Ermənistan baş nazirinin komandasında sensassiyalı istefa – Paşinyan MTX rəhbərinin işdən getdiyini elan edib
Dörd saat müddətində Ermənistan hökumətinin lideri müxtəlif sahələrdə əldə edilən nailiyyətlər haqda danışıb. O, çıxışı üçün bundan əvvəlki mətbuat konfransından sonra dövrdə “hökumətin 100 nailiyyəti” formatını seçib. Əvvəlcə Paşinyan bu nailiyyətləri sadalayıb – əməkhaqlarının qaldırılmasından muzey ziyarətçilərinin sayının artmasına qədər, daha sonra isə jurnalistlərin suallarına cavab verib. Media nümayəndələrinin sayı həmişəki kimi çox olub və baş nazir istisnasız onların hər birinin suallarına cavab verməyə çalışıb.
Ermənistan baş nazirinin növbəti mətbuat konfransı ölkənin böyüklüyünə görə üçüncü şəhəri hesab edilən Vanadzorda baş tutub. Daha əvvəl Nikol Paşinyan bildirib ki, jurnalistlərlə görüş yeri olaraq ikinci şəhərin – Gümrinin üzərindən keçir, çünki bu şəhərə onsuz da çox tez-tez səfər edir.
Günün əsas sensassiyası
Mətbuat konfransı zamanı baş nazir Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanın istefa verdiyini və onun da bu istefanı qəbul etdiyini bildirib. Mətbuat konfransı getdiyi müddətdə Ermənistan prezidenti Armen Sarqsyan Vanetsyanın vəzifəsindən azad edilməsi haqda fərmanı imzalayıb.
Baş nazir Milli Təhlükəsizlik Xidmətinin rəhbərinin işində nələrin onu təmin etmədiyi haqda təfərrüatları açıqlamaqdan imtina edib. O, bildirib ki, “bu, ictimai şəkildə müzakirə oluna biləcək” vəzifə deyil:
“Artur Vanetsyanın bundan sonrakı fəaliyyətilə bağlı bir neçə ssenari müzakirə olunub. Hazırda Vanetsyan bütün diqqətini böyük ehtimalla Ermənistan yığmasını Avropa birinciliyinin finalına çıxarmaq üzərində toplayacaq [Vanetsyan həmçinin Ermənistan Futbol Federasiyasının prezidentidir – JAMnews]”.
Paşinyanın bəyanatından dərhal sonra Milli Təhlükəsizlik Xidmətinin Facebook səhifəsində Vanetsyan öz istefası haqda açıqlama yayıb:
“Mən hesab edirəm ki, hazırkı vəziyyətdə və gələcək kontekstində bu qərar mənim Ermənistana və xalqıma xidmətin üçün ən arzuolunan və əsaslı qərardır… Kor-koranə qərar qəbul etmək, əməllərdə xaos, prioritetləri ikinci dərəcəlilərdən ayıra bilməmək məqsədlərə aparan yol deyil. Bunun zabit şərəfi ilə heç bir əlaqəsi yoxdur. Zabit poqonları və hadisələrin bu cür inkişaf prosesi bir araya sığmaz. Qoy mənim istefam ayıldıcı “Dayan” siqnalı olsun, bütün qalan variantlarda isə Vətən qarşısında borc qalib gələcək. Ölkəmiz üçün sülh və əminamanlıq!” – Vanetsyan yazıb.
Bu məsələni jurnallistlər mətbuat konfransı zamanı dəfələrlə qaldırdıqları üçün Paşinyan Vanetsyanın istefası haqda bu bəyanatını da şərh edib və rəsmən bildirib:
“Elə bir hal olmayıb ki, Vanetsyan “zabit şərəfi” ilə əlaqədar hər hansı probleminin olduğunu bildirsin. Mən onun nədən bəhs etdiyini anlamıram”.
Artur Vanetsyan bir il dörd ay müddətində MTX rəhbəri vəzifəsində çalışıb.
Amulsar haqda – “Ermənistan dünyanın iqtisadi xəritəsində qara dəliyə çevriləcək”
Jurnalistlərin ilk sualları Amulsar qızıl mədəninin işlənməsi ilə bağlı olub. Ermənistanda artıq bir ildən çoxdur ki, etiraz aksiyaları baş verir. Ekoloqlar və yaxın qəsəbələrin sakinləri mədənin işlənməsinə qadağa qoyulmasını tələb edirlər. Onlar qızıl hasilatı üçün ildə 100 ton natrium siyanid istifadə ediləcəyindən narahatdırlar.
• Amulsar mədəninin işlənməsini qadağan etmək üçün əsas yoxdur – Ermənistanın baş naziri
Ermənistan hökuməti yatağın işlənməsinin ətraf mühitə ziyan vurub-vurmayacağını müəyyən etmək üçün kompleks ekspertiza sifariş edib və bunun üçün 400 min dollar xərc çəkib.
“Əgər ekspertlər dəqiq cavab verə bilməyiblərsə, bu pullar əbəs verə xərclənməyibmi” sualına cavabında Paşinyan belə deyib:
“400 min dollar Amulsar mədəninin iişlənməsi haqda həqiqəti əldə etmək üçün xərclənib. Düşünmürəm ki, həqiqət üçün pula heyf ola bilər”.
