Konsensus yoxdur, amma dialoq davam edəcək: Ermənistan müxalifəti və hakimiyyəti danışıqlara başlayır
Ermənistanda uzun sürən siyasi böhrandan sonra hakimiyyət və müxalifət dialoqa başlayıb. Uzun müddətdən sonra baş nazir Nikol Paşiyanla müxalif Maariflənmiş Ermənistan partiyasının lideri Edmon Marukyan arasında birinci görüş baş tutub.
Əsasən ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi müxakirə olunub. Görüşdən sonra müxalifətçi bildirib ki, hələlik konsensusa nail olmaq mümkün olmayıb, amma dialoq davam edəcək.
Baş nazir müxalifət liderlərindən biri ilə razılığa gəlməyə çalışdığı müddətdə digərinə qarşı cinayət işi açılıb. Vətənin Xilası Naminə Hərəkatın lideri Vazgen Manukyan konstitusiya quruluşunun devrilməsinə və Ermənistan hakimiyyətinin zorakılıqla ələ keçirilməsinə açıq çağırışlar etməkdə günahlandırılır. Söhbət onun müxalifətin mitinqindəki çıxışından gedir.
Vazgen Manukyan hazırda həm də Nikol Paşinyan və onun hökumətinin istefasını tələb edən birləşmiş müxalifət partiyalarının baş nazir postuna vahid namizədidir. O, cinayət işini “siyasi təqib” kimi dəyərləndirib.
Hökumət evindəki görüşün təfərrüatları və baş nazir postina namizədə qarşı ittihamların detalları.
- Yerevanda paralel reallıqlar: müxalifət və hakimiyyət yenə də eyni zamanda mitinq keçirib
- Ermənistanda kütləvi mitinqlərin ikinci günü: siyasi böhran davam edir
Görüşün təfərrüatları
Ötən gün Paşinyan bildirib ki, növbədənkənar seçkilərin keçirilməsi məsələsində parlament müxalifəti ilə razılığa gəlmək ümidindədir. Onun fikrincə, məhz seçkilər Qarabağ müharibəsindən sonra ölkədə yaranan siyasi böhranın öhdəsindən gəlməyə kömək edəcək.
Baş nazir dəfələrlə bildirib ki, sadəcə müxalifət tərəfdarlarının tələbi ilə istefa vermək niyyətində deyil, çünki bu vəzifəni bütün ölkə sakinlərinin səsverməsi nəticəsində əldə edib:
“Seçkilər bu məsələnin həlli mexanizmi, xalq üçün özünüifadə imkanıdır. Yalnız hökumət və ya müxalifət mitinqlərində iştirak etmək üçün vaxtı olan vətəndaşlarımız yox, bütün hər kəs fikrini ifadə edə bilsin deyə”.
Hamiyyət ilk növbədə parlament müxalifəti ilə razılığa gələ bilsə, 2021-ci ildə növbədənkənnar seçki keçirməyə hazırdır.
Baş nazirlə görüşdən sonra Edmon Marukyan bildirib ki, hazırda konsensus əldə etmək mümkün olmayıb. Növbədənkənar seçkilərin keçirilməsi haqda danışıqlar digər müxalif Çiçəklənən Ermənistan Partiyasının lideri baş nazirlə görüşəndən sonra davam edəcək.
“Çünki proseslər yalnız Maariflənnmiş Ermənistanın mövqeyi nəzərə alınmaqla irəliləyə bilməz. […] Amma bizim danışmalı, ölkədə yaranmış vəziyyətdən çıxış yolu axtarmalı olduğumuzla bağlı anlaşma var”, – Marukyan deyib.
O vurğulayıb ki, hökumət başçısı növbədənkənar seçkilərin keçirilməsini heç cürə hakimiyyət və ordu münasibətlərindəki böhranla əlaqələndirmir.
INFO Fevralın 25-də Ermənistan SQ Baş Qərargahının demək olar ki, bütün rəhbərliyi bəyanatla çıxış edib və baş nazirin istefasını tələb edib. Nikol Paşinyan bunu hərbi çevriliş cəhdi kimi dəyərləndirib və Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən azad edilməsi prosedurunu başladıb. Müxalifət bu qərara qarşı çıxır.
Müxalifət liderinə qarşı cinayət işi
Martın 3-də mitinqdə baş nazirliyə müxalif Vətənin Xilası Naminə Hərəkatının namizədi Vazgen Manukyan İstontaq Komitəsinə çağırılıb.
Ona qarşı konstitusiya quruluşunun devrilməsinə və Ermənistan hakimiyyətinin zorakılıqla ələ keçirilməsinə açıq çağırışlar etməsilə bağlı cinayət işi qaldırılıb. Bu çağırışlar fevralın 20-də mitinq zamanı səslənib.
O zaman müxalifətçi hakimiyyət dəyişikliyi ilə bağlı fəaliyyət planı təqdim edib. Söhbət həm də “ildırım sürətilə hakimiyyəti ələ keçirməkdən” gedirdi.
Vazgen Manukyan bildirib ki, istənilən statusda mübarizəsini davam etdirəcək.
İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına əsasən, ona qarşı “ölkən tərk etməmək haqda iltizamın imzalanması qətimkan tədbiri seçilib”.
Politoloqun şərhi
Qafqaz İnstitutunun direktoru Aleksandr İskandaryan hesab edir ki, Ermənistanda siyasi böhran daha çox siyasi qalmaqala bənzəyir.
“Hələ ki, sadəcə Ermənistan müxalifətinə daha bir elitanın qoşulduğunu bildirmək olar: kilsə, akademiya, dövlət universiteti və hətta Ermənistan prezidenti ilə yanaşı ordu rəhbərliyi də Paşinyanın istefasını tələb edir. Amma Paşinyan bu çağırışları dinnləməyə meyilli deyil.
Hərbçilərin byanatəna o, tipik təcrübəli mitinq natiqi obrazına uyğun cavab verdi və tərəfdarlarını Yerevanın mərkəzi meydanına səslədi. Oradakı çıxışından məlum oldu ki, o, getmək niyyətində deyil. Hərçənd kütləvi dəstək təəssüratı yaratmaq üçün camaat kifayət qədər deyildi. […]
Eyni zamanda qonşu meydanda digər, müxalifətin mitinqi keçirilirdi, Paşinyanın qeyri-legitimliyi ilə bağlı eyni dərəcədə radikal şüarlarla. Hərçənd elə bu mitinqdə də insanların sayı eyni idi”.
Politoloqun fikrincə, bu, ölkənin üç ildən az bir müddətdə 2018-ci ildə inqilab nəticəsində hakimiyyətdən kənarlaşdırılan Respublika Partiyasının idarəçiliyi dövrünün sonuna qayıtdığının nümayişi olub:
“Sosial legitimliyi olmayan zəif heterogen hakimiyyət və yalnız neqativlə, yəni hakimiyyətə qarşı birləşən zəif heterogen müxalifət.
Ermənistan cəmiyyətinin hazırkı parçalanmış iki qütbü – Paşinyana əsas dəstək və radikal müxalif əhvallı insanlar. Amma keçirilən mitinqlərin göstərdiyi kimi hər iki qrup azlıqdadır. Qütblr arasında – apatiya, məyusluq, ötən dəfəkindən üç il keçməmiş daha bir inqilaba qalxmaq istəyinin olmaması (üstəlik də nəticələrini görəndən sonra)”.