2020-ci il oktyabrın 12-də Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər
-
“Qarabağ ətrafında vəziyyət regional təhlükəsizlik üçün təhlükədir” – Ermənistan XİN-in başçısı
Zoqrab Mnasakanyan Moskvada rəsmi görüşdədir. Rusiyalı həmkarla danışıqların əsas mövzusu Qarabağ münaqişəsinin nizamlanması olub.
“Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinin zəmanəti olub və zəmanəti də olaraq qalır. Bu gün baş verənlər Dağlıq Qarabağ üçün var olma məsələsidir”, – rusiyalı həmkarı ilə müştərək brifinqi zamanı bəyan edib.
Nazirin çıxışının əsas tezisləri:
– Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinin zəmanəti olub və zəmanəti də olaraq qalır,
– Azərbaycanın soyqırım siyasəti vətəndaş obyektlərinin darmadağın edilməsinə yönəlib,
– hərbi əməliyyatları dayandırmaq lazımdır, Rusiyanın bu məsələdə rolu son dərəcə vacibdir,
– münaqişəyə Türkiyənin cəlb edilməsi və bölgəyə Suriyadan döyüşçü-terrorçuların gətirilməsi Qarabağ əhalisinin təhlükəli vəziyyətini ağırlaşdırıb.
-
Azərbaycanın dinc sakinlər arasında itkiləri ilə bağlı məlumat yenilənib
“Sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 41 mülki şəxs həlak olub, 207 nəfər yaralanıb”, – Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətindən bildirilib.
Bundan başqa, 148 mülki obyekt, 1185 yaşayış evi və 57 çoxmənzilli yaşayış binası yarasız hala düşüb.
-
Azərbaycan ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir – Müdafiə Nazirliyi
“Ermənistan tərəfinin Azərbaycan ordusunun guya Hadruta daxil olmaq məqsədilə bu istiqamətdə xeyli sayda qüvvə cəmləşdirməsi və gərgin döyüşlərin getməsi barədə yaydığı məlumat açıq-aydın dezinformasiyadır.
Xatırladırıq ki, Hadrut artıq bir neçə gün bundan əvvəl Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.
Bildiririk ki, Azərbaycan ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir və heç bir aktiv döyüş fəaliyyəti həyata keçirmir”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir.
-
Azərbaycanın hərbi qüvvələri Hadruta girməyə cəhd edir – Qarabağın mətbuat katibi
Vaqram Poqosyan xəbər verir ki, Hadrut istiqamətində geniş miqyaslı əməliyyat davam edir:
“Çoxsaylı qüvvələrini bu istiqamətdə cəmləşdirən düşmən hər vəchlə şəhərə girməyə çalışır. Müdafiə ordusu hər qarış torpağa görə ağır döyüşlər aparır”.
-
Ermənistan Müdafiə Nazirliyi gecə saatlarında cənub istiqamətində başlayan atəşin davam etdiyini xəbər verir
Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan təmas xəttində gərginliyin gecə boyu davam etdiyini bəyan edib. Müdafiə ordusu əlavə olaraq xəbər verir ki, Azərbaycannın hərbi qüvvələrinin operativ-taktik vəziyyəti öz xeyirlərinə dəyişmək cəhdi baş tutmayıb. Düşmən səhər artilleriya tətbiq etməklə atəşi davam edib, o, adekvat hərəkətlərlə susdurulur.
Hadrut istiqmətində diversiya-kəşfiyyat qrupunun bloklaşdırılması və neytrallaşdırılması üzrə əməliyyatlar davam edir.
-
Ermənistan Müdafiə Nazirliyi gecə saatlarında cənub istiqamətində başlayan atəşin davam etdiyini xəbər verir
Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan təmas xəttində gərginliyin gecə boyu davam etdiyini bəyan edib. Müdafiə ordusu əlavə olaraq xəbər verir ki, Azərbaycannın hərbi qüvvələrinin operativ-taktik vəziyyəti öz xeyirlərinə dəyişmək cəhdi baş tutmayıb. Düşmən səhər artilleriya tətbiq etməklə atəşi davam edib, o, adekvat hərəkətlərlə susdurulur.
Hadrut istiqmətində diversiya-kəşfiyyat qrupunun bloklaşdırılması və neytrallaşdırılması üzrə əməliyyatlar davam edir.
-
Azərbaycanın üç rayonunun ərazisi atəş altındadır – Müdafiə Nazirliyinin təcili məlumatı
“Goranboy, Tərtər və Ağdam rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin təcili məlumatında bildirilir.
-
Ötən gecə bütün cəbhə boyu vəziyyət gərgin sabit qalıb – Azərbaycan Müdafiə Nazirliyi
“Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində bir neçə dəfə kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.
Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünə malikdir”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
-
Okyabrın 12-də səhər hadisələrin qısa icmalı
Qarabağda döyüşlərin başlamasının 16-ci günü.
• Rusiyanın vasitəçiliyi ilə oktyabrın 10-a keçən gecə bağlanmış atəşkəsə baxmayaraq, hər iki tərəfdə yaşayış məntəqələrinin kütləvi şəkildə atəşə tutulması davam edib.
• Erməni hərbçilərinin raket atması nəticəsində Azərbaycanın Gəncə şəhərində doqquz nəfər həlak olub, qırxdan çox adam yaralanıb, Azərbaycanın Baş prokurorluğunun mətbuat xidməti xəbər verib.
• Erməni tərəfinin verdiyi xəbərə görə, oktyabrın 11-i cəbhənin cənub istiqamətində – İranla sərhəd tərəfdə gün boyu döyüşlər gedib. Orada Qarabağa birləşən Füzuli və Cəbrayıl rayonları yerləşir. Bu rayonlar 1990-cı illərin əvvəlində baş vermiş Qarabağ müharibəsindən sonra Qarabağ hökumətinin nəzarətindədir.
• Azərbaycanla Ermənistan arasında Qarabağda Hadrut şəhərinə kimin nəzarət etməsi ilə bağlı mübahisə davam edir. Tərəflərin hər biri öz xeyrinə bir sıra arqumentlər təqdim edib. Oktyabrın 11-i axşam Ermənistanın Müdafiə Nazirliyi video yayıb. Qurumun verdiyi xəbərə görə, həmin video onun çəkiliş qrupu tərəfindən Hadrutda çəkilib.
• Atəşkəs həm də tərəflərin döyüşlərdə həlak olmuş hərbçilərin meyitlərini götürə bilməsi üçün bağlanıb. Lakin proses eləcə də başlamayıb. Ermənistanda Beynəlxalq Qırmızı Xaç Komitəsi bəyan edib ki, “hər iki tərəf atışmanı dayandırmamış humanitar prosedurlara başlamayacaq”.
• Qarabağın Prezidenti Araik Arutyunyan hərbi əməliyyatlar başlayandan sonra ilk geniş mətbuat konfransı keçirib. O baş verənləri “Qarabağ xalqına münasibətdə gerçəkləşdirilən soyqırım” adlandırıb və deyib ki, bütün bunlara görə təkcə Azərbaycan və Türkiyə deyil, həm də Azərbaycanı silahla təchiz edən İsrail də məsuliyyət daşıyır. “Arsax heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq”, – Arutyunyan bəyan edib.
• Oktyabrın 12-i Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin yeni görüşü gözlənilir.
-
2020-ci il oktyabrın 11-də Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər, reportajlar, foto/video