Pravoslav xalifəlik?
Gürcüstan parlamentinin insan haqları və vətəndaş inteqrasiyası komitəsi fevralın 2-də qanun layihəsini dəstəklədi, hansının ki qəbul edildiyi halda ölkədə “dindarların dini hissərinin təhqir olunmasına görə cəza təyin olunacaq.
Qanun layihəsinə görə, dini müqəddəslərə, dini təşkilatlara, din xadimləri və dindarlara münasibətdə nifrətin açıq şəkildə ifadə olunması; həm də dini binalar və digər ziyarətgahların təhqir olunmasına görə 300 laridən 1000 lariyə qədər (təxminən 120 dolalrdan 400 dollara) qədər cərimə təyin olunacaq.
Bu qanun layihəsinin təşəbbüskarları bildirir ki, onların bu qanunverici təşəbbüsünə səbəb Gürcüstanda son zamanlar pravoslav kilsəsi və digər ənənəvi dinlərin çoxalan birbağa və ya dolayı təhqir olunması, həm də son zamanlar sosial şəbəkələrdə “din və Patriarxı ələ salmaq məqsədi daşıyan səhifələrin yaradılması oldu.
Qanun layihəsinin tərəfdarları digər dinlərin müdafiə olunmasının vacibliyinə toxunsalar da, hesab edirlər ki, ilk növbədə, pravoslav kilsəsinin müdafiəyə ehtiyacı var, çünki məhz o məqsədyönlü şəkildə təqibə məruz qalır.
“Yox, mən başa düşmürəm. Əgər LQBT nümayəndələrinin ünvanına səslənən təhqirlər qanunla cəzalandırılırsa, deməli patriarxın haqqı daha azdır? Yoxsa Gürcüstanda biz ancaq LQBT üzvlərini müdafiə etməliyik? Ölkəni də, qanunvericiliyi də onlara uyğunlaşdırmalıyıq? Biz patriarxın həddən ziyadə təhqir olunmasının qarşısını almağa borcluyuq, çünki bu, heç o qədər də patriarxı deyil, nə qədər ki ona hörmət edən dindar insanları alçaldır, – parlament çoxluğunun nümayəndəsi, qanun layihəsinin tərəfdarı olan Tamaz Meçuriani deyir.
Qanun layihəsi tərəfdarlarının fikrincə, “dindarların dini hisslərini Facebook-da “patriarxın ünvanına bütün hədləri aşan söyüşləri ifadə edən bəzi postlar, həm də ictimaiyyətin və qeyri-hökümət təşkilatlarının ayrı-ayrı nümayəndələri tərəfindən patriarxiyaya qarşı “məqsədyönlü kampaniya və hətta bəzi müasir gürcü rəssam və şairlərin yaradıcılığı təhqir edir.
Misal üçün, ötən ilin mart ayında gürcü rəssamı Liya Uklebanın İliya Tbilisi Dövlət Universitetində sərgilənən “İntihar edən Məryəm adlı rəsm əsəri cəmiyyətdə böyük çaxnaşmaya səbəb oldu. Liya Uklebanın “dinə qarşı çıxan yaradıcılığı ilə bağlı Gürcüstan Patriarxiyası bəyanatla çıxış edərək, İliya Universitetini rəssam xanımın sərgisinin təşkilinə görə cavab verməyə çağırdı.
Liya Ukleba “İntihar edən Məryəm ana
Hakim siyasi komandanın “dindarların dini hisslərinin müdafiəsi adlandırdığı, vətəndaş cəmiyyəti nümayəndələrinin bir hissəsi üçün söz və ifadə azadlığını məhdudlaşdıran anti-konstitusiya qanunudur.
Bir çoxları üçün dindarların dini hisslərinin təhqir olunmasının hansı meyarlarla qiymətləndiriləcəyi qaranlıq olaraq qalır.
Hüquqşünaslar və vətəndaş cəmiyyəti nümayəndələri hesab edir ki, onsuz da ölkədə siyasi proseslərə təsir edən və ən nüfuzlu institutlardan biri olan pravoslav kilsəsi bu qanunun qəbul edilməsindən sonra mövqelərini bir az da möhkəmləndirəcək.
