“HALO Trust” DQ-da Türkiyə xeyrinə casusluqda ittiham olunub. Təşkilat bu bəyanatı təkzib edib
Ermənistanda uzun illərdir ki, Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsilə məşğul olan Britaniyanın “Halo Trust” xeyriyyə təşkilatı casusluqda ittiham olunub. Tanınmamış DQR prezidentinin xüsusi təlimatlar üzrə nümayəndəsi Boris Avaqyan təşkilatı minalanmış sahələrin xəritələrini Türkiyə xüsusi xidmət orqanlarına ötürməkdə günahlandırıb.
Üstəlik onun fikrincə, bu, 2020-ci ilin payızında ikinci Qarabağ müharibəsində Azərbaycanın uğurlu hərbi əməliyyatlarına kömək olub.
“HALO Trust” təşkilatından bildiriblər ki, bu “tamamən yalandır”, amma qalmaqal davam edir.
Bundan sonra Ermənistan parlamentinin “”Çiçəklənən Ermənistan müxalif fraksiyasından olan deputatı Naira Zohrabyan Facebook səhifəsində yazıb ki, Ermənistan və Dağlıq Qarabağ hakimiyyətləri minalı sahələrin xəritələrinin ötürülməsi haqda məlumatlı olublar.
Bu da son bir həftədə beynəlxalq təşkilatların əməkdaşlarının Ermənistanın maraqlarına zidd olaraq casus fəaliyyətində ittiham olunduğu artıq ikinci haldır.
- Azərbaycan-Gürcüstan sərhədindəki minalar
- Gürcüstan: avqust müharibəsinin ölümcül irsi
- UNICEF-in Ermənistan bürosunun rəhbəri casusdur? Ölkədə yeni qalmaqal
Dağlıq Qarabağdan bəyanat
Ermənistanın 24news.am nəşri tanınmamış Dağlıq Qarabağ liderinin xüsusi təlimatlar üzrə nümayəndəsi Boris Avaqyanın bəyanatını dərc edib:
“Qarabağda xeyriyyə fəaliyyətilə məşğul olan Britaniyanın “HALO Trust” təşkilatı Türkiyə xüsusi xidmət orqanlarına Qarabağdakı minalı ərazilərin xəritəsini ötürüb, bu da onlara 44 günlük müharibə ərzində DQR Müdafiə Ordusunun minalı müdafiə sahələrini uğurla keçməyə imkan verib”.
Onun sözlərinə görə, bu təşkilat təhlükəli əraziləri öyrənmək bəhanəsilə bütün Dağlıq Qarabağ ərazisində kəşfiyyat işləri aparıb.
Təşkilat rəsmi cavab bəyanatı ilə çıxış edib və bildirib ki, 20 ildən çoxdur ki, “HALO Trust” Qarabağda yerli əhalinin təhlükəsizliyi naminə işləyib:
“HALO Trust bütün dünyada münaqişə zonalarında ancaq o səbəblə işləyə bilər ki. Qeyri-siyasi, neytral təşkilatdır. Bu iddia tamamən yalandır”.
Ermənistandan bəyanat
“Mən inanmıram ki, Ermənistan hakimiyyəti və Artsaxın qalan hissəsinin prezidenti bu haqda məlumatlı olmayıblar. Minalı sahələrin xəritələrinin ötürülməsinə imkan verməklə siz düşmənin keçilməz yerlərdən maneəsiz keçməsinə şərait yaratmısız”, – müxalif deputat Naira Zohrabyan Facebook-da yazıb.
Onun sözlərinə görə, məxməri inqilabdan sonra “Ermənistan və Artsaxda Qərbin casus şəbəkələri fəallaşıb”, “Yerli casuslar əcnəbilərlə birlikdə iki erməni respublikasının immunitetini zəiflədiblər”.
Zohrabyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətini rəqibə qarşı durmaq əvəzinə feyk akkauntların axtarışı və ifşası, həmçinin telefonların dinlənilməsi ilə məşğul olmaqda günahlandırıb.
“Xüsusi olaraq MTX üçün bu gün telefon danışıqlarım zamanı Dior-dan qulluq vasitələri haqda danışacam. Elə operator seçin ki, mövzu onun üçün maraqlı olsun”, – Zohrabyan yazıb.
Son həftədə ikinci casusluq hadisəsi
Bundan bir neçə gün əvvəl ölkədə daha bir “casusluq” qalmaqalı yaşanmışdı. Həmin vaxt media və sosial şəbəkələrdə yayılanxəbərlərin baş qəhrəmanı BMT Uşaq Fondunun Ermənistan bürosunun rəhbəri Merienn Klark-Hattinq olmuşdu.
UNICEF-in Ermənistandakı nümayəndəsinin səlahiyyətlərinə artıq son verilib, Ermənistan hökumətionu persona non qrata elan edib. O, tələsik ölkəni tərk edib.
XİN Ermənistan tərəfinin qərarını Merienn Klark-Hattinqin mandatının icrasında və iş metodlarında problemlərin olması, bunların da əməkdaşlığa əngəl törətməsi ilə izah edib.
Amma bundan əvvəl Ermənistanın Telegram kanalları öz mənbələrinə istinad edərək yazırdılar ki, Ermənistan hakimiyyəti BMT əməkdaşının Azərbaycan və Böyük Britaniya lehinə casusluq etməsindən şübhələnir.