Lavrovun Ermənistana səfərindən gözləntilər çox idi, sualların çoxu cavabsız qaldı
Rusiya XİN rəhbərinin Ermənistana səfərinin əsas nəticəsi bioloji təhlükəsizlik haqda memorandumun imzalanması olub. Bu sənədin imzalanmasının vacibliyi haqda Lavrov hələ 2019-cu ilin noyabrında – Yerevana növbəti səfərində bildirmişdi. O zaman Rusiya XİN rəhbərinin səfərinin əsas mövzularından biri də Pentaqonun Ermənistanda yaratdığı bioloji laboratoriyalar idi.
Mayın 6-da Sergey Lavrov ermənistanlı həmkarı ilə son danışıqlarının yekunlarına dair mətbuat konfransında yenidən imzalanmış sənədin bioloji təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlığa “mühüm töhfə” olduğu haqda bildirib.
Həmçinin bildirilir ki, Ermənistan tərəfi Rusiya XİN rəhbəri ilə danışıqlarda ikinci Qarabağ müharibəsindən sonra hələ də Azərbaycanda saxlanılan erməni əsirlərin qaytarılması məsələsini də qaldırıb. Tərəflər həmçinin Qarabağ üzrə danışıqlar prosesinin aktivləşdirilməsi və DQ-də Rusiya sülhməramlılarının rolunu müzakirə ediblər.
Ermənistan cəmiyyəti məhz bu məsələlər üzrə sualların cavablanmasını və həll yollarını daha çox gözləyirdi.
Bütün təfərrüatlar – hansı bioloji laboratoriyalardan söhbət gedir, niyə onlar Moskva üçün vacibdir, o cümlədən də Ermənistanda Qarabağ münaqişəsinin nizamlanması haqda nə düşünürlər?
- Ermənistanın cənubunda Rusiya hərbi bazasının iki dayaq məntəqəsi yaradılıb
- Pentaqonun Ermənistanda yaratdığı biolaboratoriyalar Rusiya XİN rəhbərinin Yerevana səfərinin əsas mövzularından biri kimi
Bioloji təhlükəsizlik haqda memorandum
2019-cu ildə Sergey Lavrov Yerevanda rəsmi səfərdə olduğu zaman bioloji təhlükəsizlik haqda memorandum imzalanması və Rusiya mütəxəssislərinin Ermənistanın bioloji laboratoriyalarına buraxılması haqda danışıqlar aparılıb.
Söhbət Ermənistanda 2008-ci ildə Pentaqonun iştirakı ilə yaradılan bioloji laboratoriyalardan gedir. Onlar Amerikanın müdafiə məqsədli “Birgə iştirakla bioloji proqramı” üzrə işləyirlər. Bu laboratoriyalar Ermənistanın mülkiyyətidir.
ABŞ-ın maliyyəsi ilə yaradılan bu növ modernləşdirilmiş bioloji laboratoriyalar Gürcüstanda, Ermənistanda, Ukraynada, Qazaxıstanda, Özbəkistanda və Azərbaycanda fəaliyyət göstərir. Orrada bioloji tədqiqatlar aparılır, viruslar öyrənilir.
2019-cu ildə Rusiya XİN rəhbəri bioloji silah hazırlanmasını qadağan edən konvensiyanın mövcudluğu, ABŞ-ın bu konvensiyaya qəti etiraz etdiyi və bütün dünyada ikitərəfli əsasda bioloji laboratoriyalar yaratmağa çalışdığı haqda danışıb.
Lavrovun bu bəyanatından yerli ekspertlər belə qənaətə gəliblər ki, Rusiya Ermənistanda bioloji silah hazırlayan laboratoriyaların mövcudluğunu ehtimal edir.
Ermənistan hakimiyyəti həmişə bildirib ki, yerli bioloji laboratoriyalar sırf tibbi məqsədlər üçün istifadə olunur.
“Qarabağ münaqişəsi nizamlamadan uzaqdır”
Ermənistanlı jurnalistləri ən çox maraqlandıran məsələ Qarabağ münaqişəsinin nizamlanması və bu məsələdə Rusiyanın mövqeyi olub.
