Spirt dolu anbarlar və antiseptik tapılmayan apteklər
Şimali Qafqazda yerləşən Şimali Osetiya – Alaniya Respublikası, koronavirus pandemiyası zamanı kəskin çatışmayan antiseptikləri istehsal etmək üçün unikal imkana sahibdir – həm bütün əhali, həm də Rusiyanın digər regionları üçün.
Burada bir neçə spirt və araq zavodu mövcuddur, respublika bir zamanlar Rusiyanın alkoqol bazarında liderlik edirdi, ölkənin etil spirti və spirt tərkibli qida məhsullarının ən böyük təchizatçısı idi.
Anbarlar indi də etil spirti ilə doludur, baxmayaraq ki, spirt zavodları dayanıb. Onlardan bir qismi müflisləşib, digərləri sökülüb, bir neçəsi isə nəzrət orqanlarının sankisyaların atabe edilib.
Əsas problem ondan ibarətdir ki, Şimali Osetiya öz rəhbəri, parlamenti və konstitusiyası olan respublika olsa da, nə zavodları işə salmaq, nə də artıq böyük həcmdə mövcud olan etil spirti əsasında sanitar nəhsulun istehsalına başlamaq haqda qərar verə bilir.
Bunun üçün Moskvadakı müvafiq strukturun qərarına ehtiyac var. Qərar isə bu ana qədər verilməyib.
Martın 31-də respblika başçısının mətbuat xidmətindən bildirilib ki, spirt istehsalçılarına çoxmənzilli yaşayış binalarında ümumi istifadə ərazilərinin dezinfeksiyası məqsədilə məhlullarının istehsalı üçün xammal ayırmalarına icazə verilib.
Elə həmin gün Şimali Osetiyada ilk iki koronavirusa yoluxma halı rəsmən təsdiqlənib.
Amma yerli ekspertlərin paradoksal adlandırdığı bu vəziyyət ümumiyyətlə niyə yaranıb?
Osetiyanın spirt zavodları necə olub?
“Bütün dünya bütün resursları koronavirusla mübarizəyə yönəldib, bizdə isə spirt zavodları dayanıb. Osetiyada antiseptik almaq mümkün deyil – zavodların anbarları isə spirtlə doludur. Biz su başında susuzluqdan ölürük”, – maliyyə analitiki, jurnalist və bloger Alik Puxayev deyir.
Şimali Osetiyada “Fayur – Soyuza” və “Marat MMC” tibbi spirtin istehsalı üçün lisenziyaya sahib olub. Amma “RosAlkoqolNizamlama” (Moskvada rəhbərlik edən struktur) son illərdə onların fəaliyyətində xırda pozuntular taparaq, onların işinə mane olur.
“Məsələn, onları tibbi spirtin guya qaçaq araq istehsalı üçün istifadə edilməsində günahlandırırdılar, halbuki heç kim bunu sübut etməyə çalışmayıb”, – Alik Puxayev deyib.
Sonuncu dəfə Moskvadakı rəhbərlik 2019-cu ilin dekabrında Vladiqafqaza gəlib və müəssisələri fəaliyyətlərini dayandırmağa məcbur edib.
O zamandan müəssisələrin anbarları tibbi preparatlar hazırlamağa yararlı olan spirt sisternləri ilə dolub-daşır.
Onlardan bəziləri Alkoqol Bazarının Nizamlanması üzrə Federal Xidmətə qarşı məhkəmə iddiası qaldırmağa çalışıb, bəziləri isə sadəcə dəyişikliyi gözləyir.
Moskvadakı korrupsiya
“Aydın mexanizm yoxdur: pozuntuları aradan qaldırdın, işinə davam edə bilərsən. Çünki bütün bu struktur korrupsiyalaşıb”, – Alik Puxayev deyib.
Alkoqol Bazarının Nizamlanması üzrə Federal Xidmətin keçmiş rəis müavini İrina Qolosnayaya qarşı vəzifə səlahətlərindən sui-istifadə ittihamı ilə cinayət işi qaldırılıb.
Alkoqol Bazarının Nizamlanması üzrə Federal Xidmətin keçmiş rəisi İqor Çuyan haqda çoxmilyardlıq dələduzluq ittihamı ilə ümumiyyətlə beynəlxalq axtarış elan olunub.
“Onun rəhbərliyi altında Osetiyanın və Kabarda-Balkariyanın spirt zavodlarından avadanlıqlar götürülür, “frenkenşteynlər”, rəsmi qeydiyyatdan kənar istehsal olunan məhsullar hardasa Rusiyanın mərkəzində toplanırdı.
Sonra oradan əldə olunan pullar “OFK Bankda” yuyulurdu və Rusiyadan xaricə çıxarlırdı”.
Puxayev əminliklə bildirir ki, məhz korrupsiya Osetiyanın alkoqol istehsalçılarını məhv edib.
“Müəssisələr bağlanmağa məcbur qalandan sonra nə qədər vergi indiyə qədər büdcəyə çatmayıb. Halbuki indi onlar tibbi preparatların və antiseptiklərin istehsalında necə yaxşı işləyə, eyni zamanda bu məhsulu xaricə, o cümlədən də Çexiya və Polşaya ixrac edə bilərdi.
Respublika iqtisadiyyatı yüksələ, koronavirusun vurduğu zərbəni yumşalda və digərlərinə kömək edə bilərdi”, – Puxayev deyir.
Onun konkret təklifi də var.
Onun fikrincə, vəziyyəti Şimali Osetiya başçısı Vyacheslav Bitarov həll edə bilər, əgər o, Rusiya prezidentinə müraciət edərsə. Risklər, sosial gərginliyin artması, işsizlik haqda danışmaq və istehsalın bərpasına kömək təklif etmək, bununla da vergi daxilolmalarını yüksəltmək haqda danışmaq lazımdır – Puxayev hesab edir.
“Prezidentə yaxın olan milyarderlər – Rottenderq qardaşları bəzi məlumatlara görə, spirt sənayesinə nəzarət edirlər. Onlardan xahiş etmək lazımdır ki, Osetiya zavodlarının işləməsinə imkan versinlər.
Orada Şimali Osetiyanın spirt zavodlarının Rusiyanın mərkəzi regionlarındakı zavodlara rəqabət yaradacağından çəkinə bilərlər. Amma indi qıtlıq şəraitində hamıya iş çatar”, – Alik Puxayev hesab edir.