Riodakı Olimpiada haqqında 11 fakt
Avqustun 6-da Rio-de-Janeyro şəhərində 2016-cı il Olimpiya oyunlarına start verilir. JAM-News oyunlara aid bir neçə maraqlı fakt təqdim edir:
1. Olimpiya oyunları ilk dəfədir ki, Cənubi Amerikada keçirilir.
2. Təşkilatçıların sözlərinə görə, onlar hər gün təxminən 10 500 idmançının qidalanması üçün 60 min yemək hazırlayırlar. Braziliyada əsas qida məhsulları düyü, qara lobya, qızardılmış ət sayılır. Bu ərzaqlardan olan yeməklərə tapioka, pao, kuejo (pendir kökələri), akai (amazon meyvəsi) kimi yerli məhsullar da əlavə olunur.
3. Olimpiya oyunlarının təntənəli açılış və bağlanış mərasimləri Rio-de-Janeyrodakı dünyada ən iri idman qurğularından biri sayılan “Marakana stadionunda keçiriləcək. 1950-ci ildə futbol üzrə dünya çempionatının final oyununu bu stadionda 173 min insan müşahidə edib.
4. Rioda keçirilən Olimpiya oyunlarında miqrant idmançılar yığması iştirak edəcək. Bu, “miqrasiya böhranı zamanı minlərlə həmyerliləri ilə birlikdə doğma yurdlarını tərk edərək, Avropanın müxtəlif ölkələrində özlərinə sığınacaq axtarmalı olan atletlərdir. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) məlumatına görə, söhbət Olimpiya oyunlarında Olimpiya bayrağı altında çıxış edəcək 10 idmançıdan gedir.
5. Riodakı Olimpiya oyunlarında idman növü kimi reqbi-7 debüt edəcək. 112 illik fasilədən sonra Olimpiya proqramına qolf qaytarılıb. Buna qədər qolf üzrə turnir olimpiya oyunlarında 1900 və 1904-cü illərdə keçirilib.
6. Rioda keçirilən Olimpiya oyunlarında ilk dəfə 2000-ci ildən sonra doğulan idmançılar iştirak edəcək. Onlardan ən kiçikləri 1 yanvar 2003-cü ildə anadan olublar. Onlardan biri sualtı üzgüçülük, ikincisi isə gimnastika üzrə turnirdə iştirak edəcək.
7. 2016-cı il Olimpiya oyunlarının simvolu Braziliyanın vəhşi təbiətini əks etdirən, Vinicius ləqəbli sarı və göy rəngli fiqurlar oldu. Bu, çox çevik olan və uçmağı bacaran ya pişik, ya da meymundur. Bosana üslubunda işləyən Braziliya musiqiçisi Vinicius de Moraesin şərəfinə adlandırılıb. O, “The Girl From Ipanema adlı məşhur mahnının müəllifidir.
8. Xüsusi olaraq, Olimpiada qabağı Rionun taksi sürücüləri üçün dərslər təşkil ediblər. Oyunların Təşkilat komitəsinin təşəbbüsü ilə onlar üçün 4 aylıq ingilis dili kursları təşkil olunub.
9. Rio-2016-da 70 min könüllü iştirak edir, onlardan 50 mini braziliyalıdır. Könüllülər arasında ABŞ, Böyük Britaniya, Rusiya, Çin və digər ölkələrdən də nümayəndələr var.
10. Riodakı Olimpiadanın təhlükəsizliyini 85 minə yaxın əsgər və polis təmin edir. Bu, Braziliyada iri tədbirlərin keçirilməsini təmin edən ən böyük tərkibdə təhlükəsizlik qüvvələridir. Bu, 2012-ci ildə Londonda keçirilən Olimpiya oyunlarında olan təhlükəsizlik qüvvələrindən iki dəfə çoxdur.
11. Riodakı Olimpiadada müxtəlif yığmalarda bir ailənin üzvləri iştirak edir. Yarışlarda Avstraliya komandasında 9 cüt doğma bacı və qardaş və 4 cüt kuzen iştirak edəcək. 314 idmançı ilə təmsil olunan Kanada yığmasında 3 cüt bacı-qardaş var. Estoniya Olimpiya oyunlarına 3 əkiz, Gürcüstan isə ana və oğulu göndərib.
Dərc edilib: 06.08.2016