Amerika kimin əlindədir?
Kiminsə xoşuna gəlsə də, gəlməsə də Donald Tramp Amerikanın 48-ci prezidentidir və yaxın 4 il ərzində Ağ Evə onun administrasiyası rəhbərlik edəcək. Trampın komandasının üzvləri olan bu insanlar kimlərdir? Amerikanın daxili işlərinin bizə aidiyyəti olmadığını düşünənlər üçün qısa məlumat veririk.
Mayk Pens, vitse-prezident, 58 yaş
İndiana ştatının qubernatoru, veteran-konqressmen. Əksər amerikalılar onun varlığından 2015-ci ildə qubernator Mayk Pens qalmaqallı “Dini azadlığın bərpası” haqqında aktı imzalayandan sonra xəbər tutdular. Bu sənədə əsasən, İndiana ştatının özəl sektorunun istənilən nümayəndəsi LGBT üzvünə xidmət göstərməkdən imtina edə bilərdi, əgər bu onun dini baxışlarına zidd idisə. Bu cür qanunverici aktla bağlı prezident Obama bir dəfə zarafat da etdi: “Mən və Co (Bayden) son vaxtlar o qədər yaxınlaşmışıq ki, İndiana ştatının restoranlarında bizə pizza gətirməkdən imtina edirlər”. Nəticədə Pens bu məsələyə yanaşmasını yumşaltdı, çünki Respublikaçılar partiyasında da bu akta qarşı çıxanlar oldu.
Sitat: “Birləşmiş Amerika Ştatlarının və İndiananın konstitusiyaları dini azadlığı tanıyır, amma bir çox dindarlar qorxur ki, onların dini azadlığına məhz hökumətin addımları təhlükə yaradır”.
Reks Tillerson, dövlət katibi, 64 yaş
1975-ci ildən işləyən “Exxon Mobil” neft şirkətinin rəhbəridir.
Dövlət katibi postu federal hökumətin prezidentdən sonra ən nüfuzlu vəzifəsidir. Ən iri “Exxon Mobil” neft şirkətinin rəhbəri heç vaxt dövlət xidmətində işləməyib və diplomatik təcrübəsi də yoxdur. Tillerson “Exxon Mobil” şirkətinin rəhbəri vəzifəsində uzun illər boyu Rusiya ilə sıx əməkdaşlıq edib, bu da onun senatda namizədliyinin ən uzunmüddətli, amma müvəqqəti bloklaşdırılmasına səbəb olub. Reks Tillerson şəxsən prezident Putin tərəfindən Dostluq Ordeni ilə təltif olunub. ABŞ dövlət katibi öz mövqeyi ilə məşhurdur, Rusiyaya qarşı sanksiyaların ləğvinin tərəfdarı olub. Bu da başa düşüləndir, çünki məhz 2014-cü ildə Rusiyaya qarşı sanksiyaların tətbiq olunması nəticəsində “Exxon Mobil”ə 1 milyard dollardan çox ziyan dəyib. Buna baxmayaraq, namizədliyinin senatda nəzərdən keçirilməsi zamanı Tillerson dünya diplomatiyasında çox məlumatlı insan təsiri bağışladı, Rusiyaya qarşı da gözlənildiyindən daha tənqidi mövqe göstərdi. Tillerson bildirdi ki, Rusiyanın Krımı özününküləşdirməyə haqqı yoxdur.
Sitat: “Bu termindən istifadə etməzdim”, - senator Marko Rubionun Vladimir Putin hərbi cinayətkardırmı - sualına cavab olaraq o, bu sözləri dedi. Aşağıdakı sözlər də ona aiddir: “Biz Rusiya ilə yəqin ki, heç vaxt dost olmayacağıq. Onlar bizim dəyərləri qəbul etmir”.
Ceyms Mettis, müdafiə naziri, 66 yaş
2011-2013-cü illərdə ABŞ birləşmiş silahlı qüvvələrinə komandanlıq edən keçmiş general. Fars körfəzində, Əfqanıstanda, İraqda müharibə iştirakçısı olub.
Trampın Pentaqon rəhbəri vəzifəsinə namizədi Ceyms Mettis “Dəli köpək” ləqəbini daşıyır. Hərbi sahə üzrə ekspertlər bildirir ki, bu ləqəb onun dairələrində böyük hörmət və ehtiram əlamətidir. Mettis asketik həyat tərzi sürür – 66 yaşlı general heç vaxt evli olmayıb. Onun haqqında deyirlər ki, o öz işi ilə ailə qurub. Hərbi pensiyaya Mettis 2013-cü ildə çıxıb, bu da onun Pentaqon rəhbəri postunda təsdiqlənməsində bürokratik əngəllər yaradır – qanuna görə, ABŞ müdafiə naziri postunu ancaq hərbi sahədə 7 ildən çox işləməyən mülki şəxs tuta bilər. Mettisin namizədliyinin Pentaqon rəhbəri vəzifəsində təsdiqlənməsi üçün konqres xüsusi icazə almalı olacaq.
