Pis uşaqları yaxşılarla əvəz edək
Ermənistanın daxili siyasətində yaranmış vəziyyəti
Qafqaz İnstitutunun direktoru, siyasətçi Aleksandr İskandaryan təhlil edir
Ermənistanda gedən siyasi proseslər
Son 3 il ərzində Ermənistanda iki proses keçdi.
Birinci proses Ermənistanın Respublika Partiyası tərəfindən bütün siyasi meydanların alınması oldu, nəticədə bütün siyasi qərarların qəbul olunması onların əlinə keçdi. Respublikaçılar prezident seçkiləri, parlament seçkiləri, yerli özünü idarəetmə orqanlarına seçkilərdə udaraq, siyasi marafonda qələbə çaldılar. Yerevandakı seçkiləri xüsusiylə qeyd etmək lazımdır, çünki Yerevan – ölkənin üçdə biridir və bu seçkilər ümumrespublika xarakteri daşıyır.
Bu, mütləq qələbədir, respublikaçılar özlərini əminli hiss edirlər, idarə etməni bacarırlar və heç kimlə hesablaşmırlar. Bu, qismən onunla bağlıdır ki, bütün az-çox nüfuzu olan və parlamentdə təqdim olunan partiyalar istədiklərini deyə bilirlər bə respublikaçılar burada heç bir risk görmürlər. Onlar söz azadlığından istifadə edirlər, müxtəlif isterikalar qaldırırlar, mətbuatdan istifadə edirlər, amma real siyasətə heç cür təsir edə bilmirlər.
İkinci proses – marqinallaşma və ya müxalifətin süqutudur. Müxalifət partiyaları praktiki olaraq, elektorat qüvvəsi yığmağa qadir olmayan müəyyən klublara çevirilib. Bunun üçün onların nə maliyyə, nə insan, nə mütəxəssis nə də media resursları yoxdur. Demək olar ki, bütün partiyalar kəndlərdə maksimum ay-ay yarımlıq seçki qabağı turneyə çıxa bilərlər, çünki onların rayonlarda daimi iş görən və real olaraq respublikaçılara qarşı çıxa biləcək ciddi nümayəndələri yoxdur.
Bu, son dərəcə aydın olmayan proqramı olan şəxsləşdirilmiş partiyalar “pis oğlanları yaxşılarla əvəz edək və hər şey yaxşı olacaq prinsipi ilə işləyirlər. Bu adamlar adətən mənfi əlamətə görə birləşirlər: onlar hakimiyyətə qarşıdır. Onların nəyin tərəfindən olduğu da qeyd edilir, amma bu çox acınacaqlı görünür və öldürmə, oğurlama, oğurlamaq pisdir, vidanlı olmaq daha yaxşıdır, inhisarçılıq pisdir, azad rəqabət yaxşıdır və s. kimi ideologiyalardan uzaqdır.
Adətən bütün bu partiyaların liderləri sakinlər arasında çox yaxşı tanınan şəxslər olur. Televiziya tamaşaçıları artıq 25 ildir ki, eyni şeylər haqqında danışan eyni simaları görürlər. Uzun müddətli siyasi iş apara biləcək partiyalar isə yoxdur. Onların hamısı “bir atımlıq barıtı olanlar kateqoriyasına aiddir.
Bu partiyalar real müxalifət olmaq istəmir, sadəcə onun yerini tutmaq, Yerevanda oturmaq, hakimiyyəti tənqid etmək, KİV-də məqalələr dərc etməklə güya siyasəti əvəz etmək istəyirlər. Bu, daha asandır, daha az əmək tələb edir, çünki siyasətçinin işi ağır gündəlik işdir.
Bu cür siyasətin nəticəsi də xaricdən kifayət qədər qəribə görünən yolların bağlanması, sonsuz aclıq aksiyaları kimi aksiyalar olur.
Əsl siyasi partiyaya bu sayaq ekstravaqand aksiyalar tələb olunmur, belə partiya onsuz da güclüdür və hamının diqqətini cəlb edir, o xüsusi effektlərə ehtiyac duymur.
Başqa bir tərəfdən, respublikaçların özləri reallıqda siyasi partiya deyil. Ermənistanın Respublika Partiyası post sovet məkanı üçün səciyyəvi, bizneslə bağlı olan məmurların həmkarlar ittifaqına oxşayan partiyadır.
