İnternetlə bağlı vəziyyət belədir: pulu dəqiqliklə ödəmək lazımdır, amma onun olacağını ancaq təxmin etmək olar.
Irina Cioyeva, Tsxinval sakini
Bu hadisənin səbəbi ənənəvidir. Rusiya kommunikasiya giqantı “Meqafonun bir hissəsi olan “Ostelekom Cənubi Osetiyada yeganə inhisarçıdır, bu, internet və mobil əlaqəyə giriş verən tək şirkətdir.
Öz mənzilinə internet almağın isə qəribə bir sxemi var.
• Bir giqabayta görə 350 rubl [5 dollara yaxın] (və ya iki aya görə 450 rubl рублей [6 dollara yaxın]) ödəyirsən. • Növbəti ay ərzində hər gün neçə giqabaytın qaldığını yoxlayacaqsan. • Giqabaytların hamısını istifadə etməsən “Ostelekom qalan hamısını özünə geri götürəcək. • Ay bitənə qədər istifadə edib qurtarsan internetin sürəti kəskin azalacaq və ondan istifadə etmək mümkünsüz olacaq. • İnterneti qaytarmaq üçün 190 rubl [3 dollara yaxın] ödəməli olacaqsan və bu ancaq müvəqqəti ölçüdür, 3-4 günə ancaq bəs edəcək. Hələ yarım il əvvəl sürətin bu cür uzadılması üçün 80 rubl [ təxminən $1.5] ödəmək lazım idi.
Nəticədə rəal olaraq internetə ayda 1,000 rubla qədər [ təxminən $15] xərcələnir. Bu zaman internet gündə bir neçə dəfə saatlarla yoxa çıxa bilər.
Cənubi Osetiyaya bir neçə provayder gəlməmiş, “Ostelekomdan ayrılmaq mümkün deyil. Çoxları Şimali Osetiyadakı “Tvinqo provayderini göstərir, onun yaxşı sürəti və ilkin ödəniş olmadan aylıq ödənişi 495 rubldur.
Amma daha çox hamı yeni “SkyLink şirkətinin tezliklə Cənubi Osetiyaya gələcəyi haqqında şaiyələrin reallaşacağını gözləyir. Gözlənilir ki, o internetə yüksək sürətli mobil giriş təqdim edəcək və “Ostelekomun qiymətlərini salacaq.