“Cell”in başına nə gəldi?
Yayın ən çox gözlənilən premyeralarından biri, Stiven Kinqin “Cell kitabı əsasında çəkilən film iyulun 8-də prokata çıxdı. Elə həmin gün kino tənqidçisi Odi Hebderson “Rogerebert üçün yazdığı resenziyada filmin kitabın ideyasını məhv etdiyini bəyan etdi. Özü də bu, heç də ən pis resenziya deyildi.
Filmin əsas qəhrəmanı, yazıçı, qrafik romanlar müəllifi Klayton (Con Kyusak) və onun təzə tanışı Tomas (Semuel L.Cekson) “zombi apokalipsisi nəticəsində sağ qalmış az adamlardandır. Yazıçı oğlunu qaytarmağa, Tomas isə sadəcə sağ qalmağa çalışır.
Bir çox digər işlərində olduğu kimi, Kinq geniş yayılmış qorxulardan istifadə edərək, onları ədəbiyyat şedevrlərinə və ya ən azı yaxşı romanlara çevirir. “The Tommyknockersdə (“Tomminokerlər) uçan naməlum obyekt, “Itdə (“O) kloun, “Pet Sematary (“Ev heyvanları qəbiristanlığı) filmində isə yaxın adamın ölümüdür. “Cell filmində Kinq müasir kommunikasiya vasitələri – hiyləgər və hər yerdə olan mobil telefonlar qarşısında olan qorxu hissinə müraciət edir.
Stiven Kinqin tək istedadlı yazıçı deyil, həm də ssenari müəllifi olduğunu az adam bilir. Son 15 il ərzində o, öz kitabları əsasında ssenari hazırlamaqla məşğuldur. Düzdür, əvvəllər də bunu edib. Bunun üçün köhnə “Qarşıdurma mini serialını xatırlamaq kifayətdir. “Nəyinsə yaxşı olmasını istəyirsənsə, öz əllərinlə et, – görünür, Kubrik müəllifin heç də xoşuna gəlməyən “The Shining (“Şəfəq) əsərini ekranlaşdırandan sonra “qorxulu filmlər kralı bu şüarla yaşayır.
“Cell isə tamam başqa məsələdir
Əvvəllər də tez-tez olduğu kimi, Kinqin rejissor sarıdan bəxti gətirmədi. “Dimension Films bu rola gənc, istedadlı rejissor və ssenari müəllifi olan Elay Rotu götürmək istəyirdi. Bu rejissor öz ssenarisi əsasında çəkdiyi qanlı “Hostel trilleri ilə məşhurlaşdı (bundan başqa da o “Inglourious Basterds (“Şərəfsiz yaramazlar) filmində oynayır). Amma naməlum səbəb üzündən studiya rejissor kimi heç nə ilə yadda qalmayan, uzun illər boyu ancaq üç film çəkən, bunlardan biri də “Anomal hadisələrin sikveli olan Tod Uilyamsı təyin etdi. Yəni bu rejissor iki məşhurlaşmayan dram və kameraları lazımi yerlərdə quraşdıraraq, əvvəlki filmin ssenarisini qarşısına qoyub, kadrları kəsməli olduğun film çəkib.
Amma bu gün hər şeyi studiyalar həll edir. Və Kinqə ikinci ssenari müəllifi kimi bir az da təcrübəsiz olan Adam Aleksi sırıdılar (o bir dənə də olsun orijinal ssenari yazmayıb). Yeri gəlmişkən, tanınmış müəllifə “özündən çıxmağa imkan verməyən “studiyanın adamını qoşmaq yeni yaranan tendensiyadır. Onda da IMDb-da ayrıca nəzarətçi qrafası olmalıdır.
Əslində, hər şey o qədər də pis deyil. Əsası odur ki, bu Kinqdir, buna görə də istənilən halda bu qorxulu film bütün qalan bu qəbildən olan ekran əsərlərinin fonunda udur. Burada bir dənə də olsun skrimer yoxdur! Bu isə zəmanəmizdə nəinki nadir haldır, belə şey ümumiyyətlə yoxdur.
Kitabı korlamaq üçün yaxşıca çalışmaq lazımıydı və bu mənada rejissor həqiqətən də əlindən gələni edib. Əvvəlcədən kütləvi səhnə aktyorlarının süni oyunu nəzərə çarpır, kamera filmin sonuna qədər əsir, final isə 90-cı illərdə RPG-dən olan keyfiyyətsiz video-montajı xatırladan video sıranı nümayiş etdirir.
Filmin süjeti korlansa da, bu bizə kinonun əvvəlində görünə bildiyi kimi, zombi filmi deyil. “Cellin rejissurası digər müasir qorxulu filmlərlə müqayisədə çox zəif olsa da, süjet dönüşləri bizi dəhşətə salır və bu bizim adət etmədiyimiz dəhşət hissidir.
Kinqin yenə də rejissor sarıdan bəxti gətirmədi, necə ki, hazırda televiziyada mini serial şəklində gedən, bu yaxınlarda ekranlaşdırılan çox gözəl “11.22.63 romanının ekranlaşdırılması zamanı bəxti gətirməmişdi. Əvvəllər də belə olub. Amma “Cellin və daha yaxşı çəkilən müasir qorxulu filmlərin yaratdığı ümumi təəssüratın müqayisəsini aparsaq, o sırf süjet xətti baxımından udur, bu sahədə onun ümumiyyətlə rəqibləri yoxdur.
Başqa sözlə desək, bu şedevr deyil, filimin çoxlu sayda nöqsanları var, amma qorxulu filmə baxmaq fikrinə düşmüsüzsə, məhz bu filmə baxmağa gedin.
Təəssüflənəcəyimiz yeganə məqam ondan ibarətdir ki, daha bacarıqlı əllərdə (eyni aktyor tərkibi ilə) film əla alına bilərdi.
Skrimer monstrun qəflətən görünməsi ilə kəsilən uzun sürən sükut müddətidir. Yüz faizlik effekt verdiyi üçün kinoda tez-tez istifadə olunur.
Dərc edilib 03.08.2016