Ermənistanın Respublika Partiyası real partiyanın real funksiyalarını yerinə yetirmir və onu hakimiyyətdən və ya hakimiyyəti ondan uzaqlaşdırsan, onu Erməni ümummilli hərəkatının taleyi gözləyir: 1990-cı ildə onu hakimiyyətdən uzaqlaşdırdılar və demək olar ki, yoxa çıxdı.
Nəticədə bizdə yaranan vəziyyəti mən “qeyri-stabil stabillik adlandırardım. Respublikaçılar həqiqətən də legitim və güclü olduqları üçün deyil, onlara qarşı heç bir qüvvənin dayanmadığı üçün güclüdürlər. Bu cür, bütün dünyada yayılan bir yarım partiyalıq sistem kifayət qədər uzun müddət yaşaya bilir.
Buna görə də Ermənistanın əsas vəzifəsi real siyasi partiyaların yaradılmasıdır, birdəfəlik silah, konkret seçkilərdə onunla divarı sındırmaq mümkün olan ling deyil, daimi işləyən mühərrik yaratmaq lazımdır. Təəssüf ki, qarşıdan gələn, 2017-ci ildə baş tutacaq seçkilərdə belə partiyaların olacağı gözlənilmir.
Zəif müxalifətin parlaq nümunəsi 18 fevral 2013-cü il prezident seçkilərində 37% səs toplayan Raffi Ovanesyanın “İrs partiyasıdır.
Yerevanda o 43% səs topladı və bu nəhəng bir resursdur, nəzərə alsaq ki, “İrs sahibkar Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan partiyasına oxşamır.
“Çiçəklənən Ermənistandan fərqli olaraq, “İrs partiyasının maliyyə vəsaiti yoxuydu.
43% seçici maddi olmayan motivlərdən səs vermiş adamlarıydı. Amma 2,5 ay sonra, Ağsaqqallar Şurasına mayın 5-də baş tutan seçkilərində başçısı yenə də Raffi Hovanesyan olan partiya cəmi 8%, yəni 5 dəfə az səs topladı.
Daha sonra da partiya parlamentdə də müvəffəqiyyətsizliyə uğradı. Hazırda “İrs fraksiyasında həmin partiyanın bircə nümayəndəsi var – Zaruhi Postandjyan.
Bütün bunlar real partiyanın olmadığına görədir, çünki hər şey seçkilərdə divarı dağıtmaq üçün birdəfəlik silah kimi qəbul edilir. Belə bir taktika ilə heç kim heç bir divarı dağıda bilməz.
Bu partiyaların yanaşması sözün dolayısı ilə mənasında inqilabi yanaşmadır. Onlar hesab edirlər ki, bir gün “doğru adamları seçsələr, hər şey anındaca yaxşılığa doğru dəyişəcək: oliqarxlar yoxa çıxacaq, vətəndaş cəmiyyətinin üzvləri və ya ruhanilər biznesmen olacaq və bir-biriylə açıq rəqabət aparacaq, mütləq ədalət olacaq. Hər şey Adam Smitin dərsliklərindəki kimi olacaq, həmin kitablara Smitin özü də XVIII əsrdə inanmırdı.
Bu cür təsəvvür püxtələşməmiş siyasi mədəniyyətin nəticəsidir. O, Ermənistanda çox gəncdir, elə Ermənistanın özü də çox gəncdir, mədəniyyəti isə bir gün ərzində dəyişmək mümkün deyil.
Parlament sisteminə keçid
Postsovet məkanında ancaq beş ölkədə demokratiya elementləri olan az-çox açıq siyasət, hakimiyyət rorasiyası və s. var. Bu Moldova, Ukrayna, Ermənistan, Gürcüstan və Qırğızıstandır. Bütün bu ölkələrdə parlament sisteminə keçid baş verdi. Qalan ölkələrdə buna yaxın olan şeylər belə yoxdur və orada super-prezident hakimiyyəti fəaliyyət göstərir.
Bu, onunla izah olunur ki, parlament sistemi post sovet məkanında daha Avropaya yaxın, daha demokratik nəsə kimi qəbil edilir, amma əslində bu, heç də belə deyil. Sadəcə sistemi daha dayanıqlı, daha stabil etməyə ehtiyac var. Amma hələ ki, beş ölkədən heç biri buna nail ola bilməyib, çünki dəyişikliklərə, yeni siyasi mədəniyyətin doğulmasına və tərbiyə olunmasına, siyasi sistemin formalaşmasına ehtiyac var.
