Why “no to “Gazprom”
2006-cı ilin soyuq qışında Rusiya dövlət şirkətinin qərarı ilə, Gürcüstan əhalisinin işıq və isitməsiz qaldığı vaxtdan heç on il də ötməyib.
Məhz bu dövrdən də Gürcüstana göndərilən Rusiya qazının Azərbaycan qazı ilə əvəz edilməsinin tarixi başlayır: bu gün Gürcüstana gətirilən təbii qazın 90 faizini ölkə Azərbaycandan alır. “Qazprom yerli bazarda ancaq Rusiya qazının Ermənistana tranziti şəklində mövcuddur, Gürcüstan isə ölkənin ərazisi ilə tranzitlə ilə buraxılan təbii qazın tam həcmindən xammal şəklində 10% alır.
Rusiya enerji nəhənginin asılılığından çıxan bilən ölkələrdən biri olan Gürcüstan dəfələrlə beynəlxalq ictimaiyyət tərəfindən müsbət qiymətləri alıb.
Məhz buna görə də Gürcüstan hökumətinin “Qazpromla təbii qazın alınması ilə bağlı danışıqlar aparması haqqında məlumat cəmiyyətdə böyük bir narahatlığa səbəb oldu.
“Qazpromla danışıqlardan sonra baş tutan çoxsaylı açıq müzakirələr zamanı hökumət nümayəndələri “Qazpromla dialoq prosesini sırf texniki, kommersiya və dar sahəli kimi qələmə verməyə çalışırlar; hökumət nümayəndələri sanki özündə bir sıra xarici siyasi, daxili siyasi və strateji problemləri əks etdirən konteksti görmürlər.
“Qazpromla danışıqları müşayiət edən bir neçə, xüsusilə vacib məsələyə nəzər yetirək:
1. Beynəlxalq kontekst
“Qazprom dünya miqyasında çox iri bir şirkət sayılır, onun 51% aksiyası Rusiya hökumətinin əlindədir və o açıq formada beynəlxalq siyasi təzyiq vasitəsi kimi qəbul edilir.
“Qazprom Avropanın demək olar ki, yarısının qaz təchizatına olan ehtiyaclarını qarşılayır.
Ayrı-ayrı ölkələr (Şərqi Avropanın 5 ölkəsi) 100% “Qazpromun təchizatından asılıdır.
Rusiya enerji nəhəngindən asılılıqla bağlı olan risklərin üzərində Avropa hələ 2000-ci illərin əvvəllərində düşünməyə başladı.
Düzdür, ilk mərhələdə enerji təhlükəsizliyinin ümumi siyasətini işləyib hazırlamaq mümkün olmadı, çünki Avropa ölkələrinin enerji siyasəti Avropaya inteqrasiya siyasətinin bir hissəsi deyil və milli siyasətin kompetensiyası sayılır – Avropa ölkələrinin sistemləri, məqsəd və tələbatları bir-birindən fərqlənir.
Amma “Qazpromdan asılılıqdan azad olmaq üçün əsas təkanı Kremlin özü verdi, bu zaman o Avropanı bir neçə həftə ərzində 2006 və 2009-cu illərdə Ukrayna ilə qazın tranzitinin müzakirələri zamanı qazsız qoydu. 2014-cü ildə həlledici amil Rusiya ilə Ukrayna arasında müharibə oldu. 2015-ci ildə Avropa İttifaqı enerji ittifaqının yaradılması ilə bağlı iddialı bir planı anons etdi.
Bu möhtəşəm planın əsas, elan edilmiş motivasiyalarından biri məhz Rusiya qazından asılılığının azaldılmasıdır.
Avropanın enerji təhlükəsizliyinin ən mühüm layihələrindən biri “Cənub dəhlizidir. Azərbaycan və Gürcüstanın aparıcı ölkələr kimi çıxış etdiyi “Şahdəniz 2 isə 2019-cu ildə işə düşməli və Avropanın təbii qazla təchizatında Rusiyanın alternativlərindən biri olmalıdır.
Bu gün Avropa İttifaqı ölkələri nəinki Rusiyanın təbii qazının siyasi məqsədlərlə istifadə olunması ilə bağlı bəyanatlar verir, həm də “Qazpromun təsirini azaltmaq məqsədi ilə müəyyən addımlar atırlar.
2015-ci ildə “Qazpromun ixracının azalması konkret rəqəmlərdə özünü göstərdi. Ancaq bir kvartalda Macarıstan (20%), Polşa (14%), Slovakiya və Çexiya (təqribən 30%) “Qazpromun təchizatını azaltdı. Elə həmin kvartalda “Qazpromun Avropa ölkələrinə ümumi ixracı 8% azaldı.
