Benzin bazarının “qoxusu”
“Kasıblığa baxmayaraq, Ermənistanda Ai-92-nin bir litrinin qiyməti təxminən bir dollardı. Buna görə də Gürcüstanda bakı tam doldurmaq lazımdır,çünki orada elə həmin 92-nin qiyməti 45 rubla yaxındır. Bu, Rusiyanın “Avto-baxış («Автовзгляд») internet portalında dərc olunan “Ermənistanda avto-səyahət neçəyə başa gələr adlı məqalədən bir sitatdır. Məqalənin müəllifi Konstantiv Qusev Ermənistana öz maşını ilə, təbii ki, Gürcüstanı keçməklə gəlib. Və yenə də təbii ki, Gürcüstan və Ermənistanda benzinin qiymətlərindəki fərq onun təəccübünə səbəb olmalıydı. Axı bu hətta bizi, Ermənistan Respublikası vətəndaşlarını belə təəccübləndirir.
Foto: Tatul Hakobyan
Qonşu olkə amili
Baxın, Gürcüstanda fevralın 4-nə olan məlumata görə, Requlyar benzininin bir litri 1,38 lari (təxminən 55 sent), Premium isə – 1,58 lari (təxminən 63 sent) idi. Elə həmin gün Ermənistanda Requlyar benzininin qiyməti 390 dram (78 sent), Premium isə 410 dram (82 sent) idi. Ermənitanda Requlyar benzinin bir litrinin qiyməti Gürcüstandakından 116 dram (23 sent) və ya 42% bahadır.
Bəs əgər Ermənistan da eynən Gürcüstan kimi benzin və neft məhsullarınını idxalçısı olduğu halda niyə belə alınır? Son zamanlar bu suallar daha tez-tez səslənir, amma hələ ki, tutarlı cavab verilməyib.
Cavabı gözləməyən erməni sürücüləri yaranmış vəziyyətə müvafiq şəkildə reaksiya verir, yəni maşılarına benzini qonşu Gürcüstanda doldururlar. Bəli, burada təəccüblü heç nə yoxdur. Bu, adi riyaziyyatdır. Avtomobilin bakı tam olaraq 60 litr benzin tutursa və onu Gürcüstanda ağzına qədər doldursan, 7000 dram, yəni təxminən 15 dollar qənaət etmiş olarsan.
Erməni-gürcü sərhədinin yaxınlığında yaşayan erməni sürücüləri ərinmir və deyək ki, həftəfə bir dəfə sərhədi keçirlər, yaxınlıqdakı yanacaq doldurma məntəqəsində baklarını doldurur, elə gəlmişkən ev üçün alış-veriş edir (Gürcüstanda uşaq bezlərindən tutmuş paltaryuyan toza qədər bir çox mallar daha ucuzdur) və qayıdırlar.
Neft amili
Daha doğrusu, bu amilin olmaması. Son bir il ərzində neftin qiyməti iki dəfə ucuzlaşdı, Ermənistanda satılan benzinin qiyməti isə dəyişməz olaraq qalıb. Elə təəssürat yaranır ki, benzini neftdən deyil, tomat şirəsindən alırlar və onun qiymətinin neftin qiyməti ilə heç bir bağlılığı yoxdur.
Bu məsələ ilə bağlı izahatı Ermənistan Respublikası İqtisadi Rəqabətin Qorunması üzrə Dövlət Komissiyasının sədri Artak Şaboyan verdi. Məlum oldu ki… Ermənistanda benzinin qiymətinin tomat şirəsi ilə heç bir bağlılığı olmadığı kimi, neftlə də bağlılığı yoxdur.
O bildirdi ki, Ermənistanda satılan benzinin qiymətində neftin xüsusi çəkisi 5-8 faiz təşkil edir. “Ermənistanda satılan benzinin qiymətinə yüksək vergi, logistikaya edilən xərclər və s. təsir edir. Bunun nəticəsində də belə alınır ki, neftin xüsusu çəkisi yavaş-yavaş azalır, – deyə məmur bildirdi.
