ildən etibarən hökumət ipoteka ssudalarının birdəfəlik subsidiyasını həyata keçirəcək. Mexanizm belədir: hökumət dövlət büdcəsindən konkret vətəndaşın kreditini bağlamağa kömək üçün müəyyən məbləğ ayıracaq. Bu cür köməyi almaq üçün müəyyən meyarlara cavab vermək lazımdır: Bu cür yardım almaq üçün aşağıdakı meyarlara cavab vermək lazımdır:
Əgər siz fiziki şəxsiniz və sizin ipoteka kreditiniz varsa А) 40 min ABŞ dollarını keçmirsə; Б) Ssuda 1 yanvar 2015-ci il tarixinə qədər alınıbsa; В) Sizin illik gəliriniz 100 min larini keçmirsə (2015-ci ilə əsasən)
Bu hallarda siz banka müraciət edib, hökumətin köməyindən yararlana bilərsiniz.
Mən bütün meyarlara uyğun gəlirəm, deməli mən büdcədən öz kreditimi bağlamaq üçün pul alacam? Nə gözəl!
Hər şey elə də asan deyil. Sizə bir başa heç kim pul verməyəcək. Belə olacaq – sizin vaxtiylə dollarla aldığınız ssudanızı güzəştli məzənnə ilə lariyə çevirəcəklər. Məsələn, əgər siz aldığınız ssudanı 10 fevralda lariləşdirmək istəsəz, onda bu günə olan məzənnə, yəni 2.60 lari 1 dollar olaraq hesablanacaq, amma sizin üçün bu məzənnə 20 tetri aşağı salınacaq, yəni sizin üçün 1 dollar 2.40 təşkil edəcək. Qalan hər 20 tetrini hökumət banka büdcədən ödəyəcək.
Bəs faiz eyni qalacaq? Yəni 2014-cü ildə bankdan illik 7 faizlə 30 min dollar almışamsa, lariləşdirmədən sonra faizlər eyni qalacaq?
Ssudanın lariləşdirilməsində çox güman ki, faiz dərəcəsi qalxacaq. Nə qədər qalxacağı bank və krediti götürəndən asılıdır. Bu gün verilmiş ipoteka kreditlərinin faiz dərəcəsi ortalama 10%-dir. Lariləşdirmədən sonra ssudaların faizi qalxacaq. JAMnews hökumətin subsidiyalaşdırma proqramının toxunduğu bir neçə nəfərlə söhbət etdi. Bəziləri dedi ki, lariyə çevrilən ssudalar daha başa çıxdı, buna görə də onlar proqramda iştirakdan imtina etdilər.
Gürcüstanın Banklar Assosiasiyasının prezidenti Zurab Qvasaliyanın sözlərinə görə, proqramın start götürdüyü ilk gündən potensial benefisiarilərin 8 faizi artıq təklif olunan xidmətdən istifadə edib.
Qeyd olunan subsidiya 33 minə yaxın kreditora aiddir, ondan iki ay ərzində istifadə etmək mümkün olacaq. Proqramdan istifadə edib-etməmək məsələsi müştərinin şəxsi istəyindən asılıdır.
Bankdan mesaj aldım: “Milli bank 25 yanvar tarixindən etibarən təkrar maliyyələşdirmənin dərəcəsini 0,25 vahid artırıb. Nəzərə almağınızı xahiş edirik”. Bu, nə deməkdir?
Sizin üçün bu yaxşı məlumat deyil. Təkrar maliyyələşdirmə dərəcəsinin artırılması o deməkdir ki, kreditin lari ilə verilən hissəsi bahalaşacaq. Ssudanız ancaq faizlədirsə və ya təkrar maliyyələşdirmə dərəcəsinə bağlıdırsa, siz planlaşdırılandan artıq ödəməli olacaqsan.
Təkrar maliyyələşdirmə dərəcələri ölkədəki iqtisadi vəziyyətdən asılıdır. Milli Bank vəziyyətə nəzarət edir və yüksək inflyasiya riskləri zamanı risklərin azaldılması üçün dərəcələri artırır.
Böyük ehtimalla təkrar maliyyələşdirmə dərəcələri yaxın gələcəkdə (hardasa martda) daha 0,25 bənd qalxaraq, 7% təşkil edəcək.
Kreditlərin xarici valyuta ilə alınmasına məhdudiyyətlərin qoyulması nə deməkdir? Yəni dollarla ssuda almaq mümkün olmayacaq?
Yox. Nə dollar, nə avro, nə də Küveyt dinarı ilə. Təbii ki, əgər 100 min laridən artıq kredit götürmək istəmirsizsə – belə olan halda ssuda xarici valyuta ilə veriləcək.
Bu yaxınlarda televiziyada çıxış edən ekspert pulu lari ilə yığmağı məsləhət görürdü. Ağıllı adam təsiri bağışlayırdı və yəqin ki, ona inanmağa dəyər
Onun ağlına şübhə etmirik, amma məntiqə arxalanmaq daha yaxşıdır. Elementar həqiqət: əmanəti maksimal etibarlı şəkildə saxlamaq lazımdır. Statistikaya görə, Gürcüstanda fiziki və hüquqi şəxslərin uzun müddətli depozitləri dollar və avroda saxlanılır. Bu o deməkdir ki, əhali Gürcüstanın milli valyutasına o qədər də etibar etmir.
