Azərbaycana qara bazar gəldi
Manatın devalvasiyasından bir qədər sonra onun özüylə insanlar üçün hansı problemlər zəncirini gətirdiyi məlum oldu.
Hətta “bahalı dollar da tapmaq imkanınız olmaya bilər
Rəsmi olaraq, indi Azərbaycanda bir dollara 1 manat 55 qəpik verirlər, bu da bir il əvvəl olduğundan düz iki dəfə çoxdur. Bununla belə, devalvasiyadan sonra manatı hətta bu məzənnə da dəyişmək çətindir. Dolları sadəcə heç kim satmaq istəmir.
80 yaşlı Tamara uzun illər boyu görünməmiş bir məbləğ toplayıb – 5000 manat. Dəfn pulu. Artıq bir həftədir ki, qardaşı oğlu bu pulu rəsmi elan edilmiş məzənnə ilə dəyişə bilmir. Tamara qorxur ki, bir dənə də devalvasiya dalğası olsa, ona heç qəbiristanlıqda yer də olmayacaq, buna görə də tezliklə pulunu möhkəm valyutaya çevirməyə çalışır.
Bağlı qapılar
Vağzalın arxası olan bu yer çoxlu sayda mübadilə məntəqələrinin yerləşdiyi məşhur rayondur. Şəhərdə ən münasib qiymətlər həmişə burada olub. Devalvasiyadan bir gün sonra onların hamısı sadəcə bağlandı. Sonra da “yarı açıldı. Hansı valyutanı dəyişmək istəyinizdən asılı olaraq, onlar ya sizin üzünüzə açıq, ya da bağlı olur.
Qara bazar
Bu tələbatı ödəmək üçün dərhal “qara bazar yarandı, burada da artıq manatı birə iki məzənnə ilə dəyişirlər, yəni bir dollara iki manat. Təqaüdçü Valida danışır ki, bazar ertəsi “28 may metrosu yaxınlığında birə iki məzənnə ilə dəyişdi. “İndi buna heyfslənirəm, amma onda panikaya düşdüm, – o deyir. Həm də o danışır ki, rəfiqəsi Molokan bağının yanında eyni kursla manatı “əldən-ələ dəyişdi .
Həmin vaxt daxili işlər naziri Ramil Usubov spekulyasiya və valyutanın qanunsuz mübadiləsinin qarşısının alınması haqqında sərəncam imzaladı. Dekabrın 28-də rəsmi məlumata görə, üç qara bazar alverçisi tutulub.
Banklar qohumlara xidmət göstərməyə ancaq vaxt tapır
Şəhərin mərkəzindəki bir neçə iri bank məhdud məbləği – kimsə beş yüz, kimsə min dollara qədər dəyişir.
Bir çoxları bank işçiləri arasındakı əlaqələrindən istifadə edir. “Mənə artıq neçə gündür ki, dostlarım və qohumlarım zəng edərək, pulu rəsmi məzənnə ilə dəyişməyə kömək etməyimi istəyirlər, – bank işçisi Fərhad deyir. – Mən də, başqa işçilər də işləmək əvəzinə qohumlara pulu dəyişməyə kömək edirik. Özü də elan edilən məzənnə ilə biz yalnız müəyyən məbləğdə dollar dəyişə bilirik, o da heç qohumlara da çatmır.
Qeyri-rəsmi məzənnə
Bu zaman şəhərdə yenə də bəzi mübadilə məntəqələri işləyirdi. Özü də onlarda həm satışın, həm də alışın məzənnəsi nominaldan böyükdür.
Mərkəzi bank isə bildirib ki, növbəti devalvasiya haqqında şayiələr əsassızdır, təcrübə isə artıq onu deməyə imkan verir ki, bu, problemlərin hələ bitmədiyinə ən doğru işarədir.