Bundan əlavə, 2012-ci ildə Avropa İttifaqı “Qazproma qarşı qaz bazarlarında özünün dominant, inhisarçı vəziyyətindən sui-istifadə etməsi ilə bağlı şirkətə qarşı hüquqi proseslərə başladı.
Bu beynəlxaq konteksti nəzərə alsaq, Gürcüstan hakimiyyətinin “Qazpromu gürcü bazarına qaytarmaqla bağlı cəhdləri daha da anlaşılmaz və qaranlıqdır.
2. Regional kontekst
Artıq on ildir ki, Azərbaycan fasiləsiz və Gürcüstan üçün əlverişli şərtlərlə Gürcüstana təbii qaz təchiz edir. Elektrik enerjisinin qrafiklə verilməsi, qaranlıq, qışda isitmənin olmaması keçmişdə qaldı. Azərbaycanın Gürcüstana etibarlı və əlverişli təbii qaz təchizatçısı olması ilə yanaşı, bu qonşu ölkə ilə əməkdaşlıq Gürcüstan üçün mühüm strateji əhəmiyyətə malikdir.
2019-cu ilə qədər başa çatması planlaşdırılan “Şahdəniz 2 Gürcüstanın təbii qazla təchizatı problemini tamamilə həll edəcək və ən əsası da Gürcüstanın tranzit potensialının konkret ifadəsi olacaq. Və təbii ki, Azərbaycanla əməkdaşlıq Gürcüstanın öz Avropa potensialının realizəsi üçün çox vacibdir.
“Qazpromla başlanılan danışıqlar Gürcüstanla Azərbaycanın stabil münasibətlərinə zərər yetirə bilər.
Azərbaycanla qarşılıqlı münasibətlərdə müəyyən qıcıqlandırıcılar hələ 2012-ci ildə üzə çıxdı, onda Gürcüstanın baş naziri Bidzina İvanişvili vacib Qars-Axalkalaki dəmir yolunun tikinti layihəsinin həyata keçirilməsini şübhə altına salıb, sonra da Ermənistana səfəri zamanı Ermənistanla Rusiyanı bağlayan dəmir yolunun bərpası məsələsini qaldırır.
“Qazpromla danışıqlar dövründə qıcıqlanma yüksək siyasi səviyyəyə çatmışdı.
Gürcüstanın iqtisadiyyat və təbii ehtiyatlar nazirinin guya ki, Azərbaycanın kifayət qədər qaz ehtiyatlarının olmaması və bu səbəbdən Gürcüstan qaz azlığını “Qazpromla danışıqlar yolu ilə həll etməyə çalışması ilə bağlı bəyanatına Azərbaycan prezidentinin özü cavab verdi. İlham Əliyev bəyan etdi ki, Azərbaycanın yüz ildən sonra da həm özünü, həm qonşuları, həm də Avropanı təmin edə biləcək böyük qaz ehtiyatları var.
Bu cür yüksək tribunadan edilən bəyanat Gürcüstan üçün mühüm siqnal olmalıdır – “Qazpromla siyasi riskli danışıqlar özündə həm də Azərbaycanla stabil qarşılıqlı münasibətlərə zərər yetirmək potensialı daşıyır.
3. Rusiya ilə qarşılıqlı münasibətlərin bərpa edilməsi illüziyası
2012-ci il parlament seçkilərindəki qələbədən sonra “Gürcü arzusu siyasi koalisiyası özünün prioritet vəzifələrindən biri kimi Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını adlandırdı. Münasibətlərin normalaşdırılması özü özlüyündə alicənab və düzgün məqsəddir, amma ölkənin milli maraqları hesabına və əlavə problemlərin yaradılması əvəzinə yox.
Hətta “Qazpromla danışıqların potensial risklərini kənara qoysaq, artıq bu gün energetika və təbii sərvətlər naziri Kaxa Kaladze bəyan edir ki, “Qazpromla dialoqun səbəblərindən biri odur ki, “Qazprom Gürcüstanı Ermənistana qazın tranziti məsələsində şantaj edir.
Əgər bu belədirsə, onda biz potensial deyil, artıq formalaşmış problemlərlə üz-üzəyik və belə olan halda danışıqların davam etdirilməsinə heç cür haqq qazandırmaq olmaz.
4. Qeyri-şəffaf və şübhə yaradan proses
Gürcüstan hökumətinin Rusiya dövlət şirkəti ilə danışıqlar aparması barədə məlumatı Gürcüstan vətəndaşları sentyabrın 25-də öz hökumətlərindən deyil, “Qazpromun rəsmi internet-saytından aldılar.