Sitat: “Bəzi insanlara güllə atmaq çox əyləncəlidir”
Ceff Seşns, baş prokuror, 70 yaş
Senator, Alabamanın keçmiş baş prokuroru. Senatda namizədliyinin təsdiq olunması zamanı onun Alabama ştatında prokuror işlədiyi vaxt baş verən hadisəni xatırlayır. Qaradərili kişinin linçinə görə Ku-Kluks-Klan qruplaşmasının üzvü üçün cəza kimi ölüm hökmünü tələb edir. Bu hadisəni Seşn çox sayda dolayı sübutlara baxmayaraq, irqçi olmadığının sübutu kimi danışdı. Ştatda 2 il prokuror işlədiyi müddətdə o 40 qanun pozucusu üçün ölüm hökmünü istəyib, onların arasında da (“The New York Times”ın məlumatına görə) ruhi xəstələr də varıydı.
Seşns Trampın mühacirlərin qəbulunda məhdudiyyətlərin qoyulması ilə bağlı mövqeyini bölüşür, bununla belə, müsəlmanların qeydiyyata alınması məsələsi ilə bağlı prezidentin mövqeyindən fərqli yanaşmasını da açıq bildirib.
Sitat: “Müsəlmanlarla bağlı təklifi bölüşmürəm, ABŞ-da dini qrupların qadağasını, buna ehtiyac görmürəm”.
Con Kelli, milli (daxili) təhlükəsizlik naziri, 66 yaş
General, ABŞ Cənub Komandanlığının rəhbəri. Prezident həqiqətən də Meksika ilə sərhəd boyu divar tikmək qərarını versə və emiqrantların girişini məhdudlaşdırsa, qərarı məhz keçmiş general Con Kelli verməli olacaq.
Kelli prezident Obamanın qadınlarda ordunun xidmət etməsi ilə bağlı qərarını açıq tənqid edib. 2010-cu ildə Kellinin 29 yaşlı oğlu Robert Əfqanıstanda mina partlaması nəticəsində həlak olub. Con Kelli oğlu hərbi xidmətdə ölən Amerikanın ən yüksək vəzifəli hərbçisidir.
Sitat: “Təkcə fiziki əngəl heç nəyi dəyişməyəcək. Mühafizə çoxlaylı olmalıdır”. (Amerika-Meksika sərhədində divarla bağlı).
Mayk Pompeo, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) şefi, 52 yaş
Kanzasdan konqresmen, böyük hərbi təcrübəsi var. Vest-Poynt hərbi akademiyasının və Harvard universitetinin hüquq fakültəsinin məzunu olan Mayk Pompeo Kanzası 2011-ci ildə konqresdə təmsil edib. Hərbi xidməti zamanı Fars körfəzindəki müharibədə iştirak edib. Mayk Pompeo Quantanamo həbsxanasının bağlanmasına qarşı çıxıb, qəddar dindirmə formalarını, o cümlədən də waterboarding, yəni su ilə işgəncə formalarını dəstəkləyib. Amma yeni vəzifəyə namizədliyi irəli sürüləndən sonra bildirib ki, işgəncələrə münasibətini dəyişib. Trampdan fərqli olaraq Pompeo deyir ki, Rusiyanın ABŞ-dakı prezident seçkiləri prosesinə müdaxiləsi xəbərinə ciddi yanaşır və MKİ direktoru vəzifəsində mütləq bu işin araşdırılmasına başlayacaq.
Sitat: “Tamamiylə aydındır ki, Rusiya tərəfindən Amerika demokratiyasına təzyiq cəhdi həyata keçirilib... Bu, Rusiya hökumətinin yüksəkvəzifəli işçiləri tərəfindən həyata keçirilən təcavüzdür”.Betsi Devos, təhsil naziri, 59 yaş
Betsi Devos “WindQuiest” sərmayə şirkətinə rəhbərlik edib. Bu şirkət alternativ enerji və yüksək texnologiyalar sahəsində işləyir. Devos ailəsi “Amway” korporasiyası ilə bağlıdır.
Betsi Devos milyarderdir. Mülkünün dəyəri milyard dollardan çoxdur. O, Respublikaçılar Partiyasında ən nüfuzlu fiqurlardan biridir. Əvvəllər Miçiqanda respublikaçıların ofisinə rəhbərlik edib. Tənqidçilər deyir ki, Devos təhsil sistemindən tamamiylə xəbərsizdir. Devosa qarşı işləyən fakt – onun özü əhalinin ancaq imkanlı təbəqəsi üçün olan özəl təhsil müəssisəsində oxuyub.
