Ermənistanda Seçki Məcəlləsi dəyişdirilib: parlament seçki ərəfəsində dəyişiklikləri təcili təsdiqləyib
Ermənistan parlamenti bir günün icində sürətləndirilmiş rejimdə Seçki Məcəlləsinə dəyişikliklər qəbul edib. Dəyişikliklərin təşəbbüskarı “Mənim addımım” iqtidar blokudur. Bu o deməkdir ki, 20 iyuna təyin edilmiş növbədənkənar parlament seçkiləri ancaq partiya siyahıları, yəni proporsional seçki sistemi üzrə keçiriləcək, reytinq siyahıları artıq olmayacaq.
Dəyişikliklərin qəbul edilməsinin lehinə 82 deputat səs verib. əleyhinə səs verən və bitərəf qalan olmayıb.
Parlamentdə təmsil olunan hər iki müxalif fraksiya dəyişikliklərə qarşı çıxış edib. Üstəlik “Maariflənmiş Ermənistan” bildirib ki, bu məqamdan artıq seçkilərin legitimliyi şübhə altına düşür.
Proporsional seçki sistemi seçkili hakimiyyət orqanlarının yalnız partiya siyahhıları üzrə formalaşmasını nəzərdə tutur. Proporsional sistem üzrə keçirilən seçkilərdə deputat mandatları partiyaların topladığı səslərin sayına tam müvafiq şəkildə bölüşdürülür.
Reytinq səsverməsi – bu seçki sistemindən seçki siyahısında təqdim olunan iki və ya daha artıq qalib arasından bir nfəri seçmək üçün istifadə olunur. Səsvermə zamanı seçicilər sadəcə bir nəfərə səs vermir, namizədləri üstünlük dərəcəsinə görə sıralayırlar. Əgər namizəd səslərin yarıdan çoxunu toplayırsa, o qələbə qazanır.
- Siyasi qeyri-stabillik, işsizlik, Qarabağ münaqişəsi – Ermənistanın üç əsas problemi
- Ermənistanda hərbi vəziyyət rejimi ləğv edilib – müharibə bitəndən 4 ay sonra
İqtidar nəyi dəyişmək istəyib?
“Mənim addımım” fraksiyası aşağıdakı dəyişiklikləri təklif edib:
- reytinq seçki sistemini proporsional ilə əvəz etmək;
- partiyalar və partiya ittifaqları üçün yeni keçid minimumu təyin etmək: partiyalar üçün 4%, iki partiyadan ibarət bloklar üçün 8%, üç partiyadan ibarət bloklar üçün 9%, dörd və daha artıq partiyalı bloklar üçün 10%.
- seçki sonrası koalisiyaların formalaşdırılmasında iştirak edən partiyaların sayına qoyulmuş məhdudiyyətin aradan qaldırılması və koalisiyanın formalaşdırılması üçün nəzərdə tutulan müddətin uzadılması;
- parlamentdə təqdim olunan qüvvələrin sayını üçdən dördə qədər artırmaq;
- parlament seçkilərində iştirak edən partiya və partiya blokları üçün seçki girovunun həcminin azaldılması.
Hakimiyyətin mövqeyi
Baş nazir Nikol Paşinyan martın 18-də bildirib ki, iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bəyan edib.
Hakimiyyət və parlamentdə təmsil olunan iki müxalif partiya ölkədə uzun müddətdir davam edən daxili siyasi böhranın aradan qaldırılması üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı razılığa gəliblər. Siyasi böhran 2020-ci ilin payızında ikinci Qarabağ müharibəsi bitəndən dərhal sonra başlayıb. Həmin vaxtdan müxalifət baş nazirin istefasını tələb edir, Nikol Paşinyan sadəcə müxalifət tərəfdarlarının tələbi ilə vəzifədən getməkdən imtina edir.
Hazırkı hakimiyyət nümayəndələri dərhal bildiriblər ki, seçkilərə qədər Seçki Məcəlləsinə dəyişikliklər etmək istəyirlər.