Qanun layihəsinin opponentləri əmindirlər ki, qanun layihəsi dindarların hisslərini qorumaqdan daha çox onsuz da güclü olan kilsəni tənqiddən müdafiə etmək məqsədini güdür.
Jurnalist Ninia Kakabadze öz bloklarında və “Facebookda tez-tez patriarx və ruhaniləri tənqid edir.
Onun “Facebookdakı patriarxı həddən artıq zəngin şəraitdə yaşadığına görə tənqidə məruz qoyduğu son postu bir mənalı qarşılanmadı. Jurnalist bildirir ki, onun elektron ünvanına və “Facebook səhifəsinə patriarxı təhqir etdiyinə görə fiziki zorakalıq təhdidləri ilə dolu məktublar gəldi.
Ninia Kakabadze hesab edir ki, “dindarların dini hisslərinin təhqir olunması ilə bağlı olan qanun layihəsi insanları bu cür hərəkətlərə daha da təhrik edəcək.
“Təhqir sözü öz-özlüyündə çox qeyri-müəyyəndir, bir bu sözün üstündə qanunu qurmaq olmaz. Bu qanun layihəsi Konstitusiya və söz azadlığı hüququna tamamilə ziddir, – deyə o bildirdi.
Yazıçı Laşa Buqadze də bu qanun layihəsinin qəbulunu ölkə üçün zərərli hesab edir.
“Misal üçün, mən din xadimi tərəfindən həyata keçirilən avtomobilin təqdis mərasimini din və iman üçün təhqir kimi qəbul edirəm. Cahil və savadsız deputat hesab edir ki, misal üçün hansısa rəssamın onun öz konsepsiyasına uyğun olaraq yazdığı əsəri din üçün təhqirdir. Bu qanun layihəsini dəstəkləyən deputatlar rüsvayçıdırlar. Bizim ölkə üçün bu, qaranlıq və mövhumata doğru aparan yoldur.
Filosof Zaal Andronikaşvili deyir ki, “dini hissər anlayşı çox dumanlı və təhlükəlidir.
“Digər ölkələrdə “dindarların dini hisslərinin təhqir olunması az-çox dəqiq ifadə olunan və mənası açıqlanan və bilavasitə müqəddəs şeylərin murdarlanmasını nəzərdə tutan hüquqi kateqoriyadır. Misal üçün, Gürcüstandakı məscidlərdən birinin divarından donuzun başı asılanda bu, dindarların dini hisslərinin təhqir olunması idi. Bununla belə, buna nə Patriarxiya, nə də dini hisslərə görə bu qədər böyük narahatçılıq nümayiş etdirən insanlar tərəfindən heç bir reaksiya gəlmədi. Gerçəkdə heç bir dini hisslərin qorunmasından söhbət getmir. Bu tamam başqa məsələlər üçün bəhanədən başqa bir şey deyil. Bu başqa məsələlər isə təsir dairəsinin genişləndirilməsi və başqa insanların azadlıqlarının məhdudlaşdırılması uğrunda mübarizədir», – Zaal Andronikaşvili deyir.
Kobultidə tikilən mədrəsənin qapısının üstündə donuz başı asdılar.
Müxalifət adı çəkilən layihəni dəstəkləmək fikrində deyil. Onun nümayəndələri qanun layihəsini “fundamentalist adlandırır və söz və ifadə azadlığının məhdudlaşdırılması cəhdi kimi qiymətləndirirlər.
Bəzi ekspertlər bu qanun layihəsində həm də siyasəti görür və onu seçicilərə yönəlmiş populist addım sayırlar.
İnsan hüquqları üzrə parlament komitəsi tərəfindən dəstək alandan sonra qanun layihəsi parlamentin hüquq komitəsinin iclasında dinləniləcək. Bundan sonra da Gürcüstan parlamentinin plenar iclasında müzakirəyə qoyulacaq.