Tbilisidə etirazlara səbəb olmuş rusiyalı pravoslav kommunist kimdir
Qavrilov gürcüstanlı spikerin kreslosunda oturmağa cəhd edib və bu, hakimiyyətə qarşı onsuz da qəzəbli olan cəmiyyət üçün “son damla” olub. O kimdir və onun çıxış etdiyi Parlamentlərarası pravoslav assambleya nə ilə məşğul olur?
İndiyə kimi az tanınan rusiyalı deputat, eyni zamanda kommunist və fəal xristian haqqında nəyə görə yazdığımızı anlamaq üçün bu məsələyə gətirib çıxaran hekayəni bilmək lazımdır. O aşağıdakılardan ibarətdir.
Ön hekayə
İyunun 21-I səhər erkən polis xüsusi təyinatlıları Tbilisidə parlament binasının qarşısında ötən gün axşam saat 7-dən davam edən çoxminlik etiraz aksiyasını dağıdıb.
Jurnalistlərin qiymətləndirmələrinə əsasən, etiraz aksiyasında ən azı 30 min insan iştirak edib. Aksiyasiyasətçilər tərəfindən təşkil edilməyib, lakin burada müxalifət partiyalarının liderləri və ictimai fəallar iştirak ediblər.
Etirazçıların əsas tələbi daxili işlər nazirinin və dövlət təhlükəsizliyi xidmətinin rəhbərinin, həmçinin baş nazirin və parlament spikerinin istefası olub. Nümayişçilər bir neçə dəfə parlamentə hücum etməyə cəhd ediblər və bundan sonra polis rezin güllələrlə atış açıb, gözyaşardıcı qazdan və suvuranlardan istifadə edib.
Xəsarət alanları təcili tibbi yardım maşınları aparıb. Yaralananların və həbs edilənlərin sayı yüzlərlədir. Bir neçə nümayişçi gözünü itirib.
• Tbilisinin mərkəzində kütləvi dava – bu necə baş vermişdi. Fotoreportaj
Etiraz çoxdan yetişsə də və cəmiyyətin hakim «Gürcü arzusu» və şəxsən onun lideri, milyarder Bidzina ivanişvilinin siyasətindən dərin narazılığı ilə bağlı olsa da, küçə aksiyalarının bilavasitə səbəbi Rusiya dövlət dumasının deputatı Sergey Qavrilov olub.
İyunun 19-da Tbilisidə Parlamentlərarası pravoslav assambleya açılmalı idi. Nəyə görəsə assambleyanı açmaq hüququ rusiyalı deputat Qavrilova verilmişdi. Və nəyə görəsə o, iclası Gürcüstan parlamentinin sədrinin kreslosunda oturaraq açırdı.
• Avropa İnsan haqları məhkəməsinin qərarına əsasən, Rusiya Gürcüstana 10 milyon avro ödəməlidir
Bu hadisə Gürcüstan cəmiyyəti üçün sanki «son damla» oldu. Əvvəlcə hiddətlənmiş parlament müxalifəti iclas zalını tərk etdi, daha sonra parlament çoxluğunun nümayəndələri etirazlarını bildirdilər. Hərçənd, hakimiyyət dərhal Qavrilovun Gürcüstan spikerinin kreslosunda oturmasını protocol xətası kimi qələmə versə də, proses artıq başlamışdı və minlərlə insan Tbilisinin küçələrinə çıxdı.
Bəs deputat/kommunist/pravoslav Sergey Qavrilov kimdir və Parlamentlərarası pravoslav assambleyası nədir?
Sergey Qavrilov kimdir
Sergey Qavrilov 2007-ci ildən bəri Kommunist Partiyasından Rusiya parlamentinin deputatıdır. Buna qədər o, üç dəfə RF Dövlət dumasında deputatlığa namizəd olub, lakin uğur qazana bilməyib. Rusiya parlamentinin aşağı palatasına seçiləndən sonra Qavrilov Dövlət dumasının informasiya siyasəti, informasiya texnologiyaları və rabitə üzrə komitəsinin sədri, sonradan isə nəqliyyat üzrə komitənin rəhbərinin müavini oldu.
Qanunvericilik aktlarının hazırlanmasında Qavrilov fəal iştirak etmir, buna görə də, rusiyanın özündə belə onu az adam tanıyır.
• Rusiya müharibənin getdiyi Şərqi Ukraynanı Cənubi Osetiya vasitəsilə necə maliyyələşdirir
Rusiya mediasının yazdığına görə, bir müddət öncə Qavrilov Parlamentlərarası pravoslac assambleyasının sədri olub. İyunun 20-də Gürcüstan parlamentinin qarşısına çıxanları hiddətləndirən o olub ki, Qavrilov əvvəllər Abxaziyanın müstəqilliyinin tərəfdarı olub.
Qavrilov Rusiya-Gürcüstan müharibəsində iştirakını inkar edir:
«Düşünürəm ki, biz yalnız turizmə və biznesə deyil, mədəniyyətə də töhfələrimizi verməliyik, – o, rusiyalı jurnalistlərə deyib. – Eləcə də, Gürcüstan mediasında yayılmış yalan xəbərlərə də münasibət bildirmək istəyirəm. Qavrilov heç vaxt Abxaziya ərazisində hərbi əməliyyatlarda iştirak etməyib. Bu yalandır».
Lakin 2008-ci ildə Qavrilov başqa rusiyalı deputatlarla birgə Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliklərinin tanınmasına səs verib.
Parlamentlərarası pravoslav assambleya nədir
Sergey Qavrilovun Gürcüstan parlamentində iclasında çıxış etdiyi Parlamentlərarası pravoslav assambleya 1993-cü ildə Yunanıstan parlamentinin təşəbbüsü ilə yaranıb
Buraya 25 ölkənin, o cümlədən Gürcüstanın, Ermənistanın, Ukraynanın, Rusiyanın, Belarusun və ABŞ-ın nümayəndə heyətləri və deputatları daxildir.
Assambleyanın əsas vəzifələrindən biri, onun saytında göstərildiyi kimi, «pravoslavlığın Avropa İttifaqının çərçivəsində yeni Avropa reallığının formalaşmasında əhəmiyyətli və zəruri siyasi, mədəni və dini özünüifadə rolunun təbliği»dir.
Ötən illərdə assambleya öz iclaslarını Afinada, Salonikidə, Qahirədə, soçidə və digər şəhərlərdə keçirib. Lakin onların pravoslavlığa necə real təsir göstərdikləri məlum deyil.
Tbilisidə bu cür tədbirin keçirilməsi ilk dəfə idi ki, planlaşdırılmışdı.