Ermənistanın xarici işlər naziri səlahiyyətlərini yerinə yetirən Ara Ayvvazyan mətbuat konfransında bu suala cavab verərkən bildirib ki, Qarabağ münaqişəsi nizamlamadan uzaqdır:
“Yalnız sülh danışıqları yolu ilə bütün tərəflərin hüquqlarının nəzərə alındığı və Cənubi Qafqaza sülh və stabillik gətirəcək əhatəli siyasi nizamlama əldə etmək mümkündür. Hər şeydən əvvəl Qarabağın statusunun Qarabağ xalqının öz müqəddaratını təmin etdiyi sərhədlər çətçivəsində müəyyən edilməsi bu cür nizamlama üçün təməl ola bilər”.
Bütün Ermənistan cəmiyyətinin cavabını gözlədiyi digər məsələ ikinci Qarabağ müharibəsindən sonra hələ də Azərbaycanda saxlanılan əsirlərin qaytarılmasıdır. Ermənistan XİN rəhbərinin sözlərinə görə, bu məsələ ölkə hakimiyyəti üçün hələ də aktual olaraq qalır:
“Hərbi əməliyyatlar dayandırılandan demək olar ki, yarım il sonra Azərbaycan beynəlxalq humanitar hüququ pozaraq girov statusu olan bütün əsirləri və mülki şəxsləri qaytarmaqdan imtina edir”.
Ara Ayvazyan onu da bildirib ki, Ermənistan ATƏT-in Minsk Qrupu hhəmsədrlərinin vasitəçilik səylərində maraqlıdır. 2020-ci ilin payızına qədər danışıqlar bu qurumun vasitəçiliyi ilə aparılıb.
Sergey Lavrov Minsk Qrupu həmsədrlərinin işini “lazımlı” adlandırıb, amma dərhal ATƏT-in MQ-un həmsədrləri üzrə tərəfdaşlarını tənqid edib:
“Müharibənin dayandırılmasında həlledici rol oynayan Rusiya hamıdan çox hər şeyin təcrübədə yerinə yetirilməsində maraqlıdır. Şübhə etmirik ki, ermənilər və azərbaycanlılar dinc həyatın, bütün sanksiyaların və blokadaların ləğv olunmasının səmərəsini hiss etdikləri zaman bu gün bizim bəzi həmkarlarımızın birinci plana çıxarmağa çalışdığı məsələlərə başqa cür baxmağa başlayacaqlar.
Bu gün, regionda kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunduğu zaman prosesi siyasiləşdirmək lazım deyil. Bunlar regionun azad nəfəs alması üçün təcrübi və aydın şeylərdir. Bu məsələləri “sonraya” saxlamağı, indi isə siyasi diskussiyalarla məşğul olmağı təklif edənlər prosesi kəllə-mayallaq qoyur. İnsanlar normal yaşamağa başladığı zaman siyasi məsələləri həll etmək daha asamdır”.
Azərbaycan prezidentinin bəyanatı haqda Lavrovun şərhi
Rusiya XİN rəhbəri İlham Əliyevin Azərbaycanı onun eksklavı – Naxçıvanla birləşdirməli olan “dəhliz” haqda bəyanatını da şərh edib.
Apreldə Dövlət Tele-Radio Şirkətinə müsahibəsində o bildirib ki, Bakı “Ermənistan isstəsə də, istəməsə də, Bakı Zəngəzur dəhlizinin həyata keçirilməsi üzrə məsələni yerinə yetirəcək” və bu məsələni güc yolu ilə həll edəcəyi ilə təhdid edib.
Bu bəyanatların Yerevanda danışıqlar zamanı müzakirə olunub-olunmadığı haqda suala cavab verərkən Sergey Lavrov deyib ki, erməni həmkarı ilə münaqiə sonrası dövrdə nizamlamanın bütün problemləri, iqtisadi, humanitar və bir çox digər məsələlər müzakirə olunub.
Onun sözlərinə görə, Ermənistan, Azərbaycan və Rusiya rəhbərlərinin imzaladığı razılaşmaya əsasən, kommunikasiyaların açılması mexanizmi sırf qarşılıqlı sərfəli əsasda könüllü həyata keçirmək prinsipini nəzərdə tutur:
“Bu mexanizm heç bir halda iqtisadi əlaqələri tam bərpa etməyə imkan verən diplomatik razılaşma və həll yolundan başqa heç nəyi nəzərdə tutmur”.