Ermənistanın Kirovakan-Vanadzor sənaye şəhərinin xarabalıqları
80-ci illərin sonlarında Kirovakanda ildə 620 milyon rubl dəyərində məhsul istehsal edən 32 sənaye müəssisəsi fəaliyyət göstərirdi. Şəhər 1993-cü ilə qədər Kirovakan adlanıb, daha sonra adı dəyişdirilərək Vanadzor olub. Sənaye potensialına görə sovet illərində Kirovakan paytaxtdan sonra ikinci yeri tuturdu.
• Ermənistanda kölgə iqtisadiyyatı ilə mübarizənin ilk nəticələri
• Dünya Bankı Ermənistan iqtisadiyyatının artım tempinin azalmasını proqnozlaşdırır
Kirovakanın 170 min sakinindən 30 minə yaxını sənaye müəssisələrində çalışırdı. “Kirovakanda hazırlanıb” etiketli məhsullar 40-dan çox ölkəyə göndərilirdi.
1988-ci ilin dağıdıcı zəlzələsindən sonra şəhərin bütün müəssisələri özəlləşdirilib. Bu gün onların bir qismi ümumiyyətlə işləmir, bir qismi cüzi həcmdə məhsul istehsal edir. Artıq demək olar ki, heç nə Kirovakanın zəngin sənaye keçmişini xatırlatmır.
Hazırkı gənclərin heç nə bilmədiyi zəmanəsinin böyük müəssisələrinin binalarını seyr edə bilərsiz.
Yaşlı nəsil kirovakanlıların daha çox robot zavodu kimi tanıdığı “Artavtomatika zavodu. Bu zavod haqqında insanlar ancaq onu bilirdilər ki, o kiçik masa üstü robotlar istehsal edir. Çox az adam bilirdi ki, burada istehsal olunan cihazlar ölkənin müdafiəsində istifadə olunurdu.
İstilik enerjisi mərkəzi. 1962-ci ildən fəaliyyətə başlayıb. Ancaq bir sıra sənaye müəssisələrini deyil, həm də yaşayış evləri və mənzillərini mərkəzləşdirilmiş istilik sistemi vasitəsiylə elektrik enerjisindən başqa isti su və buxarla təmin edib. Bu, taleyin ümidinə atılmış müəssisənin gələcəyi məlum deyil.
“Elektron zavodu. Burada müdafiə sənayesində istifadə olunan məxfi cihazlar istehsal olunurdu. Kirovakanlılar hətta zarafatla deyərdilər: “Paltar tikən maşın istehsal edirik, pulemyot alınır. İndi “Elektronun bazasında Çin ehtiyat hissələrindən traktorlar istehsal edən “Çin-Van MMC yaradılıb. Amma istehsalın həcmi çox kiçikdir.
Kimyəvi zavod şəhərin ilk sənaye müəssisəsidir. 1929-cu ildə əsası qoyulub. Əvvəlcə əhəng və azot sexi, daha sonra isə korund, karbamid, melamin və s. sexləri istifadəyə verildi.
Kirovakan kimya nəhənginin tikintisi 1977-ci ildə başa çatıb. 1988-ci ildə zəlzələdən sonra zavod müvəqqəti olaraq dayanıb, sonra yenidən işə düşüb, amma kiçik miqyasda və fasilələrlə. İndi zavod demək olar ki, fəaliyyət göstərmir. Keçmişdə burada bir neçə min adam işləyib, indi isə ərazi və avadanlığın keşiyini çəkən 200-300-ə yaxın işçisi var.
Öz coşğun fəaliyyətinin son ilində, 1987-ci ildə zavod 180.000 tondan çox kübrə, 2.200 tondan çox ammonyak, 34.660 ton kalsium karbidi, 13.570 ton melamin verib.
Dəzgahqayırma zavodu, ondan ancaq hasarının bir hissəsi qalıb. “Dəzgahqayırmanın və “Avtogenmaşın xarratları həmişə rəqabət aparıb ki, kim bu və digər detalı daha dəqiq emal edə bilər. O vaxta qədər burada artıq lazer dəzgahları da istehsal etməyə başladılar. Leypsiq və Plovdivin beynəlxalq yarmarkalarında zavodun məhsulu qızıl medala layiq görülüb, amma zəfər yürüşü 1988-ci ildə dayandı, zavodun binası zəlzələ vaxtı dağıldı, çoxlu ölən varıydı.
Trikotaj fabriki. Yerli sakinlərin sözlərinə görə, bəzən olurdu ki, kirovakanlılar nəsə Leninqradda və ya Moskvada alırdılar, sonra da məlum olurdu ki, onlar Kirovokan istehsalı olan mal alıblar. Trikotaj fabriki şəhərin ən köhnə tikililərindən biridir. Bina 1921-ci ildə tikilib, zavod 5 dərgah və 92 işçiylə işə başlayıb. 1980-ci ildə fabrik 70.000 ədəb həcmlə 50 adda məhsul istehsal edirdi.
İşıq texnikası zavodu. Özünün gündüz və məişət lampaları ilə məşhuruydu. Deyirlər ki, bu zavodun lüstraları vaxtıykən toy üçün çox yaxşı hədiyyə hesab olunurdu.
Statistik məlumatlara görə, Vanadzor istehsalat müəssisələrində çalışan adamların sayı 3.000-dən çox deyil, halbuki 80-ci illərdə 30.000-dən çox olub.