Əgər depozitim, əmanətim xarici valyutadadırsa, onlar lariyə konvertasiya olunacaqmı?
Əlbəttə, yox. Siz bunu istəmirsizsə, nə avtomatik, nə də icbari şəkildə heç nə konvertasiya olunmayacaq.
Qiymətlərin lari ilə elan olunması nə deməkdir? Axı onlar onsuz da lari ilə qeyd olunur.
Bəli, bu gün Gürcüstanda ticarət obyektləri lari ilə işləyir. Dollarla siz mağazada yağ-çörək ala bilməmisiz, gələcəkdə də ala bilməyəcəksiz. Amma iş daşınan və daşınmaz əmlaka çatanda qiymətlər nadir istisnalarla dollar və avro ilə göstərilir. Alqı-satqı saytlarına girsəz, mənzil kirayəsindən tutmuş, köhnə əntiq komodun satışına qədər qiymətlər dollarla göstərilir. Bu, serviz xidmətlərinin qiymətlərinə də aiddir. Bax, yeni tənzimləmə bunu qadağan edəcək – tez bir zamanda daşınmaz əmlak və başqa bahalı malların qiymətlərinin dollarla göstərilməsi qeyri-qanuni olacaq. Bu tənzimləmə 1 iyul 2017-ci il tarixindən etibarən qüvvəyə minəcək.
Misal üçün, airbnb (mənzillərin kirayəsinin beynəlxalq vebsaytı) kimi xarici saytlarda da qanunla problemlər yaranmasın deyə və həbsxanaya düşməmək üçün qiymətləri lari ilə göstərmək lazım olacaq?
Buna görə, həbs nəzərdə tutulmur. Amma cərimələr də kifayət qədər böyükdür: fiziki şəxslər üçün 500 lari, hüquqi şəxslər üçün 2000 lari. Sanksiyalar əmlakın və ya serviz xidmətlərinin reallaşdırılmasının reklamlaşdırılmasının pozulması zamanı da işləyəcək.
Dəyişdirilən qanunda qeydlər nəzərdə tutulmur və indiki vəziyyətdə qalsa, bu qanun xarici saytlara da aid ediləcək. Hələlik veb-saytda qiymətin lari ilə göstərilməsi opsiyasının olmadığı halda necə hərəkət etmək lazım olduğu aydın deyil və belə hallar çoxdur. Valyutanın geniş çeşidinə baxmayaraq, Airbnb-da nəyinsə qiymətinin lari ilə göstərilməsi mümkün deyil və qiymətlər ancaq xarici valyuta ilə göstərilir. Bu da indiki vəziyyətin nəzərə alınması ilə iyulun 1-dən qanunun pozulması hesab olunacaq. Təbii ki, bu dilemma təkcə Airbnb-na aid deyil və potensial olaraq daha ciddi problemdir.
Hökumətin qəbul etdiyi bu qərar 5 aydan sonra qüvvəyə minəcək, ümid edək ki, bu vaxta qədər məsələyə aydınlıq gətiriləcək. Bəzi ekspertlər düşünür ki, bu cür fəaliyyət xarici ticarətə bərabər tutulacaq və müəyyən mənada təqdir olunacaq ki, bu da qeyd olunan problemi gündəmdən çıxaracaq.
Bütün bu tədbirlər ciddi diskomfort yaradacaq, amma lari və iqtisadiyyata kömək etsələr, əlbəttə dözərəm. Amma həqiqətən də kömək edəcəkmi?
Sizə nə deyim?! Lariləşdirməni dəstəkləyən hakimiyyət və ekspertlər hesab edir ki, bu proqramın reallaşdırılması əhalini məzənnənin dəyişdirilməsi ilə bağlı risklərdən azad edəcək. Onlar həm də hesab edirlər ki, lariləşdirmə prosesi milli valyutanı möhkəmləndirəcək – lariyə tələbat artacaq və insanların dollardan asılılığı azalacaq.
Bu nikbin proqnozu iqtisadçıların böyük hissəsi bölüşmür. Onların fikrincə, iqtisadiyyata istənilən süni müdaxilə həmişə təhlükəlidir və əks effekt verə bilər. Onlar düşünür ki, dolların məzənnəsinin süni şəkildə “dayandırılması” və əhalinin kredit və ssudaları lari ilə almağa məcbur edilməsi effektiv olmayacaq və ölkə iqtisadiyyatına mənfi təsir göstərəcək. Hökumətin opponentləri hesab edir ki, ssudanın dollarla alınması təbii prosesdir, çünki əhali lariyə etibar etmir. İqtisadçıların bir hissəsinin ədalətsiz hesab etdiyi həm də odur ki, hakimiyyətin təşəbbüsünə görə, ipoteka ssudalarının subsidiyalaşdırılması elə həyata keçirilir ki, əslində vergi ödəyən vətəndaşlar başqa vətəndaşlara kredit borclarını ödəməyə kömək edəcək. Bu sistemlə elə alına bilər ki, heç vaxt ssuda götürməyən aşağı gəliri olan və bəlkə də evi olmayan insanlar misal üçün, şəhərin mərkəzində bahalı mənzil almaq üçün ssuda alan insanlara kredit borclarını ödəməyə kömək edəcəklər.