Gürcüstan: “İzsiz ötməyəcək ayrılıq”
Gürcüstanda analarını ancaq qacetlərin ekranında görən uşaqlar nəsli böyüyür. Gürcüstandan iş axtarışı ilə mühacirət edən vətəndaşların əhəmiyyətli hissəsi qadınlardan ibarətdir. Onlar ailələrini ağır zəhmətlə dolandır, bu zaman onların övladları ilə valideynsiz böyüyür. Bu, nə uşaqlara, və də ümumilikdə cəmiyyətə yaxşı bir şey gətirməyəcək – mütəxəssislər hesab edirlər.
2015-ci il avqustun 1-də gün çox isti idi. 24 yaşlı Tiko Bibiçadze böyük yol çantasını atasının köhnə maşınının yük yerinə qoydu, sonuncu dəfə doğma evinə baxdı və artıq beş ildir ki, öz kəndinə qayıda bilmir.
Həmin vaxt ən kiçiyi bir yaş səkkiz aylıq olan üç övladı həyətdə oynayırdı. Uşaqlara analarının Tbilisiyə getdiyini və tezliklə geri qayıdacağını deyiblər.
Azyaşlı uşaqlar, xəstə valideynlər, əri tərəfindən zorakılıq, boşanma, işsizlik, bank borcları – Tikonun hekayəsi unikal deyil. Əksinə, minlərlə qadının Gürcüstanı tərk etməsinə səbəb olan bütün problemləri özündə birləşdirir.
Rəsmi statistikaya əsasən, ancaq 2019-cu ildə Gürcüstandan xaricə müvəqqəti və ya daimi yaşayış üçün 105 min vətəndaş gedib. Onlardan 46 mindən çoxu qadındır.
Qeyri-rəsmi məlumata görə, müxtəlif vaxtlarda Gürcüstanı 1,6 milyon nəfər tərk edib ki, bu da əhalisinin sayı 3,7 milyon nəfər olan bir ölkə üçün böyük rəqəmdir.
- İşini itirmək hələ ən dəhşətli şey deyil
- Polşa – Gürcüstan vətəndaşlarının iş tapa bildiyi ölkə
- Gürcüstan – Cənubi Afrika burları üçün yeni ev
Kütləvi əmək miqrasiyası – bir çox postsovet ölkələri üçün ümumi problemdir. Müqayisə üçün Moldovadan kütləvi mühacirət haqda danışarkən, bu ölkənin keçmiş prezidenti İqor Dodon 2020-ci ilin noyabrında bildirib ki, SSRİ dağılandan sonra ölkə əhalisinin üçdə birini itirib. Ukrayna hakimiyyətinin məılumatına əsasən, 2010-cu ildən 4 milyona yaxın ukraynalı – əhalinin təxminən 10 faizi ölkədən gedib və geri qayıtmayıb.
Gürcüstanda yoxsulluq və işsizlik ölkədən axının əsas səbəbidir. Gürcüstanın hər yeddinci sakini sosial yardım alır, rəsmi işsizlik 12 faizdir, amma sorğulara əsasən, 63 faiz özünü işsiz hesab edir. Buna görə də bir çox insanlar üçün mühacirət çox zaman yeganə çıxış yolu olur.
Bütün mühacir qdınlar kimi Tiko Bibiçadze də əvvəlcə uşaqları ilə ayrılığının bir-iki il davam edəcəyini planlaşdırıb.
“Mən düşünürdüm ki, borclarımı ödəyəcəyəm və mümkün qədər tez qayıdacağam, amma zamanla aimə daha çox lazım oldu. Buna görə də qalıram. Mənim uşaqlarım ana istisini getdikcə daha çox unudur”, – Tiko deyir.
Tikonun 12 və 10 yaşlarında iki qızı, bir də 7 yaşlı oğlu var. Onlar anaları ilə demək olar ki, hər gün internet vasitəsinə ünsiyyətdə olurlar.
“Amma mən getdikcə daha çox onlar tərəfindən yadlaşma hiss edirəm, bu mənim ürəyimi parçalayır”, – Tiko deyir. – “Onlar böyüyürlər, öz həyatları var, mən isə artıq həyatlarının bir hissəsi deyiləm.
