“86 600 km² - bu rəqəmlər məktəbdə coğrafiya keçmiş bütün azərbaycanlılara məlumdur”. Bakıdan şərh
Paşinyanın bəyanatı — 86 600 km²
“Azərbaycanın 86.6 min kv. km-lik ərazisinə Dağlıq Qarabağ daxildir”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi mətbuat konfransında jurnalistin sualına cavab olaraq bildirib. Daha əvvəlki bəyanla bağlı olan bu dəqiqləşdirmə hər iki ölkə cəmiyyətində böyük rezonans doğurub. Hərmənd siyasi şərhçi Hacı Namazov belə coşqulu reaksiyanı anlamır. “Qarabağın, daha dəqiqi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi hissəsinin göstərilmiş ərazinin tərkibində nəzərdə tutulduğu Brüsseldə əldə olunmuş razılaşmada ilk dəfə qeyd olunandan sonra artıq aydın idi”, – o deyib.
- “Rusiya üçün Rusiyanın ABŞ-da əldə olunan razılaşmaların harasında olduğu maraqlıdır”. Bakıdan şərh
- “Gürcüstanda hökuməti dəyişmək cəhdi” – hakim partiyanın rəhbəri Aİ-nin dəsdəklədiyi sənədlə bağlı
- Dövlət Departamenti azərbaycanlı aktivist Salayevin işini “diqqətlə izləyir”
Nə baş verib?
Xatırladaq ki, mayın 14-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Ermənistanın baş naziri və Azərbaycan prezidentinin beşinci görüşü zamanı tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdıqları haqda razılaşmada Azərbaycanın ərazisi 86,600 km² kimi təyin olunub. Bu, Azərbaycan ərazisinin bütünlükdə – keçmiş DQMV də daxil olmaqla tanınması deməkdir.
Mayın 22-də Paşinyan keçirdiyi mətbuat konfransında ölkənin bütün hökumətlərinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib.
Eyni zamanda, o hesab edir ki, “Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələləri Stepanakert və Bakı arasında müzakirə olunmalıdır, bu zaman beynəlxalq zəmanətlərə ehtiyac var”, onlar olmadan Dağlıq Qarabağ əhalisi “etnik təmizləmələrə” məruz qala bilər.
Baş nazirə xatırladıblar ki, Ermənistan Ali Şovetinin qərarı ilə o, Dağlıq Qarabağı Azərbaycanın tərkibində tanıyan sənədi imzalamaq hüququna malik deyil, sonradan isə Ermənistan Konstitusiyası bu qərar əsasında tərtib edilib.
Buna cavabda Paşinyan deyib ki, 1989-cu ildə Ermənistan Ali Soveti və Dağlıq Qarabağ Vilayət Soveti Ermənistan və Dağlıq Qarabağın birləşməsi haqqında qərar qəbul edib. 1990-cı ildə Ermənistan yuxarıda qeyd edilən qərara da istinad edərək, Müstəqillik Bəyannaməsini qəbul edib.
Daha sonra, 1991-ci ildə Dağlıq Qarabağ öz müstəqilliyini elan edib. Belə bir sual yaranır – kimdən müstəqilliyini? Əgər Ermənistandandırsa, bu, yuxarıda qeyd edilən birgə qərarın pozuntusu deyilmi? Pozuntuya yol verilibsə, qərarı pozanlar niyə məsuliyyətə cəlb edilməyib? Azərbaycandan müstəqillik elan edilibsə, yenə də, bu, Ali Sovetin və Vilayət Sovetinin birgə qərarını pozmurmu? Axı, Dağlıq Qarabağ Ermənistanla birləşibsə, indi Dağlıq Qarabağ kimdən müstəqil olur?
1998-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi baş verib və Yerevan Dağlıq Qarabağı danışıqlar prosesindən sıxışdırıb çıxarıb, bundan sonra danışıqların əsası kimi “ümumi dövlət” prinsipi götürülüb. Bu varianta əsasən, Dağlıq Qarabağ Azərbaycanın tərkibində müəyyən növ birlik idi.
Sonradan nizamlanmanın Madrid prinsipləri qəbul olunub, burada Dağlıq Qarabağın statusunun Azərbaycanla birlikdə gələcək referendum yolu ilə həlli nəzərdə tutulurdu.
Gələcək referendum Ermənistan və Azərbaycanla razılaşdırılmalı idi. Belə bir sual yaranır, Dağlıq Qarabağ artıq öz müstəqilliyini elan edibsə, Azərbaycanın buraya nə aidiyyatı var?
“Danışıqları Dağlıq Qarabağ özü aparmırsa, məsələ avtomatik olaraq ərazi münaqişəsi müstəvisinə keçir”, deyə baş nazir bildirib.
Ekspert rəyi
Siyasi icmalçı Hacı Namazov JAMNews üçün Nikol Paşinyanın bəyanatını və bəyanatın doğurduğu rezonansı şəeh edib:
“Nikol Paşinyan bu gün Ermənistanın Azərbaycanın 86,6 min kvadrat kilometrlik sahədə ərazi bütövlüyünü tanıması ilə bağlı az əvvəlki bəyanatını təkrarlayıb. Bu rəqəmlər heç olmasa bir dəfə məktəbdə coğrafiya dərsliyi açan bütün azərbaycanlılara tanışdır. Bütün beynəlxalq qanunlara görə Azərbaycanın ərazisi bundan ibarətdir.
