Hər yanda qapalı mərasimlər, Belarusda isə izdihamlı parad – dünya İkinci Dünya Müharibəsinin bitməsinin 75 illiyini qeyd edir. Foto
Mayın 8-də bütün dünya İkinci Dünya Müharibəsinin – 50 milyon insanın həyatına son qoyan insanlıq tarixinin ən qanlı müharibəsinin bitməsinin 75 illiyini qeyd edir.
Niyə iki tarix?
1945-ci il mayın 8-də Hitler əleyhinə koalisiyaya daxil olan müttəfiq dövlətlər – Böyük Britaniya, Sovet İttifaqı, ABŞ – nasist Almaniyasının qeyd-şərtsiz kapitulyasiyasını qəbul ediblər.
Formal olaraq İkinci Dünya Müharibəsi 1945-ci il sentyabrın 2-ə, Almaniyanın müttəfiqi imperator Yaponiyası kapitulyasiya edəndənə qədər davam edib.
- Rusiya, koronavirus: yoluxanların sayı hədsiz çox olduğu halda ölüm sayı təəccüblü dərəcədə azdır, ölənlərin arasında isə tibb işçiləri çoxdur. Niyə?
- Koronavirus Çinin Uhan laboratoriyasından çıxıb, yoxsa informasiya gizlədilib? Qərb Çini nədə günahlandırır?
- Koronavirus, Qafqaz və dünya üzrə xronika
Rusiya, Ukrayna və Belarus bu hadisəni mayın 9-da bayram edir. 1945-ci ildə Stalin buna israr edib. O, sovet xalqının xatirəsində bütün dünyanın savaşdığı, Sovet İttifaqının isə ilk iki ildə Almaniyanın müttəfiqi olduğu İkinci Dünya Müharibəsi haqda xatirəsini “səhmana salmaq” istəyib.
Buna görə də SSRİ-də bayram mayın 9-da qeyd olunur, mübahibə isə İkinci Dünya Müharibəsi yox, Böyük Vətən Müharibəsi adlanırdı.
Təcrid şəraitində bayram
1945-ci ildən bəri ilk dəfədir ki, bütün Avropada 8 may kütləvi toplantıların qadağan olunduğu şəraitdə qeyd edilir.
Mayın 8-ə qədər dünyada təxminən dörd milyon insan koronavirusa yoluxub. 279 min nəfərdən çox insan ölüb.
Fransada prezident Makron azsaylı məmurların müşayiəti ilə Naməlum Əsgər məzarına çiçək dəstəsi qoyub.
Almaniya kansleri Merkel də Berlində Mərkəzi Hərbi Memorial qarşısında ictimaiyyətə qapalı anım mərasimi keçirib.
Böyük Britaniya kraliçanın təbrik müraciəti və ümummilli sükut dəqiqəsi elan eləməklə kifayətlənib.
Moskvada da Qızıl Meydanda keçirilən ənənəvi izdihamlı hərbi parad təxirə salınıb. Hakimiyyət Kreml üzərində təyyarələrin və vertolyotların uçuşu ilə kifayətlənib.
Yeganə parad – Minskdə
Belarus istisna olub, orada 9 may hərbi paradla qeyd ediləcək.
“Yadda saxlamaq lazımdır ki [İkinci Dünya Müharibəsi zamanı] insanlar bizim üçün həlak olublar, ola bilər ki, virusdan, başqa xəstəliklərdən. Amma onlar bu haqda düşünməyiblər. Düşünün, insanlar nə deyər. Bəlkə dərhal yox. Bir gün sonra, iki gün sonra – deyəcəklər ki, biz qorxduq”, – Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
Rəsmi statistikaya görə, Belarusda 20 mindən çox insan yoluxub, 116 nəfər ölüb. Bir çox ekspertlər və ictimai fəallar hesab edirlər ki, rəsmi rəqəmlər çox kiçildilib.
Lukaşenko bütün Avropa və postsovet liderlərini paradda iştirak etməyə dəvət edib, amma heç kim razılaşmayıb.
Ümumdünya Səhiyyə Təşkilatı Belarus hakimiyyətinin mayın 9-da kütləvi tədbir keçirmək qərarı ilə bağlı narahatlığını ifadə edib.
Avropa İttifaqı isə COVID-19 epidemiyasının nəticələrinin aradan qaldırılması üçün maliyyə yardımını Minskin sosial məsafə tədbirlərinə dönməz şəkildə riayət etməsi ilə şərtləndirib. Belarusa yardım qismində 60 milyon avro vəd edilib.
Pandemiyanın yayılması səbəbilə həm diplomatik, həm maliyyə itkiləri, çox güman ki, can itkilərinin olacağı bəsbəllidir, Minsk isə paradın keçirilməsinə israr edir.