Kiçiyim mənimlə danışmaqdansa oyunları üstün tutur. Böyük qızlarımın həyatında çoxlu yeniliklər baş verir, amma onlar mənimlə bölüşmürlər”.
İndi Tiko İtaliyada Latsio şəhərində yaşayır və minlərlə digər gürcü qadınlar kimi yerli ailələrin birində yaşlı kişiyə qulluq edir.
Tikonun sözlərinə görə, bu, çox ağır işdir. O deyir ki, İtaliya hökuməti yaşlılara qulluq edən və pandemiya vaxtı onları tərk etməyən bütün miqrantların ölkədə qalmağını leqallaşdırmağı vəd edib. Tiko da yanvarda yaşamaq hüququ almaq ümidindədir.
Əgər alınmasa, Tiko yayda evdə qayıtmaq niyyətindədir, amma cəmi bir aylıq:
“Həmişəlik? Yox, hələ yox. Mən qorxuram. Qayıtsam, beş nəfərlik ailəni necə dolandıraram? Uşaqlar mənə tez-tez deyirlər ki, ac qalmağa razıdırlar, təki mən qayıdım. Amma onlar balacadırlar, lazımı şeylərinin olmamasının nə demək olduğunu anlamırlar”.
Tiko ayda 850 avro qazanır. Demək olar ki, bütün bu məbləği ailəsinə göndərir.
Sağ qalmaq üçün getmək
Gürcüstandan mühacirətin ilk dalğası 1990-cı illərə, Sovet İttifaqı dağılandan az sonra başlayıb.
Silahlı münaqişə ilə alovlanan ölkə yoxsulluq və aclıq girdabında qalmış, cinayətkarlıq kəskin artmışdı. İnsanlar işsiz, pulsuz, yeməksiz, elektriksiz və qazsız qalmışdı.
İlk mühacirlər sırasında kişilərlə yanaşı qadınlar da vardı. Onlar öz evlərini, ailələrini, uşaqlarını qoyub, ağır çantalarını əllərinə alıb qonşu Türkiyəyə işləməyə və alverə gedirdilər.
Dərin patriarxal dəyərlərin hökm sürdüyü Gürcüstan cəmiyyəti üçün işləmək üçün yad ölkəyə gedən qadınlar böyük mədəniyyət dəyişikliyi oldu.
Məhz bu ilk mühacir qadınlar müstəqil Gürcüstanda qadının yeni rolunun təzahürü oldular: onlar artıq sadəcə ev qadınları deyildilər, ailə başçısı olmuşdular və ağır zəhmətlə Gürcüstanda minlərlə ailəni aclıqdan xilas edirdilər.
Və bu, artıq uzun illərdir ki, davam edir.
Gürcüstana hər ay xaricdən 150 milyon dollardan çox vəsait daxil olur, bu da əhalinin əsas gəlirlərindən biridir.
Bu pullar mühacirlərin ailələrinə göndərdikləri vəsaitlərdir. Ancaq 2019-cu ildə ölkəyə 1,7 milyard dollar pul köçürməsi daxil olub. Bu, 1,3 milyard dollar təşkil edən birbaşa xarici investisiyadan daha çoxdur.
Milli Bankın məlumatına əsasən, pul köçürməsinə görə birinci yerdi Rusiyadır. Onun payına bütün pul köçürmələrinin 20 faizi düşür.
Daha sonra İtaliya (15 faiz) və Yunanıstan (11 faiz) gəlir. Gürcüstandan dolanışıq dalınca gedən qadınların əksəriyyəti bu iki ölkədə işləyir. Bundan başqa, qadınlar ABŞ və Türkiyəyə gedir.
Gürcüstanı əmək miqrantları qadınlarınəksəriyyəti ailələrdə işləyirlər – əsasən yaşlı insanlara qulluq edir, o cümlədən də evlərdə işlələyirlər – təmizliklə məşğul olur, yemək bişirirlər. Daha az hallarda dayə işləyirlər, çünki bir qayda olaraq dil bilmirlər.
Adətən onlar rlə işlədikləri evdəcə yaşayırlar, mənzil kirayələmirlər, bu da onlara vəsaitə qənaət etməyə imkan verir. Ya da bir neçə miqrant birlikdə bir mənzili kirayələyir.