Bu o deməkdir ki, benzinin qiymətinin neftin qiymətindən asılılığı çox zəifdir və neftin qiymətinin hər 10 faiz azalması beynəlxalq bazarda erməni benzininin qiymətinin maksimum 0.5-0.8% azalmasına gətirib çıxara bilər. Amma məsələ orasındadır ki, elə həmin məntiq bahalaşma zamanı da işləməlidir. Yəni, neft 10% bahalaşarsa, erməni benzinin qiyməti də bunun nəticəsində 0.8%-dən artıq qalxmamalıdır.
Bununla belə… 2012-ci ilin fevral-mart aylarında Ermənistanda benzin 50 dram, yəni təxminən 10 sent (10%) bahalaşdı. Bu bahalaşmanı məzənnə ilə əlaqələndirmək mümkün deyildi, çünki ABŞ dollarının məzənnəsi üç ay ərzində dəyişməz olaraq qaldı (388-389 dram). 2012-ci il martın 30-da Artak Şaboyan Ermənistanda benzinin qiymətinin artması ilə bağlı sualı cavablandırarkən bildirdi: “Beynəlxalq bazarda böyük miqyasda qiymətlərin qalxması müşahidə olunur ki, bu da təbii olaraq, Ermənistandakı qiymətlərə də öz təsirini göstərir.
Bir sözlə, Ermənistanda neft amili kifayət qədər fərqli olur.
Yoxlamalar, yoxlamalar
Benzinin qiymətlərinin son müzakirəsi bir neçə gün öncə hökumət iclası zamanı baş tutdu (fevralın 4-də). Artaq Şaboyan baş nazirə dizel yanacağı və benzin bazarında aparılan müşahidə və tədqiqatların nəticələrini təqdim edirdi.
O yenə də təkid edirdi ki, Ermənistanda benzinin yekun qiymətində neftin xüsusi çəkisi təxminən 8 faiz təşkil edir. İqtisadi Rəqabətin Qorunması üzrə Dövlət Komissiyasının sədri vurğuladı ki, Ermənistana benzini əsasən Rusiyadan gətirirlər, orada da istehsalat xərcləri maya dəyərinin yuxarı faizini təşkil edir, yüksək vergilər də bura daxildir, eyni zamanda benzinin Rusiyadan gətirilməsi üçün daşınmaya da böyük xərclər lazım olur.
Bütün bunlara baxmayaraq, Artak Şaboyan bildirir ki, 2015-i il ərzində benzinin qiyməti 470 dramdan (95 sentdən) 390 drama (78 sentə) qədər düşüb. Bundan əlavə, 2014-cü ilə olan məlumatları nəzərdən keçirsək görərik ki, qiymətlər bir az da aşağı düşüb – 480 dramdan 390 drama qədər. Bundan əlavə, vəziyyəti son iki il kəsiyində dollardakı ifadəsində nəzərdən keçirsək görərik ki, benzinin qiyməti 28% azalıb. Bundan ba başqa, 2015-ci il ərzində Ermənistanda benzinin qiyməti avro hesabı ilə 14 %, Fransada 8, Almaniyada 7, İtaliyada 8, Çexiyada 10, Rumıniyada 7% düşüb. Yəni biz konkret vaxt kəsiyini nəzərdən keçiririksə, digər Avropa ölkələrində qiymətlərin düşməsi Ermənistan Respublikasındankından xeyli daha azdır. Bir sözlə, məmur demək istəyirdi ki: “Siz nədən şikayətlənirsiz axı?.
Ən qəribəsi odur ki, bu müqayisə zamanı elə həmin Avropa ölkələrini xatırlayarkən niyəsə bilavasitə yaxınlıqda yerləşən Gürcüstan yaddan çıxdı.
Cavabsız qalan suallar
Yenə də niyə Gürcüstanda benzin Ermənistandakından xeyli daha ucuzdur? Bu yaxınlarda Ermənistanda bu mövzuda maraqlı bir tədqiqat aparıldı. Məlum oldu ki, erməni bazarında marja (benzinin qiyməti ilə onun əldə edilməsi və nəqlinin qiyməti və vergilər arasında fərq) Gürcüstandakından xeyli böyükdür. O cümlədən, Ermənistanda 1 litr Premiumun axır qiymətində marja 146 dram (30 sent), Gürcüstanda isə 101 dram (20 sentə yaxın) təşkil edir.
Səbəblərdən biri oyunçuların sayı ilə bağlı ola bilər. Onlar nə qədər çox olarsa, bazarda rəqabət də bir o qədər böyük, qiymətlər isə aşağı olar.
