Qafqazda koronavirus. 6-7 may, 2020
-
Papanın köməkçisində Covid-19 aşkarlanıb, bu, Vatikanda 12-ci yoluxma halıdır
Müqəddəs Taxtın mətbuat xidmətinin direktoru Matteo Bruni köməkçinin martın əvvəlindən uzaqdan çalışdığını söyləyib.
Aprel ayında Roma Papası Fransiskin koronavirusa yoluxması ilə əlaqədar narahatlıqlar var idi. Ancaq testlər mənfi nəticə göstərdi, 83 yaşlı papa güclü qripə yoluxubmuş.
Vatikan aprelin ortalarından etibarən bütün kilsələri bağlayıb, Papa Pasxa ayini də daxil olmaqla, bütün dini ayinləri təklikdə həyata keçirir. Kütlə isə onlayn yayımı izləyir və dinləyir.
İtaliya pandemiya nəticəsində ölənlərin sayına görə dünyada ikinci yeri tutur, burada 26 mindən çox insan tələf olub. 215.858 yoluxma halı təsdiqlənib.
-
Şimali Osetiyada Covid-19 xəstələrini müalicə edən ilk həkim ölüb. 200-dən çox həkim yoluxub
49 yaşlı həkim-terapevt vəfat edib.
Şimali Osetiya Səhiyyə Nazirliyinin məlumatına görə, 200 nəfərdən çox tibb işçisi koronavirusa yoluxub. Bunların arasında tibb bacıları, təcili yardım sürücüləri, sanitarlar, xadimələr var.
Son bir gündə Şimali Osetiyada 94 yeni yoluxma halı təsdiqlənib. Cəmi 1466 yoluxma müəyyən edilib, 10 nəfər ölüb.
Rusiyada son bir gündə yoluxanların sayı rekord həddə çatıb – 11231 nəfər. Ölkə yoluxanların sayına görə dünyada artıq beşinci yerdədir – cəmi 177 160 nəfər. Onlardan 1625 nəfər ölüb.
-
Azərbaycan, Ermənistan, Gürcüstan – yoluxmaların statistikası
AzərbaycanErmənistanGürcüstanYeni yoluxma halları771026Yoluxanlar2 2042 884615Yeni ölənlər0+20Ölənlər28429Sağalanlar1 5511 185275 -
Azərbaycanda 77 yeni yoluxma halı, cəmi 2 204 nəfər
Epidemiya başlayandan 28 nəfər ölüb.
1 551 nəfər artıq sağalıb.Aprelin 22-dən Azərbaycanda gücləndirilmiş karantin rejimi yumşaldılıb.
Götürülən qadağalar:
karantinə görə bağlanan bütün mağazalar, ticarət mərkəzlərində yerləşənlərdən başqa, işləməyə başlayıb;
atelyelər, pinəçi emalatxanaları, fotostudiyalar açılıb,
fərdi repetitor fəaliyyətinə və evlərdə təmizlik xidmətinə icazə verilib;
İşdən arayışı olmayan vətəndaşların evdən çıxması üçün lazım olan sms icazə qüvvəsində qalır, amma gündə 2 saatdan 3 saata qədər uzadılıb.
-
Cənubi Osetiyada daha 11 nəfər yoluxub
“Xəstələrdən biri Şimali Osetiyadan gəlib. Digər bir neçə nəfər bu həftə Rusiya bölgələrindən Cənubi Osetiyaya evlərinə qayıdan tələbələrdir”, – rəsmi məlumatda deyilir.
-
Ermənistanda daha iki ölüm, 102 yeni yoluxma
Epidemiya başlayandan Ermənistanda ümumilikdə 42 nəfər ölüb.
Epidemiya başlayandan 2 884 yoluxma halı qeydə alınıb. 1 185 nəfər artıq sağalıb.
Ermənistanda koronavirusla mübarizə tədbirləri
Ermənistanda fövqəladə vəziyyət mayın 14-ə qədər qüvvədə olacaq.
Amma mayın 4-dən artıq hərəkət məhdudiyyəti aradan qaldırılıb və demək olar ki, bütün biznes sahələri açılıb: müəssisələr, mağazalar, bərbərxanalar, muzeylər.
Şəhərlər və kəndlər arasında ictimai nəqliyyatın hərəkətinə icazə verilib. Amma yaşayış məntəqələri daxilində nəqliyyatın hərəkəti hələ də qadağandır.