Qadın miqrantların iş təminatı əsasən qeyri-leqal həyata keçirilir və müvafiq olaraq Avropa standartlarına görə, belə işə görə az maaş verilir. Amma bu pul da Gürcüstanda ala biləcəyin maaşdan daha çoxdur.
Avropa ölkələrində belə işə görə 700-1000 avro əməkhaqqı ödənilir. Türkiyədə 500 avrodan yuxarı. ABŞ-da maaşlar daha yüksəkdir, amma ora getmək daha çətindir.
“Mənim maaşım 800 avrodur. Mənzil kirayələmirəm, yeməyimiz də evdə yeyirəm. Buna görə də demək olar ki, maaşımı bütün Gürcüstana göndərirəm. Pulun bir hissəsi kredit ödənişinə gedir – ərim narkotik istifadəsinə görə həbs ediləndə girov ödəmək üçün bankdan kredit götürmüşdüm. Daha sonra yeni borclar əlavə olundu – ailəyə çox şey lazımdır. Ərim maşın aldı, evi təmir etdik, uşaqlar artıq abituriyentdir”, – Nana danışır. O, Qərbi Gürcüstandakı kənddəndir və artıq dörd ildir ki, Romada işləyir.
Amma minlərlə qadının Gürcüstana göndərdiyi bu pulların arxasında ciddi sosial və psixoloji problemlər, həm qadınların özləri, həm də onların övladları üçün sağalmaz travmalar dayanır.
“Skype” vasitəsilə analıq
Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına əsasən, 2015-2019-cu illərdə Gürcüstandan gedən emiqrantlar arasında 25-29 yaşlı qadınlar çoxluq təşkil edir.
Çoxları Gürcüstanda azyaşlınuşaqlarını qoyub gediblər.
31 yaşlı Niino Kavtaradzenin hekayəsi bir çox qadınların hekayəsinə bənzəyir – əri ilə boşanıb, işə düzələ və ya öz işini qura bilməyib, onun iki yaşlı oğlunun səhhətində isə problem aşkarlanıb. Yeddi il əvvəl Nino əşyalarını toplayıb Yunanıstana yollanıb.
“Mən uşağın reabilitasiyası üçün lazım olan kursun görə saatına 30 lari (10 dollara yaxın) ödəməli idim, gündə beş saat məşğul olmalı idi. Keçmiş ərim mənə heç nə ilə kömək etmirdi. Mənim üçün ən önəmli olan uşağın sağlamlığıdır, buna görə də analığımı arxa plana keçirdim”, – Nino deyir.
Nino hazırda nənəsinin himayəsində olan oğlunun tərbiyəsində və həyatında tam mənasında iştirak edə bilmədiyi üçün məyus olur.
“Vaxt gələcək və o məndən niyə getdiyimi, niyə yanında olmadığımı soruşacaq. Mən hər şeyi izah edəcəm və əminəm ki o anlayacaq”, – Nino deyir.
Nino kimi miqrant anaların çoxu bitməyən vicdan əzabı ilə yaşayırlar – onlar özlərinə, çox vaxt isə həm də ailələrinə və ətrafdakılara sübut etməlidirlər ki, onların uşaqlarla ayrılığı vəziyyətin çarəsizliyinin nəticəsidir və daha yaxşı gələcək üçün başqa yol yuxdu.
Psixoterapevt Yekaterina Darsaniya deyir ki, Gürcüstanda qadınların emiqrasiyası ilə bağlı yaranan vəziyyət acınacaqlıdır və illər sonra sadəcə ayrı-ayrı ailələr yox, cəmiyyət bütünlükdə bu vəziyyətin nəticələrini hiss edəcək:
“Anaların uşaqlarla bu ayrılığı izsiz ötməyəcək. On-on beş il sonra biz qlobal, ciddi problemlə qarşılaşacağıq. Aqressiya, psixi pozuntular, həyəcan, sosiopatiya və bir çox digər hallar gələcəkdə özünü göstərəcək. Bu uşaqlar böyük risk altındadır”.