Одной из причин может быть количество игроков. Чем их больше, тем выше конкуренция на рынке, а цены – ниже.
Gürcüstanda benzinin idxalı ilə bie neçə şirkət məşğul olur. “Lukoyl Belarusdan, “Wissol Yunanıstandan, “Rompetrol Rumıniyadan, “Gulf da Avropa ölkələrindən, “Socar Azərbaycandan gətirir.
Ermənistanda isə hazırda benzinin idxalı ilə əsasən iki şirkət məşğul olur: Flash və CPS.
Özü də onlar bilavasitə satıcıdan deyil, yeni yaranmış “Rosneft-Armenia şirkətindən alınan malı idxal edirlər. Yəni “Rosneft benzin və dizel yanacağını Rusiyadan idxal edir və erməni-gürcü sərhədində onu bu iki şirkətə təhvil verir.
Artak Şaboyan qeyd edir ki, bu bazara giriş üçün heç bir maneə yoxdur, onda şirkətlərin sayının kəskin azalmasının və yeganə təchizatçı olaraq Rusiyanın qalmasının səbəbləri naməlum olaraq qalır. 2006-2007-ci illərdə bazarda 5-6 şirkət fəaliyyət göstərirdi və onlar benzini müxtəlif ölkələrdən (o cümlədən də Bolqarıstandan idxal edirdilər).
Qaz amili
Bəlkə benzinin qiyməti ilə bağlı sirrin açarı onun rəqibi olan qazdadır? Baxın, benzinin bazarı yavaş-yavaş daralır. Ermənistana gətirilən benzin və dizel yanacağı həcminin azalmasını nəzərə alsaq, bu, aydın görünür.
Rəsmi məlumata görə, 2008-ci ildə Ermənistana 400 min tondan çox benzin və dizel yanacağı idxal edilib. 2014-cü ildə idxalın həcmi 325 min tona qədər azaldı (2015-ci ilə olan məlumat açıq deyil). Bundan əlavə, Ermənistan Respublikasında iqtisadi bloka görə cavabdeh olanlara inansaq, son illər ərzində bu sahədəki “kölgə də azalıb. Yəni bir neçə il əvvəl ölkəyə gətirilən benzinin əhəmiyyətli hissəsi rəsmi olaraq qeyd edilmirdi, bu gün vəziyyət dəyişib. Bu isə o deməkdir ki, əslində idxal və deməli satış da daha çox azalıb. Bundan belə bir nəticə çıxarmaq olar ki, benzinin idxalı və satışı ilə məşğul olan şirkətlərin gəlirləri azalıb.
Niyə? Cavabı siz Ermənistanda avtomobli qaz doldurma stansiyalarının (AQDS) il ərzində nə qədər qaz istifadə etdiyini göstərən qrafikdə görə bilərsiz. 2015-ci ildə bu stansiyalar 484,5 milyon kub metr qaz satıblar.
Müqayisə üçün qeyd edək ki, 2009-cu ildə 305,6 milyon kub metr, 2001-ci ildə isə cəmi 28,8 milyon kub metr işlənib. Yəni 15 il ərzində qazın nəqliyyat vasitələri tərəfindən illik istifadəsi təxminən 17 dəfə artdı.
Bu, maşınların sayının artması hesabına baş vermədi, səbəbi çox bəsitdir – hər il daha çox sürücü benzindən imtina edərək, qazı seçdilər. Bu gün Ermənistanda 70%-dən çox nəqliyyat vasitələri təbii qazla işləyir. Özü də qazın bahalaşmasına baxmayaraq, onun istehlakı artdı. Bu o deməkdir ki, hətta bahalaşan qaz da sürücülər üçün benzindən daha sərfəlidir.
Bir sözlə, Ermənistanda benzin qazla rəqabətdə uduzur. Bu gün də benzinin istifadəsi həcminin azalması benzin bazarında gəlirin azalmasına gətirib çıxardı. Gəlir o dərəcədə azalıb ki, indi artıq bu bazarı oz aralarında 5-6 deyil, 2-3 şirkət bölüşür. Və bu 2-3 şirkət əz gəlirlərini yüksək qiymət hesabına saxlamağa çalışır.