581. 2016-cı ildə Gürcüstan yollarında məhz bu qədər adam ölüb. Nə etməli?
Shutterstock
Rustaveli prospekti Tbilisinin mərkəzi küçəsi, paytaxtın ən qələbəlik yeridir, burada maşınlar məhdud sürətlə idarə olunmalıdır.
Gürcüstanda avtomobil qəzalarının statistikası həyəcan doğurur.
DİN-in məlumatına görə, ötən il ölkədə 6939 yol nəqliyyat hadisəsi qeydə alınıb. 58 nəfər ölüb, 9951 nəfər isə müxtəlif travmalar alıb.
Bu göstəricilər ildən ilə artır. Niyə Gürcüstan yol qəzalarının sayına görə Avropada “aparıcı” ölkələrdən biridir və yolları necə daha təhlükəsiz etmək olar?
Səbəb 1 – sürət həddini aşma
Bütün tədqiqatlar göstərir ki, yol nəqliyyat hadisələrinin əsas səbəblərindən biri sürət həddini aşmadır.
Tənzimləmə: Hakimiyyət problemi cərimələri sərtləşdirməklə həll etmək əvəzinə 1 yanvar 2014-cü il tarixindən qanunvericilik sürəti artırmağı sevən sürücülərə qarşı daha loyal oldu.
Əvvəllər sürücü sürət həddini aşdığına görə 1000 lari məbləğində cərimə ödəyirdisə, indi bu cəriməni yarıya bölüblər. Qoyulan cəriməni ödəməməyə görə cərimənin məbləği də azaldılıb (500 lari əvəzinə 150). Qanunu pozan cəriməni heç cür ödəmək istəmirsə, onu 6 ay müddətinə sürücülük hüququndan məhrum edə bilərlər, halbuki əvvəllər bu halda 2 il müddətinə məhrum etmə nəzərdə tutulurdu.
Bundan əlavə də pulun varsa rahatca sürət həddini aşa bilərsən, çünki alınan sürücülük hüququnu bərpa etmək 500 lariyə başa gəlir.
Səbəb 2 – səhv manevrlər
Bir zolaqdan digərinə dönmə işıqlarını yandırmadan keçmək, əks zolağa çıxmaq, qadağan olunan yerlərdə ötmə cəhdləri etmək.
Tənzimləmə: Bu pozuntulara görə 50 lari məbləğində cərimə nəzərdə tutulub.
Səbəb 3 – sərxoş vəziyyətdə avtomobili idarə etmək
Avtomobilin sərxoş içkili vəziyyətdə idarə olunması bütün qəzaların 7,4 faizinin baş verməsinə səbəb olur. 2014-cü ilin məlumatlarına görə, bu qəzaların sayı 262 olub.
2016-cı ildə avtomobili sərxoş vəziyyətdə idarə etmə 30174 halda sürücülük hüququndan məhrum etməyə səbəb olub. Bu, Gürcüstan miqyasındadır.
Tənzimləmə: Avtomobilin sərxoş vəziyyətdə idarə olunmasına görə 6 ay müddətinə sürücülük vəsiqəsindən məhrum etmə cəzası nəzərdə tutulur.
Səbəb 4 – piyadalar tərəfindən qaydaların pozulması
2015-ci ildə 160 piyada ölüb, 1998 nəfər yaralanıb;
2014-cü ildə 145 piyada ölüb, 1993 nəfər yaralanıb;
2013-cü ildə –125 piyada ölüb, 1687 nəfər yaralanıb;
2012-ci ildə – 160 piyada ölüb, 1509 nəfər yaralanıb
2015-ci ildə paytaxtda yol qəzaları nəticəsində 90 nəfər ölüb, 3834 nəfər travma alıb.
Tənzimləmə: qüvvədə olan qaydalara görə, piyada yolu bunun üçün nəzərdə tutulmayan yerlərdə keçərsə 10 lari məbləğində cərimələnir. Bu məqaləni oxuyan hər bir oxucu razılaşar ki, bu tənzimləmə çox nadir hallarda işləyir.
Səbəb 5 – avtomobillərin texniki nasazlığı
DİN-in məlumatlarına görə, Gürcüstanın nəqliyyat parkının 44%-ni 20 il və daha əvvəl buraxılan maşınlar təşkil edir. 46%-i 11-20 il əvvəl istehsal olunub, 1-10 il əvvəl buraxılan maşınlara 10% sürücü sahibdir və yalnız 3%-in maşını təzədir.
