Marın 28-dən, yəni Aİ ilə vizasız rejim qüvvəyə minəndən bəri 55 min nəfər Gürcüstan vətəndaşı viza liberallaşmasından faydalanıb və onlardan 3 min nəfəri hələ də Gürcüstana qayıtmayıb.
Həmin 3 min nəfər 90 günlük vizasız rejimin şərtlərini pozublarmı – bu mərhələdə hələlik məlum deyil, çünki ola bilər ki, bu adamlar elə bir ölkəyə keçiblər ki, Gürcüstanla həmin ölkə arasında da vizasız rejim mövcuddur, – Daxili şlər nazirinin müavini Şalva Xutsişvili deyir.
Onun sözlərinə görə, vizasız rejimlə nəzərdə tutulmuş 90 gündən sonra Gürcüstana qayıtmayan bu 3 min nəfərin hamısının Daxili İşlər Nazirliyi tərəfindən şəxsiyyəti müəyyən edilib.
“Ola bilər ki, onlardan bəziləri Ukraynaya, digərləri Belorusa, üçüncülər isə Türkiyəyə gedib. Onlar haqqında birmənalı şəkildə 90 günlük vizasız rejimi pozan şəxslər kimi danışmaq olmaz, amma biz bu adamları potensial risk qrupuna daxil etmişik və monitorinq həyata keçiririk – kimlərdir, hansı regiondan yola düşübləronların əlaqələri, onların maraqları nədən ibarət ola bilər və s. Böyük risklər hələ ki, yoxdur, çünki ölkədən çıxan əsas insan kütləsi geri qayıdır. Gürcüstan vətəndaşlarının üz tutduqları ölkələrdən biz hələ ki siqnal almamışıq”, – Şava Xutsişvili “Interpressnews” agentliyi ilə söhbətində vurğulayıb.
Daxili işlər nazirinin müavini qeyd edib ki, qurum sərhədi quru yolla keçənlərlə və ya Avropa İttifaqı ərazisinə başqa ölkələrdən yola düşənlərlə bağlı məlumata sahib deyil.
“Məsələn, əgər kimsə Belorusdan yola düşüb, orada bir həftə qalıb, sonra Litvaya keçibsə. Belə adamlar bizim göstəricilərdə əhatə olunmayıb”, – Xutsişvili bildirib.
2017-ci il martın 28-dən tətbiq edilən vizasız rejimin şərtlərinə əsasən, Gürcüstan vətəndaşları hər 180 günün 90 gününü Şengen zonasına daxil olan ölkələrin (4 namizəd ölkə – Rumıniya, Bolqarısat, Kipr, Xorvatiya da daxil olmaqla) ərazisində keçirə bilər. Vizasız rejim haqda daha ətraflı buradan oxumaq olar