Ən əsas dəyişiklik də əvvəlcədən elan olunmuşdu: seçki yalnız proporsional seçki sistemi üzrə, yəni partiya siyahıları üzrə keçirilməlidir.
Aprelin 1-də dəyişikliklərin müzakirəsi zamanı “Mənim addımım” fraksiyasından olan deputat Vaaqn Ovakimyan xatırladıb ki, reytinqli seçki sistemi Ermənistanda tətbiq olunan andan bütün müxalifət partiyaları tərəfindən tənqid edilib:
“Vurğulammaq istəyirəm ki, seçkilərin təmiz proporsional sistem üzrə keçirilməsiməsələsi ilə bağlı siyasi qüvvələr arasında ən başından geniş konsensus olub. 2018-ci il seçkilərində reytinqli sistemdən imtina olunması hazırkı parlament partiyalarının hamısının proqramında təqdim olunub”.
Müxalifət “əleyhinədir”, amma əvvəl “lehinə” idi
“Çiçəklənən Ermənistan” partiyası ümumiyyətlə iclasda iştirakdan imtina edib. “Maariflənmiş Ermənistan” isə təklif olunmuş dəyişiklikləri tənqid edib. Fraksiya lideri Edmok Marukyan bildirib:
“Əziz vətəndaşlar, sizin adınızdan spekulyasiya edərək növbəti yanlış addım atmağa cəhd edirlər. Rəsmən bildirirəm ki, oyun qaydaları dəyişdirilirsə, seçkilərin legitimliyi şübrə altına qoyulur”.
Müxalifətçinin sözlərinə görə, Ermənistan vətəndaşları onsuz da prezident və böyük şəhərlərin merini seçmək hüququndan məhrumdur. Hakimiyyətin fikrincə, əgər xalqa seçmək hüququ verilsə, o zaman insanlar canilərə səs verəcək. Buna görə də onların fikrincə, hakimiyyət özü seçki siyahılarını müəyyən edir.
“Sizdə 44 nəfər reytinqli sistem üzrə seçilib. Sizlərdən kim canidir? Problem seçki qaydasında deyildi, seçkiqabağı rüşvətlərin paylanması idi. Siz problemi heç doğru müəyyən edə də bilmirsiz”, – müxalifətçi hakimiyyət nümayəndələrinə müraciət edib.
Bu tənqidə “Mənim addımım” iqtidar partiyasından olan deputat Ruben Rubinyan cavab verib. O, Marukyanın 2018-ci ildə reytinqli sistemə qarşı çıxışlarından sitat gətirib.
Rubinyanın sözlərinə görə, bu dəyişikliklərlə onlar yalnız öz vədlərini və öhdəliklərini yox, həm də digər parlament və qeyri-parlament qüvvələrinin istəyini yerinə yetirmiş olacaqlar.
Şərh
Politoloq Qarik Keryan hesab edir ki, reytinqli system bütün dünyada ən biabırçı seçki sistemlərindən biridir.
“Mən hətta bundan istifadə olunan ölkə tanımıram, deyirlər, bir-ikisi var. Əvvəlki hakimiyyət bunu haradan tapıb, tapmaca kimi qalır. Bu, o qədər gülünc seçki sistemidir ki, hətta ekspertlər də onu anlamır.
2017-ci il seçkilərində 2300 nəfər deputatlığa namizəd idi, seçkilərdən sonra isə hər bir partiyanın neçə mandat qazandığı hesablansı üçün 8-9 qətnamə tətbiq edilirdi.
Obrazlı olaraq mən bunu “sol qulağın sağ ayaqla qaşınması seçki sistemi” adlandırardım. Bu seçki sistemi ilə heç bir şəraitdə seçkiyə getmək olmazdı.
Britaniya sistemi var – 100% majoritar, yaxud İtaliya sistemi – 100% proporsional, seçici partiyaya səs verir və partiya qazandığı səs qədər yer alır. Bu cür mürəkkəb cəfəngiyyatı uydurmaq nəyə lazım idi?”