İlk nəticələr artıq göz qabağındadır. Məsələn, Baş Prokurorluğun analitik şöbəsinin apardığı tədqiqat göstərib ki, azyaşlıların törətdiyi qanun pozuntuları hallarının təxminən 23 faizində pozucunun valideyninin, əsasən də anasının xaricdə olduğu aşkarlanıb.
Bundan başqa, psixoloqlar bildirirlər ki, qacetlərlə ünsiyyət, Skype vasitəsilə laylay ananı və uşağı yadlaşmadan xilas edə bilməz və Gürcüstanda bütöv bir nəsil üçün yeri doldurulmaz itkilər bahasına başa gələ bilər.
“Heç bir onlayn ünsiyyət uşağın anasına toxunmaq və onunla olmaq istəyini əvəz edə bilməz. Uşaqlar və analar üç yaşa qədər adətən eyni sistem hesab olunur. Hətta bundan sonra da uşaq dünyanı ancaq anası ilə birlikdə qavrayır və buna görə də onların ayrılması yeniyetmənin inkişafı üçün ciddi təhlükə təşkil edir”, – Yekaterina Darsaniya deyir.
Onun sözlərinə görə, anasız böyüyən uşaqlar çox vaxt onnları sadəcə maddi dəstək mənbəyi kimi qəbul edir və onlarda çox vaxt analarına qarşı aqressiya və qəzəb təzahür edir.
Dövlət nə edir?
“Qadınlar üçün mühacirətin şəxsi seçim olmasına baxmayaraq, biz sona qədər bu seçimi könüllü adlandıra bilmərik. Çünki bu qərar ağır sosial-iqtisadi vəzuyyətlə diqtə olunub və onların sözlərinə görə, tapdıqları yeganə çıxış yoludur”, – Henri Bell Fondunun “Mühacirətdən qayıdan gürcü qadınlarının haqqı ödənən və ödənməyən əməkləri” tədqiqatının müəllifi Meri Çaçayeva deyir.
2015-ci ildən dövlət qeyri-hökumət təşkilatlarının dəstəyi ilə qayıtmaq istəyən mühacirlərə reinteqrasiya proqramı təklif edir.
2019-cu ildə bu proqram üzrə 2598 nəfər vətənə qayıdıb.
Proqram əsasən bunları nəzərdə tutur: kiçik biznes açmaq üçün 3 min lari (min dollara yaxın) həcmində yardım; qısa müddətli kursların xərcinin ödənməsi üçün min lari (300 dollar) həcmində pul yardımı; həyat üçün təhlükəli olan kəskin və xronoloji xəstəliklər halında min lari həcmində tibbi yardım xərcinin ödənməsi; ayda 375 lari (115 dollar) olmaqla üç aylıq staj mərhələsinin maliyyələşdirilməsi, o cümlədən də hüquqi yardım.
Amma bu yardım çətin ki, mühacirlərin xaricdə əldə etdikləri gəlirləri kompensasiya etsin.
Miqrasiya üzrə Beynəlxalq Təşkilat (IOM) Gürcüstanda vətənə qayıtmış mühacirlərin sosiallaşması üzrə öz proqramlarını həyata keçirir.
Amma bütün ekspertlər problemi mühacirlərin evə qayıtması üzrə konkret proqramlar yox, iş yerlərinin yaradılması və ölkənin iqtisadi inkişafı həll edə biləcəyi fikrində uzlaşırlar.
Bu perspektivlər isə hələlik mümkün görünmür. Gürcüstanda 2016-2019-cu illərdə iş yerləri 45 minə qədər, 2020-ci ilin ikinci rübündə isə daha 33 min azalıb.
Hətta ölkənin qeyri-rəsmi rəhbəri – “Gürcü arzusu” iqtidar partiyasının sədri Bidzina İvanişvili də yaxın zamanda iş yerlərinin yaradılmasında böyük uğura inanmır.
Son müsahibələrindən birində o, açıq bildirib ki, Gürcüstanda heç bir iqtisadi yüksəliş yaxın 20 ildə ölkədə iki milyon iş yerinın açılmasına səbəb ola bilməz. Onun fikrincə, həll yolu Gürcüstan vətəndaşlarına inkişaf etmiş Avropa ölkələrində leqal işlə təmin olunmaqda kömək etməkdir.