Tənzimləmə: Gürcüstanda maşınların icbari texniki baxışdan keçirilməsi 2004-cü ildə ləğv olunub. Buna müvafiq olaraq da qanun heç kimin üzərinə Gürcüstanın yollarında sürülən maşınların vəziyyətini yoxlamaq öhdəçiliyi qoymur. “Yol təhlükəsizliyi” haqqında qanunda əks olunan paraqrafa əsasən, 1 yanvar 2013-cü ildən icbari texniki baxış bərpa olunmalıydı, nəticədə isə bu məsələ 2017-ci ilin axırlarına qədər təxirə salındı, çünki ölkənin hələ ki bu ölçünün tətbiqinə hazır olmadığı məlum oldu.
2017-ci ildə qüvvəyə minən yeni qaydaya əsasən, demək olar ki, bütün yeni növ xarici maşınlar bahalaşırdı, yeni maşınlardan başqa. 5 yaşlı maşına aksiz dəyişməz qaldı, yeni və 4 yaşdan “kiçik” olan maşınlar üçün aksiz lap ucuzlaşdı ki, bu da ölkə avtoparkının yenilənməsini təşviq etməli idi.
Səbəb 6 – yol infrastrukturunda qarmaqarışıqlıq
Paytaxtın mərkəzi küçəsi olan Rustaveli prospektində bir dənə də olsun işıqfor yoxdur. Onların olmaması bir tərəfdən piyadalara problemlər yaradır ki, onlar yeraltı keçidin axtarışı ilə böyük məsafələr qət etməli olurlar, digər tərəfdən də sürücülərdə ən qələbəlik prospektlərdən birində tam arxayınlıq hissi yaradır.
Tənzimləmə: Rustavelidəki yuxarıda qeyd olunan faciəvi hadisədən sonra “Facebook” istifadəçiləri fəallaşaraq, Tbilisinin əsas prospektində işıqforlar qoymaq tələbini irəli sürdülər.
Səbəb 7 – “Başqa səbəblər”
DİN-in statistikasına görə müəyyən olunub ki, Gürcüstanda və konkret olaraq Tbilisidə yol nəqliyyat qəzalarının tez-tez baş verdiyi müəyyən yerlər var.
- 2015-ci ilin məlumatlarına görə, yol-nəqliyyat hadisələrinin daha tez-tez baş verdiyi Gürcüstanın 4 magistral yolu: 1. Tbilisi-Senaki-Leselidze (594 yol nəqliyyat hadisəsi), 2. Poniçala-Marneuli-Ququti (98 yol nəqliyyat hadisəsi), 3.Tbilisi-Bakurtsixe-Laqodexi (94 yol nəqliyyat hadisəsi) 4. Senaki-Poti-Sarpi (74 yol nəqliyyat hadisəsi).
- 2015-ci ilin məlumatlarına görə, yol nəqliyyat hadisələrinin daha tez-tez baş verdiyi Tbilisinin 5 magistral yolu: Kaxeti şosesi (127 yol nəqliyyat hadisəsi), 2. Sol sahil (107 yol nəqliyyat hadisəsi), 3. David Ağmaşenebeli xiyabanı (98 yol nəqliyyat hadisəsi), 4. Sol sahil (87 yol nəqliyyat hadisəsi), 5. Tsereteli prospekti (83 yol nəqliyyat hadisəsi).
Yol qəzalarının əsas səbəbi sürət həddini aşmadır. Bu olmayanda da sənədləşmədə “başqa səbəb” yazılır. Problem ondadır ki, həmin o “başqa səbəbi” heç kim araşdırmır. Yol nəqliyyat qəzasının baş verməsində heç də həmişə sürücü günahkar olmur. Səbəb yol infrastrukturu, yol örtüyü, düzgün quraşdırılmamış yol nişanı, işıqfor və s. ola bilər.
Tənzimləmə: Ekspertlər istənilən yol nəqliyyat hadisəsinin səbəblərini müəyyən edə biləcək xüsusi auditor xidmətinin yaradılmasının vacibliyindən danışırlar. Yoxsa bu səbəblərin kökünü kəsmək mümkün olmayacaq.