Ekspertiza rəyi əldə ediləndən sonra baş nazir öz Facebook səhifəsində iki dəfə canlı yayıma çıxaraq, bildirib ki, mədənin işləməsinə imkan vermək lazımdır. O, mətbuat konfransında öz mövqeyini açıqlayıb:
“Əgər mən mədəndə işlərin dayandırılması haqda fərman imzalasam, beynəlxalq təşkilatlar məndən soruşacaq: “Niyə Zəngəzur, Sot və digərləri [qızıl mədənləri – JAMnews] bağlı deyil?” Birdən-birə qərar verdiz ki, layihə mərhələsində dəfələrlə yaxşı olan, ən iri investisiya layihəsi olan Amulsar layihəsini bağlamaq lazımdır. Ermənistan dünyanın iqtisadi xəritəsində qara dəliyə çevriləcək”.
Amulsar ətrafındakı qəsəbələrin sakinləri tərəfindən hələ də bağlı saxlanılan mədənə gedən yol haqda isə baş nazir bildirib ki, inzibati məhkəmənin yolun açılması haqda qərarı var.
Baş nazir bir daha vurğulayıb ki, əgər mədənin işlənməsi üçün lisenziya əldə edən “Lidyan” şirkəti təhlükəsiz istismarı təmin edə bilməsə, mədən bağlanacaq:
“Mənim və hökumətin mövqeyi həqiqəti axıra qədər üzə çıxarmaqdan ibarətdir. Həqiqət bizi bu və ya digər qərara gətirib çıxaracaq. Cəmiyyət isə manipulyasiyalara uymamalıdır”.
Qarabağ problemi haqda
Baş nazir avqustun 5-də Stepanakertdə səsləndirdiyi “Artsax Ermənistandır, vəssalam!” bəyanatını şərh edib.
• “Artsax Ermənistandır, vəssalam!” – Ermənistanın baş naziri
Hökumət başçısı başqa bir bəyanatını da xatırladıb – münaqişənin istənilən həll yolu Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün qəbul edilən olmalıdır:
“Mən həll olunun Azərbaycan xalqı üçün qəbul edilir olması haqda danışan ilk Ermənistan rəhbəri olmuşam. Biz gözləyirik ki, Azərbaycan da bizə eyni cür cavab versin. Hələlik belə bir şey yoxdur. Əksinə, onların yanaşması hələ də maksimalistdir. Hərçənd, Minsk Qrupunun işgüzar müzakirələrində statusun müxtəlif ola biləcəyi ehtimal olunur – o cümlədən də Azərbaycandan kənar. Azərbaycan deyir ki, həll yolu yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində mümkündür. Amma əgər onların yanaşması bu cür qətidirsə, o zaman bizim də prinsipimiz “Artsax Ermənistandır!” vəssalam”.
Baş nazir vurğulayıb ki, danışıqları davam etdirməyə hazırdır, amma Ermənistan və Qarabağ təzyiq və təhdidlər altında güzəştə getməyəcək:
“Biz konstruktiv danışıqlara hazırıq. Biz nizamlamaya nail olmaq istəyirik, daha özümüzü iş görürmüş kimi göstərmək yox”.
“Yeni” Ermənistan haqda
Çıxışı zamanı Paşinyan iqtisadi göstəriciləri də təqdim edib. İlk növbədə o, ÜDM-nin yüksəlişi haqda bildirib. Onun sözlərinə görə, 2019-cu ilin ilk 7 ayı ərzində ötən ilin həmin dövrü ilə müqayisədə bu yüksəliş 6,8 faiz təşkil edib.
Bundan başqa, Paşinyan deyib ki, vergi daxilolmaları 25 faiz artıb. Ermənistanın inqilabdan sonra hökumətinin əsas qürur mənbəyi – onlar hakimiyyətə gələndən sonra, 2018-ci ilin mayından ölkədə 65 037 iş yeri açılıb.
Müsbət dinamika müşahidə olunur:
• sənayedə – 8,4%,
• inşaatda – 4,5%,
• mal dövriyyəsində – 8,9%,
• orta aylıq əməkhaqqıda – 5,9% artım.
Turizm sahəsindəki uğurlar haqda
Nikol Paşinyan turizm sahəsindəki müsbət dinamika haqda da danışıb, söhbət 12,8 faiz yüksəlişdən gedir. 2019-cu ilin ilk yarım ilində Ermənistana Almaniyadan, Çindən, Niderlanddan, İsveçrədən daha çox turist gəlməyə başlayıb.
Mərkəzi bankın məlumatına görə, avqust ayı da daxıl olmaqla 2019-cu ildə ötən illə müqayisədə turistlər Ermənistanda 200 milyon dollar daha çox pul xərcləyib.
Ermənistanın mehmanxanalarında qalan turistlərin sayına gəlincə, 2019-cu ilin yanvar-iyun aylarında yüksəliş göstəricisi 60 faiz təşkil edib.
“Məsələn, əgər 2018-ci ilin birinci yarısında Ermənista fələn turistlərin 20 faizi ölkənin mehmanxata tipli obyektlərində qalırdısa – bu, 140 min nəfər deməkdir, cari ilin yanvar-iyun aylarında göstərici 29 faiz və ya 22 min nəfərdən çox təşkil edib”, – baş nazir bildirib.