Bayramları Ermənistanda qeyd etmək üçün altı səbəb
Turistləri Ermənistanda Yeni ili və Milad bayramını qeyd etməyə cəlb edən səbəblər yerli sakinlərə uyğun deyil: bu səbəblər onlara yaxşı tanışdır. Bu günlərdə çoxlarını səyahətdən köhnə deyim saxlayır: Yeni ili evdə qeyd etmək lazımdır. Nə qədər mövhumatçı bir deyim kimi səslənsə də, çoxları bu ənənəyə sadiq qalır.
Aşağıda isə sizə turizm agentliklərinin əcnəbilərə öz evlərini qoyub, Yeni ili Ermənistanda qeyd etmələri üçün irəli sürdüyü səbəbləri göstəririk:
1. Passiv istirahət və dadlı yemək sevənlərə müxtəlif rayonlarda, istirahət evlərində qalıb, müxtəlif naz-nemətlərdən, qış günündə təzə meyvə-tərəvəzdən dadmaq və əlbəttə ki, erməni konyakıdan, çaxırından həzz almaq məsləhət görülür.
2. Ruhi qida istəyənlərə Milad bayramını xristianlığı birinci qəbul edən ölkədə qeyd etmək təklif olunur. Bunun üçün yanvarın 6-na qədər Ermənistanda qalmaq məsləhət görülür, çünki Erməni Apostol Kilsəsi bu bayramı məhz bu gün qeyd edir, Milad bayramı liturgiyası da bu gün olur.
Yeni il paketləri çərçivəsində turizm agentlikləri həm də turistlər üçün Eçmiadzində yerləşən Kafedral kilsəyə səfərlər təşkil edir.
Ermənistan ölkənin hər yerinə səpələnmiş çox qədim kilsələrlə zəngindir və turistin hara səfər etməsindən asılı olmayaraq, asketik, amma tikintisində istifadə olunan memarlıq həlləri baxımından çox fərqli məbədlərlə tanış olmaq imkanı olacaq.
3. Qeyri-adi istirahəti sevənlərə maraqlı yeni il mərasimlərində iştirak etmək təklif olunur. Misal üçün, 31 dekabr gecəsini narın təqdis mərasiminin reallaşdığı erməni kilsələrindən birində keçirmək olar.
4. Ekstrim sevərlərə Ermənistanda qarlı dağlara çıxıb, xizəklə sürüşməklə, snoubord sürməklə özündə bayram əhvalı yaratmaq təklif olunur.
5. Və nəhayət, bütün qonaqlara Ermənistana xas olan qonaqpərvərlik və isti mehriban münasibətdən həzz almaq, təhlükəsizliyindən narahat olmadan sutkanın istənilən vaxtı gəzmək və əylənmək təklif olunur. Son zamanlar bu məsələ xüsusilə aktualdır.
“Visit Armenia” turizm agentliyinin yaradıcısı Vladimir Qevorkyan deyir ki, Yeni ili Ermənistanda qeyd etməyə gələn turistlərin əksər hissəsi ruslardır: “Bu günlərdə şəhərdən kənarda yerləşən istirahət evləri qiymətləri qaldırır, şəhərdəki mehmanxanalar isə kifayət qədər sərfəli qiymətlər təklif edirlər. Rus turistləri isə Yeni il bayramlarını məhz Yerevanda keçirməyi üstün tutur”.