Armen Sarqsyan, Yerevan
Müharibə yatır, 14 yaşlı kral Birinci Matiuş belə deyirdi. Yazıçı və pedaqoq Yanuş Korçakın eyniadlı əsərinin qəhrəmanı xalq hakimiyyətinin qurulması üçün taxt-tacından imtina edən və çox ağır zəhmətdən hələ çox gənc ikən vəfat edən zavallı kral idi.
“Tac gəzdirmək üçü xüsusi ağıl tələb olunmur. Bəs xalqımı necə xoşbəxt edim? Kral Matiuş
“Kral Birinci Matiuş, kitabın üz qabığı, mənbə wikipedia
10 yaşındaykən Matiuş saraydan qaçır və xəlvətcə üç qonşu ölkə krallarının başladığı müharibəyə qoşulur. Yeri gəlmişkən, müharibəni qızışdıran bir nəfər jurnalist olur… Əlbəttə ki, bu nağıldır və Birinci Dünya Müharibəsinin hələ yenicə yuxuya getdiyi, İkincinin isə hələ oyanmadığı bir vaxtda, 1922-ci ildə yazılıb.
Bütün həyatı boyu Yanuş Korçak uşaq evlərinin sakinlərini müalicə edib və öyrədib. Və məhz onlarla birlikdə 1942-ci ildə o könüllü olaraq nasist ölüm düşərgəsi Treblinski qaz kamerasına gedir.
Kral Matiuş yaşında olanda mən oxudum ki, mühafizəçi kameranın girişində Korçakı saxlamaq istəyir, o isə əllərində yuxuya gedən uşaqlardan birinin üstünü qayğı ilə örtərək, ölümə tərəf, əslində isə əbədiliyə addım atır.
Yanuş Korçak həbs düşərgəsində, mənbə wikipedia
2004-cü ildə mən Yerevan mətbuat klubunun proqramı ilə jurnalist dostlarımla birlikdə Qüdsdə oldum və Xolokost muzeyi Yad Vaşemə baş çəkdim. Mən muzeyin həyətində Korçakın heykəlinin önünə gül qoydum və “müharibə yatır sözlərini xatırladım. Biz Qüdsə münaqişələrin tənzimlənməsi ilə bağlı tanışlıq səfəri etmişdik. Yəni Ərəb-İsrail münaqişəsinin niyə “yuxusunun pozulduğunu anlamaq üçün ora yollandıq.
Xolokost muzey-institutu, “Korçak və uşaqlar abidəsi, mənbə wikimedia
“Təsəvvür edin ki, İsrail dar yolla hərəkət edən böyük, güclü yük maşınıdır və onun qarşısına balaca velosiped olan Fələstin çıxır, – İsrail parlamentinin deputatı A. Liberman bizə izah edirdi. “Biz bu velosipedlə baş-başa gəlib onu əzə bilərik, amma üzərində hardasa 40 kilo partlayıcı maddə olduğunu bilirik…
Belə bir bədii izah Yaxın Şərqdə laylanın çox asta səsləndiyini və müharibənin adi bir pıçıltıdan oyana biləcəyini anlamaq imkanı verir.
2007-ci ildə erməni “İnternyusunun (indiki Media Təşəbbüsləri Mərkəzinin) layihəsi çərçivəsində mən Cənubi Tirol haqqında film çəkirdim. Bu, Birinci Dünya Müharibəsindən sonra Avstriya ilə İtaliya arasında nifaqa səbəb olan, Avropanın “Dağlıq Qarabağıdır.
Tirol tarixçisi Günter Palovern deyib: “Bu, yatmış münaqişədir. Amma əmin ola bilərsiz ki, gün gələcək və o oyanacaq və biz – almanlar italyanları faşist, onlar da bizi nasist adlandıracaq.
Minsk qrupu artıq onilliklərdir ki, Qarabağ müharibəsi üçün layla çalır. Və bu yaxınlarda məlum olduğu kimi, bu o qədər də effektiv deyil. Fərqli istəkləri, məqsəd və nöqteyi-nəzərləri olan üç müğənnini bir səhnədə çıxış etməyə, həm də bir ağızdan eyni notlar üzrə oxumağa razı salmaq olduqca çətindir.
Onu da nəzərə almaq lazımdır ki, azsaylı tamaşaçı zalı ifaçılardan məhz tamaşaçıların xoşu gələn mahnını ifa etməyi tələb edir, özü də həm xor, həm də solo ifada.
Bütün bunlardan sonra o qədər də uğurlu alınmayan siyasi laylaya görə ittiham etmək lazımdır və ümumiyyətlə dəyərmi?
Oyun yoldaşları balaca Matiuşa deyəndə ki, sən ölkəmizin hökmdarısan və nə istəsən, onu da edə bilərsən, o kədərlə cavab verirdi:
“Əslində mən heç nəyi həll etmirəm, mənə durmadan nə etməli olduğumu deyirlər. Və çox darıxdırıcı, lazımsız işlərlə məşğul olmağa məcbur edirlər…
Dərc edilib: 25.05.2016