Ermənistan, koronavirus: insanlar necə və nə hesabına yaşayır – baş nazir telefonla soraqlaşıb
Martın 27-ə olan rəsmi məlumata əsasən, Ermənistanda 329 koronavirusa yoluxma halı qeydə alınıb. Yoluxanlardan biri vəfat edib, 28 nəfər sağalıb. Martın 16-dan ölkədə fövqəladə vəziyyət tətbiq olunub. Fövqəladə vəziyyət aprelin 14-ə qədər davam etməlidir.
Martın 27-də Ermənistanın baş naziri təsadüfi nömrələrlə ölkə sakinlərinə zəng vurub və karantin vəziyyətində necə yaşadıqları ilə maraqlanıb. Bütün bunlar Facebook səhifəsində canlı yayımla nümayiş olunub.
Zəng etməzdən əvvəl o bildirib ki, onun ən vacib vəzifələrindən biri ölkə vətəndaşları ilə əlaqə qurmaqdır. Zənglərlə bağlı eksperiment isə vətəndaşların vəziyyətinin nə yerdə olduğunu və koronavirus şəraitində dövlətin aylrdığı sosial yardımı hansı istiqamətlərə yönəltməli olduğumuzu anlamaq üçün lazımdır.
Hökumət fövqəladə vəziyyət və evdən çıxmaq qadağası qoyulduğu dövründə işindən və dolanışıq vasitəsindən məhrum qalan insanlara sosial yardım paketi hazırlayır
- Ermənistanda fövqəladə vəziyyət dövründə nələr qadağan olunub?
- Qafqazda koronavirus epidemiyası: region üzrə faktlar və rəqəmlər
- Ermənistan, koronavirus: ilk ölüm halı, yeniyetmələr, hərbçilər və tibb işçiləri yoluxub, jurnalistlərin fəaliyyətinə qoyulan məhdudiyyətlər yumşaldılıb
Baş nazir nə öyrənib?
Baş nazirin ilk həmsöhbəti 90 yaşlı əri ilə birlikdə yaşayan ahıl qadın olub.
O, fövqəladə vəziyyət elan olunduğu ilk gündən sosial xidmət əməkdaşlarının onlara baş çəkdiyini və yemək gətirdiyini bildirib. Amma qadının sözlərinə görə, artıq gəlib-gedən yoxdur. İndi yaşlı cütlüyə Rusiyadan gələn qızları qulluq edir, amma o da sabah geri qayıtmalıdır.
Paşinyan fövqəladə vəziyyət rejimində bir çox müəssisələrin işləmədiyi bir vaxtda insanların dolanmaq üçün vəsaitlərinin olub-olmadığı ilə maraqlanıb.
Baş nazirin zəngi həmsöhbətlərini həm təəccbləndirib və həm də sevindirib. İnsanlar bir çox problemlərdən şikayətləniblər. Söhbət zamanı məlum olub ki, çoxları qəpik-quruşla dolanır, işsiz qaldıqları üçün yayda hazırladıqları konversləşdirilmiş ərzaqlarla həyatda qalmağa çalışırlar.
Onlardan biri danışıb ki, 46 yaşı olduğu üçün onu işə qəbul etmirlər. Taksi sürücüsü kimi işə düzəlmək istəyib, amma ona deyiblər ki, 35, maksimum 40 yaşına kimi insanları sürücü işinə qəbul edilər. Ailəsində iki azyaşlı uşaq var, həyat yoldaşı da işləmir. Ailə dövlətdən müavinət almır, çünki adlarında kredit var. Sosial xidmətin yanaşması belədir – əgər kredit ödəyə bilirsənsə, deməli ehtiyacın yoxdur. Kreditləri isə əslində elə sağ qalmaq üçün götürüblər.
Baş nazirin həmsöhbətləri bildiriblər ki, dövlətdən yardım istəmirlər, onlara sadəcə iş yerləri lazımdır. Amma indi ölkədə hətta koronavirusdan və müəssisələrin fəaliyyəti dayanandan əvvəl işi olanlar da heç nəsiz qalıblar.
Baş nazir bütün hekayələri dinləyib, detallarla maraqlanıb, qeydlər edib və bəzilərinə efirdən sonra zəng vurulacağına və problemlərin bir hissəsinin həll ediləcəyinə dair söz verib.
“Bu günlərdə vətəndaşlarımızın nə hiss etdiyini, necə yaşadığını, bəlaların öhdəsindən necə gəldiklərini, məhdudiyyətləri necə keçirdiklərini bilmək çox vacibdir”, – zənglərlə bağlı eksperiment eləmək haqda qərarını Nikol Paşinyan belə izah edib.
Onun sözlərinə görə, bu, “problemləri daha yaxşı anlamağa, iqtisadi, sosial dəstək paketinin formalaşdırılması üzrə məsələni dəqiqləşdirməyə” kömək edir.
Söhbətində Nikol Paşinyan həmsöhbətlərinə evdən çıxmamaq məhdudiyyəti haqda xatırladıb. Martın 25-dən 31-ə qədər Ermənistanda xüsusi ehtiyac olmadan evdən çıxmaq olmaz. Ehtiyac olduğu təqdirdə evdə çıxdıqları zaman isə vətəndaşlar “hərəkət anketi” doldurmalıdırlar. Hər kəs oraya evdən çıxış məqsədini, hansı ünvandan hansı ünvana getdiyini, evdən çıxış saatı və ehtimal olunan qayıdış saatı göstərilməlidir. Pasport və ya ID kart evdən çıxan vətəndaşların üzərinddə olmalıdır. Bu tələblərin yerinə yetirilməsinə polis nəzarət edir.
Ölkədəki vəziyyət haqda təfərrüatlar
Səhiyyə Nazirliyinin son məlumatına əsasən, ölkədə 329 koronavirusa yoluxma halı təsdiqlənib.
Yoluxanlar arasında iki aylıq uşaq var, onda xəstəlik əlamətlərini biruzə vermədən davam edir, körpənin anasının isə iki gün ərzində qızdırması olub. İndi ikisi də özlərini yaxşı hiss edir.
Yoluxanlardan birinin vəziyyəti kritik ağır kimi dəyərləndirilir.
Koronavirusa yoluxan pasiyentlərdən biri martın 26-da vəfat edib.
Elə həmin gün virusun orduya da ayaq açdığı haqda məlum olub. Əvvəlcə, üç nəfərin yoluxduğu bildirilib. Martın 27-də idə bu rəqəm beş nəfərə yüksəlib. Yeni xəstələr ötən gün artıq təcrid olunublar.
Ölkəyə giriş və çıxış məhdudlaşdırılıb. İctimai tədbirlər, restoran, bar və kafelərin fəaliyyəti qadağan edilib.