Tap Qaraqoyunlu kəndindən hekayələr
Tap Qaraqoyunlu kəndi qoşunların təmas xəttinin yaxınlığında, Ermənistan silahlı qüvvələrinin mövqelərindən təxminən 300 metr aralıda, Naftalan şəhərindən cənub istiqamətində yerləşir. Öz kəndində iş tapmayan yerli sakinlər məhz Naftalana üz tuturlar. Aprelin əvvəlində cəbhədə vəziyyət gərginləşəndən sonra kənd sakinlərinin əksəriyyəti övladlarını da ora göndərdilər. Böyüklərin əksəriyyəti isə elə Tap Qaraqoyunluda, Qırmızı Xaçın çadırlarında, salamat qalan və ya yarı dağılmış evlərdə yaşayırlar.
Faiq Mustafayev
Kənd müəllimi Faiq Mustafayevin vəziyyətinin ağırlığı onunla bağlıdır ki, evi artıq ikinci dəfədir ki, atəşə tutularaq, məhv edilir. Birinci dəfə bu, 2014-cü ildə Tap, ikinci dəfə də 2016-cı ildə Tap Qaraqoyunlu kəndində olub.
Zəkəriyyə Mustafayev
Zəkəriyyə Mustafayev Naftalan şəhərində avtobus sürücüsü işləyib. Amma 2007-ci ildə işdən çıxandan sonra, başqa bir işə düzələ bilməyib və əsasən təsərrüfatla məşğul olub: mal-qara saxlayıb, bağa qulluq edib.
Anar Səfərov və Alimə Məmmədova
Anar Səfərov Naftalan FHN-də yanğınsöndürən işləyir. Həyat yoldaşı Alimə Məmmədova kənd məktəbində dərs deyir. Kənddə vəziyyət əvvəlkindən də təhlükəli olanda, onlar uşaqları qohumlarının yanına göndərdilər, özləri isə qaldılar. Bəxtləri gətirdi – evin bir otağı dağılıb, şüşələr sınıb. Amma hələ də yaşamaq olar.
• Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ ətrafında hərbi münaqişə 1991–1994-cü illərdə baş verib. Atəşkəs elan olunandan sonra Dağlıq Qarabağ Respublikası dünyanın heç bir dövləti, o cümlədən də Ermənistan tərəfindən tanınmayan de-fakto dövlət kimi mövcuddur. Azərbaycan Qarabağ və onun müharibə vaxtı alınmış ətraf ərazilərini işğal edilmiş sayır və qaytarılmasını tələb edir.
• 2016-cı ildə münaqişə zonasında gərginlik aprelin 2-dən 5-nə qədər sürüb. Aprelin 5-də tərəflər atəşi dayandırmaqla bağlı razılığa gəliblər, amma atışma daha kiçik miqyasda davam edir. Azərbaycan və Ermənistan bir-birini razılaşmanı pozmaqda ittiham edir.
• Münaqişə tərəflərinin rəsmi mənbələrinin verdiyi informasiya ziddiyyətlidir və kimin hərbi əməliyyatlara başlaması, kimin buna reaksiya verməsi ilə bağlı suala cavab almağa imkan vermir. Beynəlxalq mənbələr də hələ ki, bu sualın cavabını tapa bilmir.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.