Tbilisidə 2016-cı ildə 709 ağac kəsilib
IDFI qeyri-hökumət ekoloji təşkilatı 2016-cı il üzrə hesabat təqdim edib, həmin hesabata əsasən, 2016-cı ildə Tbilisi meriyasının icazəsi ilə 709 ağac kəsilib. Onlardan 500-ü “zədələnmiş” statusu alıb, qalan 209-u sağlam olub.
Ekoloqlar diqqəti ona yönəldir ki, “pis” statuslu ağacların sayı son zamanlar 5 dəfə artıb, bu da onların fikrincə, şübhəli görünür. Misal üçün, 2013-cü ildə kəsilmiş 946 ağacdan ancaq 36-nın “zədələnmiş” statusu olub. Ekoloqlar hesab edir ki, meriya bu statusu tam sağlam ağaclara verir, bununla da bu və ya digər ağacların mane ola biləcəyi tikinti şirkətlərinin işini yüngülləşdirir, eyni zamanda da ictimai etirazı neytrallaşdırır.
Tbilisidə ağacların əksər hissəsi məhz tikinti şirkətləri meriyaya müraciət edəndən sonra kəsilib. 2013-2016-cı illərdə meriya 583 sorğunu təmin edib, bunlardan 392 halda qeyd edilib ki, ağacın kəsilməsinə icazə həyata keçirilən tikinti ilə bağlı verilib.
Tbilisidə bu və ya digər tikinti işlərinə mane olan yaşıllıqların məhvinə qarşı etiraz aksiyalarının sayı artıb. Ötən il paytaxtda onlarla belə aksiya keçirilib.
Bu il ağacların kəsilməsi deyəsən, “daha yüngül xarakter” alır, çünki Gürcüstanın ən iri tikinti şirkətlərindən biri olan “M2” parlamentə qurumuş ağacların kəsilməsinə görə kompensasiyaların ödənilməsi üzrə öhdəliyin ləğvi təşəbbüsü ilə müraciət edib.
“Bu təşəbbüs korrupsiya risklərini artırır. Tikinti şirkəti ilə bələdiyyə məmuru arasında asanlıqla baş tuta biləcək razılaşma nəticəsində sağlam ağac da ödənişsiz kəsilməli olan qurumuş ağac kimi qeydə alına bilər”, – IDFI-nin analitiki Giorgi Xatiaşvili deyir.
Ekoloqlar artıq çoxdandır ki, indi də normal ağaclara xəstə və zərər çəkmiş statusun verilməsi haqda danışırdı.
Tbilisi meriyası 2011-2016-cı illərdə ağacların kəsilməsinə verilən icazələrin müqabilində 1,947,282 lari alıb.