Ermənistanda ticarət sahəsinə müdaxilələr: Yeni qaydalar etirazlara səbəb olub
Sentyabrın 9-u Ermənistanda mallarını idxal edən sahibkarlar etiraz aksiyası keçirib. Onların narazılığı sentyabrın 1-i qüvvəyə minən yeni gömrük qaydaları ilə əlaqədardır. İndi idxalçılar gömrük əməliyyatlarını beynəlxalq standartlara uyğun aparmalı olacaq. Bu o deməkdir ki, bundan sonra hər bir mal ayrılıqda deklarasiya olunmalıdır, son məbləğ isə malın özünün qiymətindən asılı olacaq.
Bundan başqa, sentyabırın 9-dan Yerevanda küçə ticarəti üçün yeni qayda və məhdudiyyətlər qoyulub.
«Mənim kimilər buraları tərk etməsə, Ermənistanın regionları inkişaf edəcək»
Böhrana baxmayaraq, Ermənistanın Maaş Fondu son il ərzində artıb
İdxalçılar nədən narazıdır
İdxalçıların narazılığı gömrük əməliyyatları prosesində əməl olunası yeni qaydalarla bağlıdır. Əgər əvvəllər idxalçılar paltar idxal edib, hər kiloqramına görə 4 dollar ödəyirdilərsə, indi onlar hər mala görə ayrılıqda gömrük əməliyyatı aparmalı olacaq. Yekun məbləğ malın öz dəyərindən asılı olacaq.
Aksiya zamanı sahibkarlar yeni qaydalara görə gömrüyə 6 dəfə çox ödəməli olacaqlarını və bunun da öz növbəsində bazarda qiymətlərin artması ilə nəticələnəcəyini qeyd ediblər.
Aksiya iştirakçılarından biri öz malını Ermənistana gətirib, gömrükdə saxladığını deyib:
«Əgər avqustun 31-i gömrük rüsumu 54 min drama başa gələcəkdisə (təxminən 110 dollar), indi bu əməliyyat 6 dəfə baha – 316 min drama (təxminən 700 dollar) başa gələcək. Çoxları qəsdən öz mallarını gömrükdən keçirməyib, çünki biz qüvvədə olan qanunun ləğv edilməsini gözləyirik», – sahibkar deyir.
Nəticədə aksiya iştirakçılarının qarşısına hökumət nümayəndələrindən heç kim çıxmadı. Onlar da Dövlət Gəlirlər Komitəsi binasınən qarşısına gediblər.
Sahibkarlar etiraz aksiyası keçirdiyi vaxtda, Dövlət Gəlirlər Komitəsi bəyanatla çıxış edib, bəyanatda o cümlədən deyilir ki, bu yaxınlarda hər iki tərəfin nümayəndələri görüş keçirib:
«Növbəti gün Ararat gömrüyünün rəhbərliyi ilə bütün məsələlərin iclasda müzakirə olunacağına dair razılıq əldə edilib.
Ancaq vətəndaşlar bir müddət sonra işgüzar görüşdən imtina edib, hökumət binası önündə etiraz aksiyası təşkil edəcəklərini qeyd ediblər”, – DGK bəyənatında deyilir.
Küçə alverçilərinin işində hansı məhdudiyyətlər qoyulub
1 yanvar 2021-ci il tarixindən Yerevanda küçə ticarəti müəyyən tələblər və məhdudiyyətlərlə həyata keçiriləcək. Bu qərar sentyabrın 9-u baş tutmuş Yerevan Ağsaqqallar Şurasının iclasında qəbul edilib.
İndi küçə ticarəti ancaq əldən-ələ həyata keçirilməlidir, malı yerə düzmək olmaz. Piştaxta, araba və məhsulu nümayiş etdirmək üçün başqa vasitələrin istifadəsi qadağandır.
Onun yerinə satıcıların kassa aparatı və başqa lazımı sənədləri olmalıdır.
Yeni qaydalarının tətbiqinin meriyanın xidmət və ticarət aparatının rəhbəri Ovik Safaryan küçə ticarətinin daha sivil yolla təşkil olunması, qanun çərçivəsinə salınması üçün bir vasitə olduğunu bildirib.
Amma bu izah Ağsaqqallar Şurasında müxalif “Luys” fraksiyasını o qədər də qane etməyib.
«İnsan bu cür şərtlərlə necə işləməlidir? Siz demək istəyirsiniz ki, onun əlində 10-15 hava şarı, kassa aparatı, sənədlər və pul kisəsi olmalıdır və buna baxmayaraq, o malı yerə qoya bilməz. Mən bu cür işləməyi necə təssəvür edəcəyinizi anlamağa çalışıram», – fraksiya üzvü Texmina Vardanyan deyib. .
Küçə ticarətçilər özləri yeni qaydaları birmənalı qarşılamayıblar. Bəziləri kassa aparatı almağa hazırdır, yetər ki onları meriya işçiləri qovmasın, başqaları isə hər şeyi “boyunlarında daşıyacaqlarından” şikayət edir.
Sosial şəbəkələrdə nə yazırlar
Ermənistanın Facebook seqmetinin istifadəçilərinin fikirləri ayrılıb.
Bəziləri sahibkarlar və satıcıları dəstəkləyir, bəziləri isə əksinə hökumətin düzgün qərar verdiyini düşünür.
Bəzi şərhlər:
«Öz təcrübəmi deyim: Çarbaxda yerləşən “KARQO” ofisinə getdim, sənədləri verdim, ordan Ararat gömrüyünə getdim. Oradan məni yenidən Çarbaxa göndərdilər. Orada az qala hər əskinin bir-bir qiymətini yoxlayaraq, keçirdilər. Bu, ümumilikdə dörd saat vaxtımı aldı. Çox əsəb və benzin sərf etdim. Sonda 60 kilo malımı sadəcə tullamaq istəyirdim!»
«Adam kredit götürüb, mal gətirib və indi o malı baha satmalıdır – əlbəttə sata bilməyəcək. Və bundan sonra krediyi necə bağlasın?»
«O mağazalara gedib, cüzi endirim istəyəndə, ölərlər, amma qəpiklərindən keçməzlər. Amma indi, sən demə dövlət bunlara güzəştə getməlidir!»
«Gömrük rüsumunun üç dəfə artırılması soyğunçuluqdur!»