Ciddi siyasi qüvvələrin olmaması şəraitində konstitusiya islahatları və parlament sisteminə keçidin həm müsbət, həm də mənfi tərəfləri var.
Mənfidən başlayaq.
İslahat formanın yaradılması və ya yenidən yaradılmasıdır. İslahat çaxırın, yəni inkişaf etmiş partiya sisteminin tökülməli olduğu stəkandır.
Bu formada inkişaf etmiş siyasi partiyalar varsa, onlar mütləq qanunun ağzından, hakimiyyətdən öz seqmentlərini qoparacaqlar, ümumi ədalətin əldə edilməsi, xoşbəxtliyə çatmaq və ya yaxşı adamların öz yerini tutması üçün deyil, hakimiyyətdən bir parça ələ keçirmək üçün.
Bu partiyaların olmadığı halda heç nə dəyişməyəcək, sadəcə insanlar artıq prezidentə deyil, baş nazirə nifrət edəcəklər.
Ermənistanda artıq çoxdan mövcud olan sistemdə qərarlar bir elitar konsensus – Respublikaçılar Partiyasının yuxarı təbəqəsi, bəzi nazirlər, məmurlar və bəzi oliqarxlar tərəfindən qəbul edilir. Bu və ya digər qanunun necə işləyəcəyini əvvəlcə onlar həll edir və yalnız bundan sonra layihə parlamentdə tərtib edilir.
İndi də müsbət tərəflər haqqında.
Başqa cür islahat keçirmək mümkün deyil. Bu, həmişə formanın nəyləsə dolması ümidiylə onun dəyişdirilməsidir.
Ədalət xatirinə demək lazımdır ki, respublikaçılar buna şüursuz olaraq gəlib çatıblar. Onlar başqa cür düşünür.
Bütün post sovet ölkələrinin, o cümlədən də Ermənistanın daxili siyasi həyatının əsas problemi inkişaf etmiş siyasi partiyaların olmamasıdır. Onların meydana gəlməsi üçün siyasi həyat mədəniyyəti dəyişməlidir, ancaq siyasətçilər deyil, həm də səsvermənin tipi dəyişməlidir.
Misal üçün, Qərbdə, inkişaf etmiş demokratik ölkələrdə insanlar xoşüzlü adamlar deyil, konkret mənfəətə səs verirlər. Misal üçün, kəndlilər aqrar maliyyə yardımı vəd edən, iş adamları liberal partiyaya, dövlət işçiləri hansısa imtiyazlar vəd edən partiyalara səs verirlər, nəticədə də geniş sosial qrupların maraqlarını əks etdirən siyasət yaranır. Bizdə hər şey tərsinə olur. Siyasətdə elitanın: iş adamları və məmurların maraqları ön plana çəkilir. İnsanlar pul alaraq, konkret adama səs verirlər, pul almayanlar isə meydana çıxır, bir müddətdən sonra isə meydandan çıxırlar.
Tələb var, təklif yoxdur
Sabah ciddi proqram təqdim edən və həmin proqrama insan fəaliyyətinin müxtəlif sahələrini daxil edən siyasi partiya meydana gəlsə, onu mütləq görəcəklər.
Bu partiya mütləq parlamentdə təmsil olunacaq, lap əvvəlcə bir nəfərlə olsa belə, o da beş il işləyəcək, gələn dəfə üç nəfəri, ondan sonrakı dəfə beş-altı nəfəri seçəcəklər və bir də gördün ki, bir nəsil sonra vəziyyət dəyişdi. Təəssüf ki, belə adamlar yoxdur.
Ermənistanda ciddi siyasi partiyaları özünəməxsus simulyakrlar, yəni mövcud olmayan hadisənin surətləri əvəz edir, cəmiyyətin onlardan yorulduğu aşkar hiss olunur və insanlar onlara səs vermir.
Respublikaçılara da heç kimin səs vermədiyi aydın məsələdir, onlar seçiciləri apatiya ilə ələ alırlar. Erməni seçicisinin standart əhvalı budur – “İkinizin də ocağınız keçsin. Əgər 10 il bundan əvvəl ancaq elita, hakimiyyət nifrət qazanmışdısa, indi bütün siyasətçilər birlikdə bu hissləri oyadır.
Çox maraqlı bir vəziyyət yaranıb: tələb var, təklif yoxdur. Ermənistan müxalifətə hamilədir, o isə dünyaya gəlmir – təklif yoxdur.