Bütün sonrakı müddət ərzində hakimiyyət nümayəndələri bu danışıqlarla bağlı ziddiyyətli bəyanatlar verirdilər. Bu günə qədər də danışıqların konkret olaraq kimin təşəbbüsü və hansı məsələ ilə bağlı aparılması aydın deyil.
Əvvəlcə söhbət ondan gedirdi ki, danışıqlar sırf texniki xarakter daşıyır və təbii qazın illik tranzitinin artırılması şərtlərinə aiddir. Sonra deyildi ki, danışıqlar Ermənistana təchiz edilən qazın həcminin artırılması ilə bağlı aparılır; daha sonra da belə bir bəyanat verildi ki, “Qazpromla danışıqlar qazla təchizatının şaxələndirilməsinə yönəldilib; ancaq “Qazpom Gürcüstanın qaz təchizatına və əlavə qaz həcminə artan tələbatını ödəyə bilər; Rusiya təkid edir ki, Gürcüstan tranzit şərtlərini dəyişsin…
Bu kommunikasiya formasında diqqəti bir neçə təhlükəli an çəkir: 1. Hakimiyyət bu prosesə cəmiyyətdən xəlvəti başladı. 2. Bu mövzu ilə bağlı hər bir müzakirə zamanı hakimiyyət nümayəndələri Rusiyanın mövqeyinə bəraət qazandıran arqumentlər gətirirlər.
Misal üçün, bildirildi ki, Rusiya tranzit şərtlərinin dəyişdirilməsini istəyir. (Hazırda Ermənistana Rusiya qazının tranzitinə görə Gürcüstan xammal kimi qazın 10 faizini alır. “Qazprom istəyir ki, qazın tranzitinin ödənilməsi xammal deyil, pul şəklində olsun).
Hakimiyyət nümayəndələri arqument kimi Gürcüstandan “Qazpromdan tranzit haqqı kimi xammal deyil, pul almağı tələb edən beynəlxalq Enerji xartiyasını misal gətirir. “Qazpromun da arqumenti budur.
Əslində isə Enerji Xartiyası şərtlərini daimi pozan Rusiya 2009-cu ildə xartiyada iştirakını dayandırdı. Bundan nə çıxır? Rusiyanın öz öhdəliklərini pozması haqqında danışmaq əvəzinə Gürcüstanın hökumət nümayəndələri Rusiyanın mövqeyinə bəraət qazandıran arqumentlər axtarırlar?
Gürcüstanın hökumət nümayəndələri həm də Rusiya qazının ucuz qiymətini qeyd edirlər ki, bu da həqiqətə uyğun deyil. Rusiya qazı təxminən iki dəfə Azərbaycan qazından bahadır. Həm də biz unutmamalıyıq ki, Rusiya qiyməti kommersiya məntiqindən deyil, siyasi məqsədyönlüyündən çıxış edərək təyin edir.
Bütün bunlardan çıxış edərək, belə bir təəssürat yaranır ki, Gürcüstan hökuməti vəziyyətdən çıxış yolu axtarmır, sadəcə danışıqlara bəraət qazandırmağa çalışır.
5. Gürcüstanın enerji siyasətinin problemləri
“Qazpromla danışıqlar prosesi həm də Gürcüstanın enerji siyasətinin effektivliyi ilə bağlı suallar doğurdu.
Versiyalardan birinə görə, “Qazpromla danışıqların başlanılmasına səbəb bu il təbii qazın istifadəsinin artması ilə bağlı olan mövsümi defisiti oldu.
Sual yaranır – niyə hökumət mümkün defisit yaranana qədər onun aradan qaldırılmasının qeydinə qalmadı? Düzgün enerji siyasəti şəraitində bu cür problemin proqnozlaşdırılması və onun əngəlsiz həlli əvvəlcədən həyata keçirilməlidir.
Təbii qazın istifadəsinin artımı bilavasitə iqtisadi inkişafdan asılıdır.
Bundan əlavə, bu il yeni istilik elektrik stansiyası işə düşdü ki, ona da təbii ki, əlavə ehtiyat lazımdır. Bu iki amil tamamilə proqnozlaşdırılan və gözlənilən idi.
Əgər bu illər ərzində Gürcüstanın enerji sektoru fasiləsiz Azərbaycanla əməkdaşlıq edibsə, o cümlədən də qazın istifadəsinin artması şəraitində, niyə bu gün o bunu bacarmadı? Aydın deyil, niyə bu gün Gürcüstan defisit vəziyyətinə düşdü və niyə onu “Qazpromla danışıqlar yolu ilə aradan qaldırmağa çalışır?
Elene Xoştariya, “Gürcüstanın islahatlar assosiyasiyasının həmtəsisçisi.