Devosun anası səs-küylü qalmaqalda hallanan fonda sahibdir. Fondu LGBT nikahlarına qarşı çıxış edən və homoseksualların “müalicəsini” tələb edən təşkilatların maliyyələşdirməkdə ittiham edirlər. Rəsmi sənədlərdə Betsi vitse-prezident kimi göstərilir, halbuki özü bunun səhv olduğunu və fondla heç bir əlaqəsinin olmadığını bildirir. Devos təhsil müəssisələrində silah gəzdirməyin tərəfdarıdırStiven Mnuçin, maliyyə naziri, 54 yaş
“Goldman Sachs”ın rəhbərlərindən biridir. Mnuçin heç vaxt dövlət sektorunda işləməyib. “Goldman Sachs”da 20 illik karyerasına paralel olaraq həm respublikaçılar, həm də Demokrat partiyalarından olan siyasi namizədləri fəal şəkildə maliyyələşdirib. Rəhbərlik etdiyi şirkətlərin vergi ödənişlərinin gizlədilməsi üçün offşor zonalarında olduğu üzə çıxıb. Tramp administrasiyasında onun funksiyalarına hökumət istiqrazlarının maliyyə bazarlarında menecmenti daxildir. Mnuçin həm də vergi məcəlləsinin redaktəsinə, bundan başqa da ABŞ-ın xarici düşmənlərinə qarşı maliyyə sanksiyalarının təsdiqi\ləğvinə qoşulub. Onun namizədliyinin senatda müzakirəsi zamanı son ana qədər lazımi sənədlər arasında 100 milyon dollar qiymət qoyulan mülk haqqında informasiya yoxuydu. Mnuçinin özü bunu yaranan texniki problemlə izah etdi.
Sitat: “Bilirdim ki, bu vəzifədə işdən başqa, bir çox başqa işlərlə - o cümlədən də hər şeyin satışı ilə məşğul olmalı olacam. Amma demə, bir neçə vərəq doldurmaq lazım olub! Baş ağrıdan iş imiş”.
Rayns Pribus, Ağ Evin administrasiya rəhbəri, 44 yaş
Ağ Evin administrasiya rəhbəri vəzifəsinə Rayns Pribus Respublikaçılar Partiyasının milli komissiyasının sədri kreslosundan gəlir. Gənc partiya funksioneri, bacarıqlı natiq. O, Respublikaçılar Partiyasının liderləri ilə yaxındır. Ən nüfuzlu respublikaçı – nümayəndələr palatasının spikeri Pol Rayanın komandasının üzvü sayılır. Pribusun əsas funksiyası Trampın ən sərt qərarlarını neytrallaşdırmaq və onları Respublikaçılar Partiyası üçün daha münasib qanunvericilik aktlarına çevirməkdir.
Stiven Bennon, prezidentin baş müşaviri, 66 yaş
Stiven Bennon “Breitbart News” qalmaqallı ultra-sağ media nəşrinə rəhbərlik edir. Bu nəşr Bennonun özü kimi irqçi, seksist, antisemit və millətçi fikir və dərcləri ilə məşhurdur. Düzdür, vəzifəsinə görə Bennon ancaq prezidentə məsləhətlər verə bilər, amma Trampın özü bildirib ki, Bennon təkcə vəzifəsi ilə məhdudlaşdırılmayacaq, onun hüquqları prezident administrasiyası rəhbərinin hüquqlarına bərabər olacaq.
Sitat: “Öz arvadını sevgidən döyəni heç kim ittiham etməyəcək”.
Cared Kuşner, prezidentin baş məsləhətçisi, 36 yaş
Nyu-Yorkun ən məşhur ailələrindən birinin nümayəndəsi, atasının çox milyonluq tikinti şirkətinin davamçısı və İvanka Trampın əri prezident Trampın baş məsləhətçisi olacaq. Kuşner Trampın seçki kampaniyasında fəal iştirak edib və yaxın adamların bildirdiyinə görə, qayınatasına kifayət qədər ciddi təsir edir. Onun Ağ Evdə işə düzəlməsini labirintlə müqayisə etmək olar, çünki bürokratik və hüquqi əngəlləri dəf etmək çox çətin idi. Prezidentin kürəkəni olmaqdan başqa, gənc biznesmen onlarla şirkətdə paylara sahibdir, bunları da bir neçə həftə ərzində yenidən rəsmiləşdirməli olub.
Kellien Konuey, məsləhətçi, 50 yaş
Donald Trampın seçki kampaniyasının meneceri, onun etibarını qazanan spiker və təcrübəli politoloq bu gün artıq “Ağ Evin siması” sayılır – onun mövqeyini ABŞ-ın yeni prezidenti belə xarakterizə edir.
Trampın komandasının digər nümayəndələrindən daha çox Amerika telekanallarında görünür. Onun Tramp administrasiyasında rolunu daha yaxşı başa düşmək üçün – Kellieni tez-tez məşhur “Qalmaqal” serialının qəhrəmanı olan işıqlı Oliviya Poup adlandırırlar. Konuey kommunikasiya strategiyasını qurur, media ilə münasibətləri formalaşdırır, bütün diskussiyalarda Trampı aqressiv və acıqla müdafiə edir. Bu diskussiyalardan birində Konueyin işlətdiyi “Alternativ faktlar” ifadəsi Trampın prezidentliyinin birinci mərhələsinin leytmotivinə çevrildi.
Sitat: (jurnalistə) “Bu qədər də dramatik olma, Çak. Deyirsən ki, onlar haqsızdır, yalan danışırlar. Amma onlara bizim mətbuat katibi Şon Spayser sadəcə alternativ faktlar təqdim edib”.