İqtidar partiyasının Tbilisidəki aksiyasında kimlər iştirak edib və niyə mitinqi məcburi adlandırıblar?
Dekabrın 14-də “Gürcü arzusu” iqtidar partiyası Tbilisinin mərkəzində Gürcüstanın Avropa Şurasında sədrliyinin başlanmasına həsr olunmuş izdihamlı aksiya keçirib.
Amma müxalifət bildirir ki, bu aksiyanın real məqsədi hakimiyyətin ölkədə böyük dəstəyinin olduğunu sərgiləmək istəyi olub. Gürcüstanın ombudsmeni də təsdiqləyib ki, büdcə təşkilatlarının minlərlə əməkdaşı regionlardan Tbilisiyə avtobuslarla məcburi qaydada gətirilib.
•Tbilisidəki etirazlar haqda bilməli olduğunuz hər şey – üç dəqiqəlik videoda
•Tbilisidə müxalifətin etiraz aksiyasında musiqi və rəqs. Video
Müxalifət ehesab edir ki, bu aksiya fəalların hələ yaydan bəri başlatdığı və son ayda daha da fəallaşan mitinqlərə cavab olaraq təşkil edilib.
Tbilisidə Azadlıq meydanında əllərində Gürcüstanın dövlət bayrağı, o cümlədən də “Gürcü arzusu” iqtidar partiyasının və Avropa İttifaqının bayraqlarını tutan on minlərlə insan toplaşıb. Çoxları “Gürcüstanın yolu Avropayadır” şüarı yazılan plakatlar da qaldırıb.
Mitinq başa çatandan sonra konsert təşkil olunub.
2019-cu il noyabrın 27-də Gürcüstan Avropa Şurasının sədri olub. Rotasiya hər altı aydan bir əlifba sıralaması ilə baş tutur. Altı aydan sonra Gürcüstan bu postu Yunanıstana ötürəcək.
Gürcüstanın baş naziri Giorgi Qaxariya öz çıxışında bildirib ki, heç vaxt ölkə indi olduğu kimi Avropaya bu qədər yaxın olmayıb. Onun fikrincə, vizasız rejim buna sübut kimi göstərilə bilər – Gürcüstan vətəndaşları Avropa ölkələrinə vizasız gedə və bu ölkələr arasında sərhədi maneəsiz keçə bilirlər.
“Biz buna hamımız liderimiz Bidzina İvanişvili ilə nail olmuşuq”, Giorgi Qaxariya vurğulayıb.
İqtidar partiyasının lideri, milyarder, ölkəni kölgədən idarə edən şəxs hesab olunan Bidzina İvanişvili özü də toplaşanlara müraciət edib.
•Əsrlik ağaclar – milyarderin əsas şakəri və ya Gürcüstanın keçmiş baş naziri təbiətə necə hökm edir?
O, keçmiş hakimiyyətdən onlara necə ağır miras qaldığı haqda danışıb və prezident Mixail Saakaşvili və onun Milli Hərəkat Partiyasının 2003-2012-ci illərdəki iqtidar dövrünü nəzərdə tutub.
“Gürcü arzusu” “Milli Hərəkat” iqtidarının mənfi nəticələrinin öhdəsindən gələ bilib və bu gün Gürcüstan fakriki olaraq avropa ailəsinin üzvüdür”, – Qaxariya bildirib.
“Gürcü arzusu” liderinin çıxışı zamanı xüsusi quraşdırılmız böyük monitorda Gürcüstanın Avropa Şurasına doğru gedən yolunu əks etdirən video çarxlar nümayiş olunub. Müşahidəçilər qeyd ediblər ki, bu videolarda Saakaşvili dövründə əldə olunan dövlət nailiyyətlərinin üzərindən keçilib.
Müxalifət hakimiyyəti avantürada günahlandırıb
Müxalifət hakimiyyəti minlərlə büdcə işçisini regionlardan Tbilisiyə məcburi gətirməkdə ittiham edib.
Bu haqda xalq müdafiəçisi Nino Lomcariya da bildirib. O deyib ki, praktiki olaraq bütün regionlardan belə informasiya alıb: büdcə təşkilatlarının əməkdaşlarını Tbilisiyə mitinqə getməyəcəkləri təqdirdə iş yerində problemlərlə təhdid ediblər.
Nüfuzlu qeyri-hökumət təşkilatlarından ibarət qrup ümumi bəyanatla çıxış edərək, hakimiyyətin bu cür əməllərinə qarşı etiraz edib.
İnsanların regionlardan gəlişi mütəşəkkil xarakter daşıyıb – bunun üçün pulsuz marşrutlar və avtobuslar ayrılıb.
Bütün bu çoxsaylı nəqliyyat vasitələri bütün gün ərzində aksiyanın keçirildiyi Azadlıq meydanının yaxınlığında dayanıb və hərəkətə mane olublar.
Bundan başqa, mitinqin keçirilməsi üçün polis Tbilisinin mərkəzində bir neçə küçəni bağlayıb və şəhərin bu hissəsində nəqliyyatın hərəkətini iflic edib.
Öz aksiyasının izdihamlı olmasını təəmin etmək üçün hakimiyyət metronun mitinq keçirilən əraziyə ən yaxın yerləşən “Azadlıq Meydanı” stansiyasında girişi ödənişsiz elan edib.