Pandemiya isə Gürcüstan iqtisadiyyatına daha böyük zərbə vurub və bu ziyanı hələ dəyərləndirmək lazımdır.
İtirilmiş qadın nəsli
31 yaşlı Nino Kavtaradze Tbilisidəndir: “Bu altı il ərzində Yunanıstanda haralarda işləməmişəm. Bir biş yerində bəxtim gətirirdi, o birində yox. Üç il mən oteldə xadimə işləmişəm. 500 kvadratmetr ərazini təmizləyirdim, axşama qədər dəhşət yorulurdum”.
49 yaşlı Nana Qərbi Gürcüstanın Xob rayonundandır: “Mən dörd ildir Romada yaşayıram və cəmi iki dəfə çıxıb şəhərə baxmışam. Mən Alsheymer xəstəliyi olan yaşlı kişiyə qulluq edirəm, bu, ən ağır işdir, mən gecə-gündüz onunlayam. Istirahət günü dostlarımın, mənim kimi gürcü mühacirlərin yanına gedirəm. Onlar birlikdə mənzil kirayələyiblər. Biz hansısa gürcü yeməyini bişiririk, bir az yeyirik, sonra isə dördümüz də 24 saat yatırıq, yenidən işə getmək lazım olana qədər”.
52 yaşlı Xatuna Şatirişvili Qərbi Gürcüstanın Ozurqeti rayonunun Dvabzu kəndindəndir. “Maaşım 850 avrodur. Yerli ölç ilə bu çox azdır. Mən bir gün də dincəlmirəm. Mənim ayda cəmi bir azad günüm var – sadəcə banka gedib, pul göndərmək üçün”.
Gürcüstandan gedən və mühacirətdə ağır işlərdə işləyən qadınların çoxu özlərinin yox, tamamən evdə qoyduqları ailələrinin ehtiyaclarına köklənib.
Onların çoxunun qeyri-leqal statusuna görə hətta ilkin tibbi xidmətdən istifadə etmək imkanları da yoxdur.
“Onlar bütün maaşlarını evə göndərməyə çalışırlar və hər şey daxil sağlamlıqlarından da qənaət etməyə çalışırlar. Bu cür sarsıntılar isə izsiz ötüşmür”, – miqrasiya üzrə ekspert, “Nəsillərin dialoqu” təşkilatının rəhbəri Nuqzar Koxreidze deyir.
Mühacirət ömürlük hökm kimi?
Söhbət etdiyimiz qadınların hamısı bildirir ki, əvvəlcə xaricdə cəmi iki-üç il işləməyi planlaşdırıblar.
Amma ağır işə baxmayaraq, qadınlar ailələrinin həyat səviyyəsini gözlə görüləcək qədər yüksəldə, öz iqtisadi durumlarını stabil yaxşılaşdıra bilmirlər, buna görə də ildən ilə mühacirətdə qalırlar.
“Mən kreditin birini ödəyəndən sonra yenisini götürdük. Kef üçün yox, evin damını yeniləmək lazım idi, bir az da təmir üçün. Bundan ötrü pul lazımdır axı. Ya da mən qayıdandan sonra uşaqları nə ilə dolandıracam? Hər halda indi onlar ac deyillər, ingilis dili dərsinə gedirlər, ev istidi, geyimləri var”.
“Bəs mən qayıtsam nə olacaq? Mən 500 lariyə (150 dollar) işləməli olacam?” – 4 ildir İtaliyada yaşayan Nana deyir.
Yad ölkədə keçirdikləri illər ərzində qadınlar şəxsi və peşəkar planda inkişaf etmirlər.
Əksər hallarda pul köçürmələri onların mühacirətinin yeganə gözlə görünən nəticəsi olur.
“Müvafiq olaraq, hətta bu dərəcədə feminizə olunmuş mühacirət şərtlərində də gürcü patriarxal cəmiyyətində qadının rolu vacibləşmir. Baxmayaraq ki, qadınlar ailəni dolandıran şəxsə çevriliblər, ümumi mənzərə dəyişmir. Belə mühacirət qadınlara yeni imkanlar vermir və onları ayaqüstə qoymur”, – Meri Çaçava deyir.