Yəni Qarabağın, daha dəqiqi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazinin ümumi ölkə ərazisinə daxil olması Brüsseldə əldə olunan razılaşmanın ilk dəfə dilə gətirilməsindən sonra artıq şübhə yaratmırdı. Bu, ilk dəfə Əliyev, Paşinyan və Avropa Şurasının rəhbəri Şarl Mişel arasında keçirilən görüşdən sonra səsləndirilib”.
Lakin Namazov hesab edir ki, burada bir tələ var və o, oxucularımızın diqqətini ona yönəltmək istəyir:
“Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanıyır, lakin dərhal qeyd edir ki, Qarabağ məsələsi Bakı ilə Xankəndi arasında, hətta beynəlxalq qüvvələrin vasitəçiliyi ilə həll edilməlidir.
Yəni o, diplomatik dillə açıq şəkildə bildirir ki, Yerevan Qarabağda yaşayan ermənilərin əsas götürdüyü öz müqəddəratını təyinetmə prinsipindən əl çəkmir. Yalnız indi guya Ermənistan artıq Qarabağ münaqişəsinin tərəfi deyil. Sadə dillə desək, “get və münaqişələrini özün həll et” deyir.
Siyasi icmalçının fikrincə, Ermənistanın Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, burada bir anda bir neçə sual yaranır:
“Ermənistan qanunsuz rejimi maliyyələşdirməyi dayandıracaqmı? Beynəlxalq təcrübəyə görə, bir ölkə həmin ölkənin mərkəzi orqanlarının xəbəri və icazəsi olmadan başqa ölkənin bir hissəsini maliyyələşdirə bilməz. Tutaq ki, Azərbaycan bütün iradə ilə belə, rəsmi Tehranın xəbəri olmadan İranın azərbaycanlıların yaşadığı əyalətlərini maliyyələşdirə bilməz. Bu, dövlətin daxili işlərinə kobud müdaxilədir.
Ermənistandan Xankəndinə mal və dərmanların çatdırılması dayanacaqmı? Əgər Yerevan Qarabağın bu hissəsi üzərində Azərbaycanın suverenliyini tanıyırsa, o zaman başa düşməlidir ki, Azərbaycanın bu hissəsi üçün lazım olan hər şeyin təminatı Bakıdan həyata keçirilməlidir. Bunlar hər kəsin başa düşdüyü əsas həqiqətlərdir. Tibbi yardım baxımından isə artıq proses başlayıb. Məlumata görə, Bakı Beynəlxalq Qızıl Xaç Komitəsini təşkilatın Ermənistan ofisi vasitəsilə Qarabağ ermənilərinə yardımı dayandırmağa çağırıb. Çünki bütün bu işləri fasiləsiz yerinə yetirə biləcək bir Azərbaycan ofisi var. Axı bütün qanunlarla belə olmalıdır.
Elektrik enerjisi və qaz təminanı Ermənistandan həyata keçirilir. Azərbaycanda artıq dövlət səviyyəsində proqram qəbul edilib və buna əsasən, 2025-ci ilə qədər Xankəndi ölkənin ümumi şəbəkəsindən elektrik enerjisi və təbii qazla təmin olunacaq. Təbii ki, dünyada bir çox faktlar var ki, bir ölkə qonşu ölkənin bir hissəsini elektrik enerjisi ilə təmin edirsə, o, hər ikisi üçün sərfəlidir. Amma dövlətlərarası müqavilələr mütləq olmalıdır. Hələ ki, yoxdur və Qarabağın bir hissəsi qeyri-qanuni yollarla Ermənistandan elektrik enerjisi və təbii qazla təmin olunur”.
Namazov qeyd edir ki, vurğulanan məqamlar dünyada heç kimi təəccübləndirə bilməz. Çünki hər yerdə və bütün ölkələrdə eynidir. “Bunlar ölkələrin suverenliyinin elementar komponentləridir” deyə o vurğulayır.
“Bəs bütün bunlar “olmalı olduğu kimi” olacaqsa, o zaman Laçın dəhlizinə nə dərəcədə tələbat olacaq? Axı o, sadəcə olaraq iki ölkəni, məsələn, Azərbaycan və Gürcüstanı birləşdirən yola çevriləcək. Bu baxımdan da sərhəddə heç bir keçid məntəqəsi təəccüblü olmamalıdır.
Qalan yeganə sual bölgədə sülhməramlıların olmasıdır. Onlar, sağlam düşüncəyə əsasən, iki xalqın nümayəndələri bir-birinə etibar edənə qədər qalmalıdırlar. Hərçənd, orada Rusiya qoşunlarını deyil, başqa qüvvələri görmək arzuolunan olardı. Hər kəsə aydındır ki, Rusiyanın regionda öz maraqları var və Kreml bu iki Cənubi Qafqaz ölkəsində təsir rıçaqlarını itirməmək üçün sülhə o qədər də asan razı olmayacaq.
Bəs Qarabağdakı qanunsuz rejim necə olacaq? Əgər Ermənistan ciddi şəkildə qonşu ölkənin işinə, özünün də tanıdığı suverenliyi və ərazi bütövlüyünə qarışmağı dayandırarsa, onları maliyyələşdirməzsə, deməli, tanınmamış “respublikanın” ümid edəcəyi heç nə qalmayacaq. Burada heç bir xüsusi təhlilsiz də hər şey aydındır”.