Şaxta babanın emalatxanası
Yerevan mənzilində hazırlanmış Yeni il oyuncaqları
Şimal qütbündən uzaqda, elflərin köməyi olmadan və möcüzəsiz-zadsız iyirmi səkkiz yaşlı Armen öz qonaq otağını Şaxta babanın emalatxanasına çevirib. Onun öz əlləriylə hazırladığı yolka oyuncaqları sonradan yaxınlarının, dostlarının və müxtəlif təşkilatların yolkalarını bəzəyir.
Armendən yolka “resepti”
Rəngli sap yumağı: 1-2 dənə
Yapışqan (emulsiya): 3 çay qaşığı
Plastik stəkan: 1 dənə
İynə: 1 dənə
Folqa ilə sarınmış karton: 50 santimetr
Yaxşı əhval və fantaziya: hədsiz miqdarda.
Dərc olunub: 31.12.2016