• Koronavirusa yoluxub sağalmaq nə deməkdir? Artıq yoluxub-sağalanlar danışır
-
Tramp: koronavirus pandemiyası ölkə tarixində ABŞ-a qarşı ən qorxunc hücumdur
Donald Tramp bildirib ki, koronavirus ABŞ-ı İkinci Dünya Müharibəsi zamanı Yaponiyanın Pörl-Harboru bombardman etməsindən və Nyu-Yorkda Ümumdünya Ticarət Mərkəzinin dağıdılması və üç min nəfərə yaxın insanın ölümü ilə nəticələnən 2001-ci il 11 sentyabr terror aktından daha çox sarsıdıb. Qurbanların sayı 1960-70-ci illərdə Vyetnam müharibəsində həlak olan Amerika hərbçilərinin sayını (müxtəlif məlumatlara görə 60 min nəfərə yaxın) üstələyib.
Pandemiyanın əvvəlindən ABŞ-da 75 min nəfər ölüb, 1 milyon 263,197 nəfər virusa yoluxub.
Tramp yenidən təkrarlayıb ki, ölkə hakimiyyəti 2019-cu ilin dekabrında Uhanda virus yaranan zaman bunu gizlətdiyi üçün Çini cəzalandırmaq istəyir. O və kabinetinin üzvləri pandemiyanın Uhandakı laboratoriyadan koronavirusun “sızması” nəticəsində baş verdiyi haqda fərziyyələr irəli sürürlər.
Pekin növbəti dəfə məsələni şərh edib və bildirib ki, ABŞ prezidenti əhalinin diqqətini öz uğursuzluqlarının dəyərləndirməsindən yayındırmaq, həmçinin 2020-ci ilin payızında prezident seçkiləri zamanı daha çox seçici səsi qazanmaq üçün təbliğat kampaniyası aparır.
Mənbə: CNN
-
Gürcüstanda 5 yeni yoluxma halı, cəmi 615 nəfər
Epidemiya başlayandan 9 nəfər ölüb.
275 nəfər artıq sağalıb.
Gürcüstanda fövqəladə vəziyyət
Martın 21-də elan olunub, mayın 22-ə qədər davam edəcək.
Qadağaların mərhələli yumşaldılması həyata keçirilir.
Batumi və Kutaisi şəhərləri giriş və çıxışa qapalıdır. İnşaatla bağlı olan bizneslər işə başlayıb. İnternet-mağazaların işi və malların evlərə çatdırılması bərpa olunub.
Fövqəladə vəziyyətin qalan məhdudiyyətləri qüvvəsində qalır.
İctimai nəqliyyat işləmir, 21:00-dan 06:00-a qədər komendant saatı hökm sürür.
Tbilisi və Rustaviyə giriş bağlı qalır.
-
Rusiyanın baş naziri və inşaat nazirinin ardınca mədəniyyət naziri də koronavirusa yoluxub
39 yaşlı Olga Lyubimova artıq təcrid vəziyyətindədir.
54 yaşlı Rusiyanın baş naziri Mixail Mişustin aprelin 30-dan bəri xəstəxanadadır. Bu yaxınlarda onun haqqında bildirilən tək şey sağlamlığının “ümumiyyətlə normal” olmasıdır.
Mayın 1-də tikinti naziri Vladimir Yakuşev və onun müavini Dmitri Volkov koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Bundan başqa, Rusiyanın elm və təhsil naziri Valeriy Falkov gözlənilmədən özünütəcrid rejiminə keçib, baxmayaraq ki, onda koronavirus diaqnozu təsdiqlənməyib.
“Bell” yazır ki, Rusiya hökumətində Covid-19 virusuna yoluxan başqa şəxslər də var.
-
Azərbaycanda iki yeni ölüm, yoluxanların sayında kəskin artım qeydə alınıb
Epidemiya başlayandan bəri 28 nəfər ölüb.
Artıq ikinci gündür ki, Azərbaycanda koronavirusa yeni yoluxma halları artıb. Bundan əvvəl iki həftə ərzində müsbət dinamika müşahidə edilib.
Son sutka ərzində 67 yeni yoluxma halı qeydə alınıb (bir gün əvvəl – 76). Ümumilikdə, epidemiyanın əvvəlindən 2 127 nəfər xəstələnib, onlardan 1 536 nəfər sağalıb.
Aprelin 22-dən Azərbaycanda gücləndirilmiş karantin rejimi yumşaldılıb.
Götürülən qadağalar:
karantinə görə bağlanan bütün mağazalar, ticarət mərkəzlərində yerləşənlərdən başqa, işləməyə başlayıb;
atelyelər, pinəçi emalatxanaları, fotostudiyalar açılıb,
fərdi repetitor fəaliyyətinə və evlərdə təmizlik xidmətinə icazə verilib;
İşdən arayışı olmayan vətəndaşların evdən çıxması üçün lazım olan sms icazə qüvvəsində qalır, amma gündə 2 saatdan 3 saata qədər uzadılıb.
