Futbol: praqmatizm və intriqa
Sizi bilmirəm, mənim fikrimcə, artıq yarısı arxada qalan futbol üzrə Avropa çempionatı kontrast duş təsiri bağışlayır.
Bu idman növünə olan bütün sevgimə baxmayaraq, əksər oyunları izləyərkən hər dəfə yuxum gəlirdi. O cümlədən də birincilik uğrunda vuruşan favoritlərin ifasında həddən artıq praqmatik futbol belə bir fikir oyadırdı ki, bu insanlar futbolun özü və əsl pərəsktişkarlardan başqa, kimə desən – məşqçi heyətinə, texniki və taktiki hərəkətlər statistikasına, şəxsi bank hesabına, futbolu ancaq içib dalaşmaq üçün vasitə hesab edən səs-küylü fanatlara işləyirlər.
Futbolçular baş-başa gəlir, tərləyir, fısıldayır, dərd çəkir, amma oynamırdırlar. Ancaq oyunların axırına yaxın, komandalardan biri “birdən tablodakı hesab onu qane etmədiyini xatırlayanda, əsl oyun başlayırdı. Onda da mən oyanırdım. Amma yenə də bütün bunlar fraqmentlərlə olurdu.
Deyin görüm, birinci iki mərhələ zamanı rəqibin qapısından bir top belə keçirməyən işsveçlilərin oyunu haqqında nə demək olar? Axı komandanın tərkibində Zlatan İbrahimoviç kimi meqa-ulduz vardı. Almanlar Şimali İrlandiya üzərində heç nə ilə yadda qalmayan qələbə qazanır, fransızlar isveçrəlilərlə heç-heçə oynayır, ingilislər öz gənc ulduzları ilə ruslarla oyunda ləhləyir. İtalyanlar isə ümumiyyətlə istənilən rəqiblə ancaq müdafiədən oynayırdı.
Belə bir hiss yaranmışdı ki, əsl futbol öz sehrbazları ilə birlikdə bu günlərdə Avropadan Сopa Аmerica-nın getdiyi başqa qitəyə köçüb, boşalan yerə isə Rusiya çempionatı dəvət olunub və bu hissdən hələ uzun müddət yaxa qurtara bilməyəcəm. Bax, orada əsl ehtiras, gözəllik və zəriflik var – əlbəttə mən Сopa Аmerica haqqında danışıram (bəs siz nə fikirləşdiz?).
Messiyə, çilililərə, kolumbiyalılara, hətta uduzan meksikalılara baxmaq belə xoş idi. Burada isə İqnaşeviç həvəssiz Berezutskiyə, Berezutski İqnaşeviçə top ötürür və bu da hər oyunda qırx beş dəfə təkrar olunur.
Demək lazımdır ki, bu Rusiya müfafiəçilərinin demək olar ki, hər bir yığmada davamçıları olub. İnanmırsızsa, turnirin ən yaxşı pas verənlərinin statistik məlumatlarına baxın, orada isə əksər hallarda bir-birinə pas verən mərkəz müdafiəçiləridir, onda siz mənim yarıyuxulu vəziyyətimin səbəbini dəqiq anlayacaqsız.
Hətta demək olar ki, Avropa çempionatının saat qurşaqlarında böyük fərqin olduğuna və ABŞ-dakı oyunların gecə yarını keçəndən sonra başladığına görə bəxti gətirib, əks halda oyunların yayımına görə böyük vəsait xərcləməli olan teleşirkətlər futbol xuliqanlarına yeni davalar salmaq üçün sponsorluq etməli olardılar. Əlbəttə ki, bu bir zarafatdır.
Düzdür, qrup mərhələsindəki zəif oyun öz intriqası ilə kompensasiya olundu. Sağ olsun birincilik formatını 24 komandaya qədər genişləndirən Mişel Platini. Əks halda hələ uzun müddət bu cür turnirlərdə misal üçün, macarları görə bilməzdik.
Belə gələ bilərdi ki, uzaq 86-cı ildə Sovet İttifaqı yığmasına 0:6 hesablı dağıdıcı məğlubiyyətindən sonra macar yığması həmişəlik futbol periferiyasına göndərilib. Bir çoxları yəqin hesab edirdi ki, bu komanda üçün bir xal belə böyük xoşbəxtlik olar. Onlar isə nəinki qrupda birinci yer tutmaqla, həm də kifayət qədər maraqlı oyun göstərməklə, vəziyyəti tamamilə dəyişdilər.
Elə İslandiya yığması da çempionat üçün əsl tapıntı oldu. Macarların qalın toz qatı ilə örtülmüş də olsa şanlı tarixi var, İslandiyada isə bu da yoxdur. Daha dəqiq desək, məhz indi onlar bu tarixi yazır. Əgər düşünürsüzsə ki, macarlar onsuz da mümkün olmayanı ediblər və ingilislərlə pley-off zamanı onları daha heç nə gözləmir, yanıla bilərsiz.
Ən çox da xorvatlardan xoşum gəldi. Ola bilsin bu, qrup mərhələsində estet futbolu, yəni bu dəqiqə Сopa Аmerica-da mövcud olan futbolu nümayiş etdirən yeganə yığmadır. Düzdür, Xorvatiyanın da çexlərlə oyununda iyirmi dəqiqəlik bir hissə oldu ki, onların xeyrinə olan 2:0 hesabından sonra onlar birdən rahatlaşaraq, hesabın saxlanılmasına oynamağa başladılar və az qala bunun cəfasını çəkəcəkdilər.
Nəticədə çexlər heç-heçə oynadılar, baş verənlərə görə yəqin ki, xəcalət keçirən xorvatlar isə ispanlarla növbəti oyunda qələbə çaldılar. Özü də öz əsas ulduzları Luki Modriçsiz.
Komandaların pley-off cədvəlində necə yerləşdiyinə baxsaq, belçikalılar özünə gəlməsə, məhz xorvat yığması finala çıxış üçün əsas namizəd sayılır.
Finala putyovka uğrunda başqa döyüş olacaq – almanlar, ispanlar, fransızlar, italyanlar, ingilislər. Və burada qrup mərhələsində olduğu kimi, qələbə üçün bircə praqmatizm çətin ki, kifayət edəcək. Bəs biz futbolu nəyə görə sevirik ki?
Р.S. Köhnə sovet ənənəsi ilə öz komandalarım kimi azarkeşlik etdiyim Rusiya və Ukrayna yığmaları haqqında ümumiyyətlə danışmaq istəmirəm. Onlar onsuz da artıq evdədilər.
foto: http://www.uefa.com/uefaeuro/draws/
Dərc edilib: 25.06.2016