-
Şimali Osetiyadakı bir rayon xəstəxanasında 24 həkim birdən yoluxub
Bu, Şimali Osetiyadakı Ardon rayon xəstəxanasında aparılan araşdırmanın nəticəsidir. Ümumilikdə təkcə bu ərazidə 119 yoluxma hadisəsi qeydə alınıb.
Şimali Osetiyada koronavirus infeksiyasına yoluxanların sayı 89 nəfər artaraq, hazırda 1342 nəfər təşkil edir. Doqquz nəfər ölüb.
Bu video Şimali Osetiyanın Beslan şəhərindəki klinika əks olunub. Sosial şəbəkələrdə yayılan bu videoda yaşlı anası ilə birlikdə uzun müddət həkim tərəfindən qəbul ediləcəyini gözləyən qadın tibb bacısına şikayət edir. Hər ikisinin temperaturu çox yüksəkdir və koronavirus əlamətləri müşahidə olunur.
-
Ermənistanda 163 yeni yoluxma halı, cəmi 2 782 oldu
Epidemiya başlayandan 40 nəfər ölüb.
1 135 nəfər artıq sağalıb.
Ermənistanda koronavirusla mübarizə tədbirləri
Ermənistanda fövqəladə vəziyyət mayın 14-ə qədər qüvvədə olacaq.
Amma mayın 4-dən artıq hərəkət məhdudiyyəti aradan qaldırılıb və demək olar ki, bütün biznes sahələri açılıb: müəssisələr, mağazalar, bərbərxanalar, muzeylər.
Şəhərlər və kəndlər arasında ictimai nəqliyyatın hərəkətinə icazə verilib. Amma hələlik yaşayış məntəqələri daxilində ictimai nəqliyyatın hərəkəti qadağandır.
-
Gürcüstanda 6 yeni yoluxma halı, ikisi uşaqdır
Cəmi 610 nəfər yoluxub. Epidemiya başlayandan 9 nəfər ölüb.
269 nəfər artıq sağalıb.
Ən pis vəziyyət hələ də Bolnisi rayonundadır, orada 118 nəfər yoluxub. Bolnisi və qonşu Marneuli rayonları martın 25-dən karantin altına alınıb.
Yeni hallar arasında 4 və 7 yaşlı iki uşaq da var.
Gürcüstanda fövqəladə vəziyyət
Martın 21-də elan olunub, mayın 22-ə qədər davam edəcək.
Qadağaların mərhələli yumşaldılması nəzərdə tutulub.
Batumi və Kutaisi şəhərləri giriş və çıxışa qapalıdır. İnşaatla bağlı olan bizneslər işə başlayıb. İnternet-mağazaların işi və malların evlərə çatdırılması bərpa olunub.
Fövqəladə vəziyyətin qalan məhdudiyyətləri qüvvəsində qalır.
İctimai nəqliyyat işləmir, 21:00-dan 06:00-a qədər komendant saatı hökm sürür.
Tbilisi və Rustaviyə giriş bağlı qalır.
-
Rusiyada qubernator doğum evini tam müdafiə olunmuş halda yoxlayıb, yeni anaların isə heç maskası da olmayıb. Foto
Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov 9 nömrəli Şəhər Doğum Xəstəxanasında olub və sosial şəbəkələrdə qalmaqala səbəb olan fotolar yayılıb. Qubernator yeni ana olmuş bir qadının yanında plastik qalxana bənzər maska və əlcəkdə olan. Qadın isə heç bir müdafiə vasitəsi ilə təmin olunmayıb.
Bundan əvvəl onun rəhbərlik etdiyi qurum yaydığı press-relizdə bildirmişdi:
“Doğum xəstəxanalarında infeksiyanın yayılmasının qarşısını almaq üçün görünməmiş tədbirlər görülüb. Həm tibb işçiləri, həm də yeni analar COVID-19 virusuna qarşı müayindən keçirilir”.
Rəsmi məlumata görə, Sankt-Peterburqda 38 hamilə qadında koronavirus aşkar edilib.
Rusiyada artıq 155 mindən çox koronavirusa yoluxma halı müəyyən edilib.
Rəsmi məlumata görə, Rusiyada 1445 nəfər koronavirusdan ölüb.
• Şimali Qafqazda koronavirus: qurbanların sayı və hakimiyyətə etimadsızlıq kəskin artır
-
Koronavirus pandemiyası ilə bağlı Qafqazda hadisələrin xronikası